Hal-hazırda Ayna qəzetinin 08.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Vladimir Doroxin: "Bakı şəhəri və Bakı nefti olmadan...
Vladimir Doroxin: "Bakı şəhəri və Bakı nefti olmadan...
SSRİ faşizm üzərində qələbə qazana bilməzdi"
Şənbə, 08.05.2010

Elçin mətn ölçüsü  

Dünən paytaxtın Nərimanov rayonunda "Qardaşlıq məzarı"nın yerləşdiyi ərazidə düzənlənən anım mərasimində MDB ölkələrinin Azərbaycandakı səfirlikləri də iştirak edirdi. Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidə önündəki bu mərasim Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuşdu.

Alman faşizmi üzərində qələbənin 65 illiyinə həsr olunmuş anım mərasimində çıxış edən 101 yaşlı veteran Qaraş Qasımov bildirib ki, Azərbaycan müharibə dövründə SSRİ-də hərbi texnika üçün yanacaq istehsal edən yeganə respublika olub. Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu xatırladan veteran ordumuzun müasir silahla silahlandığını, Azərbaycan əsgərlərinin Böyük Vətən müharibəsində babalarının göstərdiyi şücaəti təkrar edəcəyinə əmin olduğunu bildirib.

Millət vəkili Mixail Zabelin müharibənin böyük fəlakətlər gətirdiyini, milyonlarla insanın ölümünə səbəb olduğunu deyib. O, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasını SSRİ ərazilərinin faşistlər tərəfindən zəbt olunması ilə müqayisə edib: "Düşünürəm ki, faşistlər SSRİ-ni ala bilmədikləri kimi, Ermənistan da öz niyyətinə çatmayacaq, Azərbaycan xalqı öz ərazilərini geri qaytaracaq".

Tədbirdə MDB ölkələrinin səfirləri adından çıxış edən Rusiya səfiri Vladimir Doroxin ölkəsi ilə Azərbaycanın keçmişin qiymətləndirilməsində vahid mövqedən çıxış etdiyini bildirib. Səfir Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfənin əvəzsiz olduğunu vurğulayıb:

"Bakı, Bakı nefti olmadan sovet xalqı faşizm üzərində qələbə çala bilməzdi". Daha sonra jurnalistlərin "nədən Bakıya "Qəhrəman şəhər" adı verilməyib?" sualını cavablandıran səfir açıqlamasında qeyd edib ki, Bakıya "Qəhrəman şəhər" adının verilməməsi böyük tarixi ədalətsizlikdir". Bununla belə, diplomat bu səhvi düzəltməyin artıq mümkün olmadığını bildirib:

"Çünki "Qəhrəman şəhər" adını Sovetlər İttifaqı verirdi. Sovetlər İttifaqı isə süqut etdiyindən bu, artıq mümkün deyil. Hazırda Rusiya öz şəhərlərinə "Döyüş şöhrəti şəhəri" adı verir. Qələbənin 65 illiyi münasibətilə prezident Dmitri Medvedyev 5-6 şəhərə "Döyüş şöhrəti şəhəri" adı verib. Lakin Azərbaycan suveren dövlət olduğundan bizim onun hansısa şəhərinə hansısa ad vermək hüququmuz yoxdur".

Qeyd edək ki, tədbirin sonunda müharibə veteranlarına Qələbənin 65 illiyi münasibətilə yubiley medalları təqdim olunub, abidənin önünə əklillər, əsgərlərin qəbirləri üzərinə çiçəklər qoyulub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Qələbə-65 münasibətilə rəsmi mərasim
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 65-ci ildönümü münasibətilə mayın 7-də Bakıda təntənəli mərasim keçirilib.

NATO baş katibi Azərbaycanın NATO yanında nümayəndəsi ilə görüşüb
NATO baş katibi Anders Foqh Rasmussen mayın 6-da Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Kamil Xasıyevlə görüşüb.

Polis şöbəsinin sabiq rəisinə 13 il həbs
Məmmədəli Əliyev bir sıra maddələr üzrə təqsirkar bilindi

ADNA-dakı teraktın məhkəməsi davam edir
İş üzrə təqsirli bilinənlər Fərda Qədirovun törədəcəyi hadisədən xəbərsiz olduqlarını deyirlər

Baş baytarımz bəlli oldu
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) Respublika Baytarlıq Laboratoriyasına yeni təyin edilmiş direktorun təqdimat mərasimi keçirilib.

Norveçli jurnalistlər işlərini ehtiyatlı tutublarmış
Onlar çəkdikləri materialları ölkələrinə apara bilmişlər

Eynulla Fətullayevin işi üzrə məhkəmə prosesi keçirilib
Prosesdə ittiham tərəfinin şahidləri ifadə veriblər

Ədliyyə Nazirliyi yeni müalicə müəssisəsini istifadəyə verdi
Müəssisə əsasən vərəmli məhkumlara xidmət edir

"İnternet üzərində nəzarət yolverilməzdir"
"Sərhədsiz Reportyorlar" narahatdır

Məhbus şəhər Şuşa da anıldı
Onun işğalı Qələbə gününə təsadüf edir

"Düşmənçilikdən çəkinməyə çağırıram"
Geğam Baqdasaryandan qəribə təklif



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər