Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın səhnələşdirilməsi üzərində işlər aparılır. "Yatmış gözəl" adlanan tamaşa Brandi Martinin eyniadlı əsəri əsasında hazırlanır. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, musiqi tərtibatçısı Maşallah Hüseynovdur. Rollarda Almaz Mustafayeva, Naibə Allahverdiyeva, Qusər Şərifova, Elşən Şirəliyev və başqaları iştirak edir. Hazırda tamaşanın məşqləri gedir. Premyera isə iyuna planlaşdırılır.
Alim Qasımov David Vendetta ilə klip çəkdiribXalq artisti Alim Qasımovun fransalı DJ David Vendetta ilə I'm your Goddess" adlı mahnını duet şəklində ifa etdiyi barədə xəbər verilib.
"Mənim doğma vətənim" müsabiqəsinə həsr olunan fotosərgi"Avropa: Ümumi irs" və "Avropa mədəni irs günləri" kampaniyası çərçivəsində aprel-may aylarında "Mənim doğma Vətənim" mövzusunda keçirilmiş fotomüsabiqənin yekunlarına həsr olunmuş fotosərgi təşkil olunacaq.
"Azərbaycan dastanlarının struktur poetikası"AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Səfərlinin bu günlərdə yeni kitabı işıq üzü görüb.