Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Daşqın çəkilir...
Daşqın çəkilir...
Kür və Arazın vurduğu ziyanın həcmi hələ bilinmir
Şənbə, 15.05.2010

İdrak Abbasov
fotolar müəllifindir
mətn ölçüsü  

Dünən Kürün daşması nəticəsində baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədi ilə yaradılan operativ qərargahda müşavirə olub. Sabirabad rayonunun su basmış kəndlərinin icra nümayəndələrinin də qatıldığı müşavirədə baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, nazir müavinləri, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasov iştirak ediblər. Müşavirədə ərazidəki mövcud durumla bağlı müzakirələr aparılıb. APA-nın məmurlara istinadən verdiyi xəbərə görə, vəziyyət getdikcə düzəlir.

Məsələn, Kəmaləddin Heydərov deyib ki, Kürün deltasının lildən təmizləməsi işində müsbət nəticələr var. Nazir Neftçala ərazisində Kürün deltasına baxış keçirdiklərini, Xəzər Dəniz Gəmiçiliyinin iki gəmisinin orada işlədiyini bildirib:

"Çayın dənizə tökülən hissəsində lildən təmizləmə işləri aparılır. İki gün əvvəl orda olan mayakın ətrafı suyun içində idi. Amma bu gün görünür ki, artıq görülən işlər müsbət nəticələr verib. Bu iş davam etdiriləcək".

Nazir Şirvan şəhərinin Bayramlı qəsəbəsində Kürün dağıtdığı bənddə bərkitmə işlərinin tam başa çatdığını deyib:

"Özünüz də görürsünüz ki, əvvəllər su basan ərazilərdə indi su durulub. Bu o deməkdir ki, artıq ora su axmır. Mürsəlli kəndində uçan bənd iki saat əvvəl bağlandı. Ordakı bənddə bərkidilmə işləri gedir. Yaxınlıqdakı evlərdə aparılan müşahidələrdən də görünür ki, suyun səviyyəsi 1 metr yarıma qədər düşüb. Artıq əhalinin yaşadığı yerlərə, əkin sahələrinə, örüş yerlərinə su axmır. Görülən işin ilkin nəticəsi tam qənaətbəxşdir".

K.Heydərov başqa təhlükələrin olmaması üçün də tədbirlər görüldüyünü açıqlayıb:

"Yəqin ki, bu gündən başlayaraq çadır şəhərciklərində yerləşdirilən əhalini öz evlərinə köçürəcəyik. Bunlar iki-üç gün əvvəl köçürülən, evlərini su basmamış sakinlərdir.

REKLAM

Su basan evlərdə, həyətlərdə isə bu gündən etibarən Fövqəladə Hallar Nazirliyinin su nasosları suyu çəkməyə başlayacaq, Səhiyyə Nazirliyinin əməkdaşları orda antisanitariya tədbirləri görməlidir. Hər hansı xəstəliklərin yayılmaması üçün lazımi addımlar atılmalıdır. Proses bu gündən başlayıb. Sevindirici haldır ki, qısa zamanda dövlət qurumları yaranan problemi aradan qaldıra bildi. Bizi daha çox sevindirən isə insan tələfatının olmamasıdır. Vəziyyət stabildir. Açılan bəndlərin hamısı bağlanıb. Vəziyyətin stabil olduğunu söyləmək olar. Bununla belə, təhlükəsizlik tədbirləri davam etdirilir, bundan sonra da ediləcək".

"Hava şəraiti pisləşərsə, fəlakət bölgəsində yenidən problemlər yarana bilərmi" sualına cavab olaraq K. Heydərov bunları deyib:

"Cənab prezident burada müşavirə keçirəndə, camaatla görüşəndə, dedi ki, vəziyyət onun tam nəzarəti altındadır. Ona görə də bütün xilasedici, nəzarətedici, bərpaedici qurumlar bu prosesi nəzarət altında saxlayır. Bundan sonra hansısa səbəbdən suyun qalxması baş verərsə, inanmıram ki, bu miqyasda fəlakət olsun. Ancaq yenə də təbiətlə zarafat etmək olmaz. İşimizi əvvəlcədən görməliyik ki, problem yaranmasın".

"Kürün daşması nəticəsində su basmış ərazilərdə vəziyyət getdikcə stabilləşir. Yəqin ki, yaxın bir neçə saat ərzində Kürün dağıtdığı ikinci bənddə suyun axını tam dayandırılacaq" - bunu isə daxili işlər naziri Ramil Usubov bildirib.

"Fəlakət bölgəsində oğurluq halları olurmu" sualına cavab olaraq nazir bunları deyib: "Təəssüf ki, dünən iki fakt qeydə alınıb. Bununla da bağlı tədbirlər görülür. Çalışırıq ki, belə hadisələr olmasın. Vətəndaşlar da bizə kömək edirlər. Ondan çox kənd boşaldılıb, belə hadisələr gözləyirdik. Lakin belə halların qarşısı alınacaq".

R.Usubov onu da deyib ki, fəlakət bölgəsində ölüm hadisəsi qeydə alınmayıb: "Düşünürəm ki, bundan sonra da olmayacaq. Bütün nazirliklər burada operativ fəaliyyət göstərir. Əlaqəli işin nəticəsidir ki, ölüm faktı qeydə alınmayıb".

Nazir deyib ki, ərazidə su basmayan evlərlə bağlı Fövqəladə Hallar Nazirliyi və yerli qurumlarla birgə araşdırma aparılır: "O evlərə vətəndaşların qayıtması həll olunacaq".

R.Usubov indi Ulacalı kəndinə gedəcəklərini, baş nazirin müavini Abid Şərifovla birgə orada vəziyyəti dəyərləndirəcəklərini deyib. Onun sözlərinə görə, bu gün günortadan sonra mövcud vəziyyətlə bağlı ərazidə müvafiq qurumların nümayəndələrinin iştirakı ilə müşavirə keçiriləcək.

"Sabirabad rayonunun Ulacalı kəndində Kürün yardığı ikinci bənddə bərkitmə işləri bu gün (dünən-red.) başa çatacaq". Bunu isə baş nazirin müavini Abid Şərifov bildirib.

Su basmış kəndlərin əhalisinin nə zaman geri qaytarılacağı barədə suala cavabında A.Şərifov deyib ki, hər şeydən əvvəl kəndlərdə olan vəziyyət öyrəniləcək: "İki gün ərzində vəziyyət öyrəniləcək. Öncə yollar, elektrik, rabitə xətləri bərpa olunmalı, su çəkilməlidir. Ondan sonra əhali geri qaytarıla bilər".

"Kürdə baş verən daşqınlar nəticəsində evlərini su basmış əhali arasında hələlik yoluxucu xəstəliklər qeydə alınmayıb". Bunu isə səhiyyə naziri Oqtay Şirəliyev bildirib. Nazir deyib ki, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər görülür. Onun sözlərinə görə, ərazidə dezinfeksiya tədbirləri aparılır: "Su basmış kəndlərin əhalisi geri qayıtmazdan öncə su basan həyətlər, evlərdə dezinfeksiya tədbirləri görüləcək. Bütün kəndlərdə tibb məntəqələri yaradılacaq".

O. Şirəliyev fəlakət bölgəsində olan baş nazir müavini Abid Şərifovun da bununla bağlı göstərişlər verdiyini deyib.

Nazir onu da deyib ki, su basmış kəndlərin əhalisi malyariya və digər yoluxucu xəstəliklərə qarşı peyvənd ediləcək.

Məlumata görə, Kürün səviyyəsinin qalxması nəticəsində yaranan daşqınlarla əlaqədar bağlanan Qazıməmməd-Bəhramtəpə yolunda hərəkət bərpa olunub. Yol səhər saatlarından açılıb. Hələlik həmin yolda yalnız iri tutumlu maşınların hərəkətinə icazə verilir. Qeyd edək ki, yol mayın 7-də Şirvan şəhərinin Bayramlı qəsəbəsində Kürün bəndi yarması nəticəsində bağlanmışdı.

Saat 21:00-da Sabirabdakı mənbə "Ayna"ya məlumat verdi ki, yuxarıda qeyd edilənlər, yəni məmurların vəziyyətin stabilləşməsi barədə dedikləri qismən düzdür. Uçan bəndlərin tikintisi davam edir, amma bu, daşqının qarşısının alınması demək deyil və ən əsası isə Bayramlı qəsəbəsindən Sabirabad istiqamətində yol qismən açılıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Aysel Tarkanla duet oxumaq istəyir

Aysel Teymurzadə dünyaca məşhur "Warner Music" şirkəti ilə müqavilə imzalayıb

Samuel Eto "İnter"ə keçir

Eduard Rossel - qurucu və yaradıcı lider

Selin Dion ikinci dəfə ana olacaq

Bölmənin digər xəbərləri
 
"Vətən mənə nə verəcək" yox, "mən Vətənə nə verəcəyəm"...
"İnsanlar mənə nə verəcək" yox, "mən insanlara nə verəcəyəm"...

Biganəliyə yenilmiş Qələbə
Gəncədə bir parkın acınacaqlı günü



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər