Hal-hazırda Ayna qəzetinin 15.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Biganəliyə yenilmiş Qələbə
Biganəliyə yenilmiş Qələbə
Gəncədə bir parkın acınacaqlı günü
Şənbə, 15.05.2010


Aytən ƏLƏKBƏROVA, Gəncə Media Mərkəzi
mətn ölçüsü  

Veteranlar parkı Qələbənin 40 illiyində salınıb, 20 ildi müharibə veteranlarının toplaşdığı, xatirələrini bölüşdüyü məkan idi. Hər il 9 Mayda - faşizm üzərində qələbənin ildönümü günlərində, burada şəhər rəhbərliyi müharibə veteranlarının şəninə mərasimlər təşkil edir, şənliklər olurdu. Yaxınlıqda yaşayan sakinlər deyirlər ki, o illər parkda hər tərəf yaşıllıq, gül-çiçək idi. Təmizliyi, səliqə-səhmanı ilə digər parklardan seçilərdi.

Amma indi... Parka daxil olan kəsi ətrafa dağılmış zibil tullantıları və çürüyüb deşilmiş borulardan sızan suyun yaratdığı gölməçələr qarşılayır. Yaşıllıq sahələri bataqlığa çevrilib. Baxımsızlıqdan qocaman ağaclar məhv olmaq üzrədir.

Yaxınlıqda yaşayan Zaur müəllim deyir:

"Ağacların çoxu quruyub. Axşamlar parka girmək mümkün olmur. İşıq dirəklərində nəinki lampa yoxdur, ümumiyyətlə dirəklərin çoxu başlıqsızdır. Gecələr buraya çirkin məqsədlərlə gələnlər də olur. Dəfələrlə olub ki, mən özüm belələrini görmüşəm".

Gördüyümüz acınacaqlı mənzərə bütün bu deyilənləri təsdiqləyirdi.

Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin müdiri İxtiyar İskəndərov deyir ki, onların idarələri şəhərdəki əksər parklara nəzarət edir. Lakin Qələbə və Dəmiryolçular parkları istisnadır. "Qələbə parkı" Yağ-Piy Kombinatının balansındadır və oranın bütün problemləri ilə həmin müəssisə məşğul olur", - deyə idarə rəisi bildirdi.

Lakin bu idarənin baş aqronomu Rizvan Quliyevin sözləri rəisin şərhindən fərqli idi:

"Bəli, biz sözügedən parka nəzarət etmişik. Ola bilsin ki, sizin dediyiniz faktlar həmin məkanda mövcuddur. Amma biz dəfələrlə mövcud problemlə bağlı su idarəsinə müraciət etmişik.

REKLAM

Sonuncu dəfə təxminən 20 gün qabaq belə müraciət olub. Oradan bizə bildirilib ki, hazırda onlarda yeni materiallar yoxdur. Olan kimi, sıradan çıxmış su borularının hamısı dəyişdiriləcək". Müsahibim bu yaxınlarda həmin parkda yaşıllaşdırma işlərinə başlanacağını və yeni çiçəklərin, dekorativ bitkilərin əkiləcəyini sözlərinə əlavə etdi. Baş aqronom söz verdi ki, bir 10 gün sonra "Qələbə pakrı"nda əsaslı dönüş yaranacaq...

Gəncə Su-Kanal Törəmə ASC-nin baş mühəndisi Məmməd Hüseynov bildirdi ki, "elə bu gün" onlar həmin parkda təmir işlərinə başlayıblır, nasaz su borularının hamısı qaynaq olunub...

- Bəs bu barədə müvafiq idarələrdən qabaqcadan sizə məlumat verilmişdi, niyə indi düzəldirsiz? - sualıma Məmməd müəllim:

- Qarşıdan 9 may gəlir, axı! - deyə cavab verdi.

Boruların əsaslı təmirinə gəlincə isə Məmməd Hüseynov bildirdi ki, bu işlər onun səlahiyyətində deyil. Və bu barədə ona nə vaxt göstəriş verilərsə, onda da bu boruların hamısı dəyişdirilər.

Bu səmtdə yaşayan Validə xala deyir ki, ümumiyyətlə, parka heç kəs nəzarət etmir, heç gəlib maraqlanan da yoxdur:

"Buralar yiyəsiz qalıb, ildə bir dəfə, 9 May ərəfəsində gəlib yalnız ortalığı süpürtdürüb, ağacların dibini ağardıb gedirlər. Sonra yenə həmin "köhnə hamam, köhnə tas". Oturacaqların çoxu sıradan çıxıb, bəzilərinin taxtasını söküb aparıblar".

Validə xala deyir ki, əvvəllər bura müharibə veteranları gəlirdi, burada onlara xüsusi diqqət göstərilir, 9 May günü konsertlər təşkil olunardı. Son 2-3 ildə bunların heç biri olmur.

"Buranın gülüstan olduğu dövrlər var idi, hər yer tər-təmiz, səliqə-sahmanlı idi. İndi buranın zibilxanadan fərqi yoxdur. Hələ o tərəfdə iki maşın zibil tullantısı var. Gəlin, özünüz də baxın. Yay aylarında burda dayanmaq mümkün olmur. Hər tərəfi pis qoxu bürüyür"...

Gəncə şəhər Çoxsahəli Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin sədri Abid Əliyev isə iddia edir ki, orada yaşayan sakinlərin özləri təmizliyə riayət etmir, zibil tullantılarını hara gəldi atırlar.

Abid müəllim özü də bu parkın hansı idarənin balansında olduğunu dəqiq bilmirdi. Elə həmin vaxt zəng edib öyrəndi. Demə, Qələbə parkı Kəpəz rayon İcra Hakimiyyətinin tabeliyində imiş... Abid Əliyev:

"Parkın o durumda olmasına elə orada yaşayanların özləri səbəbkardır. Bizim mənzil-istismar idarəsinin əməkdaşları həmin parkda vaxtaşırı təmizlik işləri aparırlar. Kəpəz rayon icra başçısı Çingiz Muxtarov hər dəfə oranın təmizlənməsi üçün bizdən işçi istəyir, mən də ora adam göndərirəm. Sonuncu dəfə belə təmizləmə Novruz bayramı ərəfəsində olub".

O dedi ki, ötən il Fikrət Əmirov parkı və Sahil küçəsində yerləşən ərazini park halına salıb abadlaşdırıblar. Hazırda isə Gəncənin simvolu sayılan Xan Bağı və Füzuli parkında əsaslı yenidənqurmaya başlanıb. Qələbədə isə vəziyyət başqadır. Abid Əliyev:

"Ətraf ərazilərində yaşayanlar 90-cı illərdə vəziyyətdən istifadə edib, həyətyanı sahələrini parkın içərisinə doğru artırıblar. Əsaslı təmir üçün külli miqdarda vəsait tələb olunur, ona görə də bu il biz şəhərdə yalnız iki parkı təmir etmək imkanındayıq. Yəqin, 2011-ci ildə Qələbə Parkına da pul ayrılar.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Gəncə orta məktəbində dərs saatı satılır?

Zabit və əsgərlərin məhkəməsi başlayıb

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir

İran: şübhəli "etiraflar" dalğası

Bölmənin digər xəbərləri
 
"Vətən mənə nə verəcək" yox, "mən Vətənə nə verəcəyəm"...
"İnsanlar mənə nə verəcək" yox, "mən insanlara nə verəcəyəm"...

Daşqın çəkilir...
Kür və Arazın vurduğu ziyanın həcmi hələ bilinmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər