Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Alim Qasımov şəhərdə sıxılır
Alim Qasımov şəhərdə sıxılır
Odur ki, yaradıcılıq həvəsini kənd yerində tapır
Şənbə, 15.05.2010

Zəminə mətn ölçüsü  

Xalq artisti Alim Qasımov yaşlanmaqdan qorxmur. Dediyinə görə, əksinə, ona elə gəlir ki, məsuliyyəti azalır: "Etiraf edim ki, mənə 50-dən artıq yaş vermirlər. Hərdən fikirləşirəm ki, belə ağır janr, ağır bir musiqi ilə məşğul olan adam kimi indi mənim 120 yaşım olmalıydı. Yəni gördüyüm iş, həyat tərzi, yaşatdığım musiqini nəzərə alsam, deyə bilərəm ki, mən çox yaşamışam".

Söhbət əsnasında öyrəndik ki, bu yaşda onu narahat edən məsələlər var. Xanəndənin dediyinə görə, narahatlığı görəcəyi işlərlə bağlıdır:

"Məsələ ondadır ki, tutduğum proqramların öhdəsindən gəlib-gələ bilməyəcəyim məni düşündürür. Özümə maraqlıdır ki, görəsən, bundan sonrakı proqramlar necə olacaq? Hansı addımlar atılacaq? Özüm də nəyin necə olacağını izləyirəm".

Yaradıcılığı barədə söhbət açan xanəndə deyir ki, əslində o, muğamın heç bir sirrini açmayıb. Amma çalışır ki, bu sahədə bacardığını etsin. A.Qasımov söyləyir ki, qızından başqa da tələbələri var. Dediyinə görə, şəxsən ondan dərs almasalar da, ondan öyrənənlər az deyil. Yeri gəlmişkən, xanəndə deyir ki, onun müəllimi olmasa da, başqalarından çox şey öyrənib.

Bəlli olduğu kimi, xanəndə konsert verərkən səhnədə bardaş qurub oturur. Bu məsələyə aydınlıq gətirən A.Qasımov söyləyir ki, bu, bədahətən baş verib:

"Bir dəfə Belçikada olarkən gördük ki, səhnə yerdə qurulub. Dedik ki, biz yerdə otura bilmərik, stul gətirin. Bizimlə razılaşaraq stul gətirməyə getdilər. Onlar gələnə qədər yerdə oturub bir qədər məşq etdik. Gördük ki, bu ayrı aləmdi.

REKLAM

Bu vəziyyətdə həm mən, həm də tar və kamança ifaçıları rahat olurlar. O konserti yerdə verdim. O gündən də "yerdəyik".

İstirahəti barədə söhbət açan A.Qasımov deyib ki, onun üçün istirahət hər yerdə var. Amma qısamüddətli:

"Bu, yarım saat, ya da bir gün ola bilər. İstirahət etməyi bacarmıram. Ümumiyyətlə, bunun yolunu bilmirəm. Xörəklərə gəldikdə, mən düyünü plov kimi deyil, daşma kimi bişiriləndə sevirəm. Özümü saxlaya bilməyəndə ona ət də qatıram. Amma çalışıram ki, çox enerjili yemək olmasın. Çünki fiziki iş az görürəm. Onu deyə bilərəm ki, iştaham həmişə var. Bütün yeməkləri də yemək istəyirəm".

Məlumdur ki, adətən kənd yerlərində doğulmuş insanlar sonradan şəhərdə yaşasalar da, ömürlərinin ixtiyar günlərini doğulduqları yerlərdə keçirməyi üstün tuturlar. Bəs Alim Qasımov ömrünün ixtiyar çağını harada yaşamaq istərdi?" sualını cavablandıran xanəndə qeyd edir ki, bu günə qədər ömrünün çox hissəsini rayonlarda keçirib. "Ona görə də adətən insanlarla çox sakit yerlərdə görüşüb, söhbət etməyə çalışıram. İnsanların gur olduğu yerlərdən uzaq, sakit yerlərdə olmaq daha yaxşıdır. Belə yerlərdə mənəviyyat var. Mənəviyyat qalan rayonlarda düşünülmür ki, harada otura bilərəm. Fikirləşmirsən ki, bura otluqdu, nəmdi, şalvarım bulanar. Ona görə də mənim belələrinə münasibətim daha yaxşıdır. İnsanda yaradıcılıq həvəsi belə yerlərdə baş qaldırır", - deyən A.Qasımov bildirir ki, son vaxtlar şəhər mühiti onu sıxır.

Şəhərdə hər şeyi bəyəndiyini desə də, xanəndə düşünür ki, şəhərdə sanki hamı əsəbi və gərgindir. Söhbət əsnasında öyrəndik ki, bu gərginliyi öz üzərində də hiss edir. Ona görə də bu hallardan qaçmağa çalışır: "Tanrımla danışa bilmərəm, ondan həmişə kömək diləyirəm. Hər şeyi Tanrı yaratdığı üçün üzümü ona tuturam".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Alim Qasımov yenidən Məcnun olmaq istəyir

Nisə Qasımova 2 ay "Xoşvaxt olun" deməyəcək

Alim Qasımov və qızı Fərqanə səfərdən qayıdıblar

Yaqut Abdullayevanın nisgili var

Tomas Qoltzun Azərbaycan muğamı haqqında sənədli filmi ABŞ-da mükafat alıb

Bölmənin digər xəbərləri
 
Emin Ağalarov Moskvada konsert verəcək
Azərbaycanlı biznesmen və musiqiçi Emin Ağalarovun yeni albomunun hazırlığı sona çatmaq üzrədir.

Məmməd Səid Ordubadinin ev muzeyinin açılışı olub
Məmməd Səid Ordubadinin ev muzeyinin açılışı olub.

Alim Qasımov David Vendetta ilə klip çəkdirib
Xalq artisti Alim Qasımovun fransalı DJ David Vendetta ilə I'm your Goddess" adlı mahnını duet şəklində ifa etdiyi barədə xəbər verilib.

"Yatmış gözəl" Gənc Tamaşaçılar Teatrında
Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın səhnələşdirilməsi üzərində işlər aparılır.

"Vətənimizi öyrənək"
Dünən toplu təqdim olundu

Muzeylərdə "açıq qapı" günü
Bu - Beynəlxalq Muzeylər Günündə olacaq

İnsan həyatında musiqinin yeri
Ziyalı qadınlar bunu araşdırmaq üçün yığışmışdılar

Eldar Mikayılzadənin fərdi sərgisi təşkil ediləcək
Bu, xalçaçı-rəssamın Bakıda ilk sərgisi hesab olunur

Səfurə Əlizadənin Yunanıstan səfəri alınmadı
Səbəb - orada yaşanan sosial və siyasi gərginlikdir

Samir Piriyev qəzet yazarının hekayəsini canlandırıb
Gerçək həyatdan fərqli olaraq, klipdə sevgilisini itirir

"Mənim doğma vətənim" müsabiqəsinə həsr olunan fotosərgi
"Avropa: Ümumi irs" və "Avropa mədəni irs günləri" kampaniyası çərçivəsində aprel-may aylarında "Mənim doğma Vətənim" mövzusunda keçirilmiş fotomüsabiqənin yekunlarına həsr olunmuş fotosərgi təşkil olunacaq.

"Azərbaycan dastanlarının struktur poetikası"
AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Səfərlinin bu günlərdə yeni kitabı işıq üzü görüb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər