Hal-hazırda Ayna qəzetinin 08.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Sülhəddin Əkbər: "NATO-nun Qafqaz siyasətində ciddi dəyişikliklər edilməlidir"
Sülhəddin Əkbər: "NATO-nun Qafqaz siyasətində ciddi dəyişikliklər edilməlidir"
Onun fikrincə, alyans Bakının üzvlüyə hazır olmamasını nəzərə almalıdır
Şənbə, 08.05.2010

C.Məzahiroğlu mətn ölçüsü  

"Perspektivdə Şimali Atlantika Alyansının qloballaşma ehtimalı böyükdür. Bu, uzaq perspektivdə ola bilər, lakin günün birində NATO Demokratik Təhlükəsizlik Müqaviləsi Təşkilatına çevrilərsə, mənim üçün gözlənilməz olmaz". Bunu "Ayna"nın Azərbaycan - NATO ilə əməkdaşlığının perspektivləri barədə sualına cavab olaraq Azərbaycan - Atlantika Əməkdaşlıq Assosiasiyasının sədri Sülhəddin Əkbər bildirib. Onun sözlərinə görə, məsuliyyət və fəaliyyət məkanı qloballaşdıqca NATO da qloballaşma zorunda qalacaq. Ekspert qeyd edib ki, bu gün artıq alyans öz sərhədlərindən kənarda Balkanlardan (Bosniya, Kosovo, Makedoniya) Mərkəzi Asiyaya (Əfqanıstan), Afrikaya (Darfur) və Orta Şərqədək (İraq) çox geniş bir çoğrafiyada sülhün qorunması və dəstəklənməsində mühüm rol oynayır. Eyni zamanda universal demokratik dəyərləri bu coğrafiyalara daşıyır.

Ekspert deyir: "Mövcud qlobal və regional təhlükəsizlik şəraiti və balaca inkişaf meyilləri qlobal demokratik təhlükəsizlik məkanının formalaşdırılması istiqamətində aktiv siyasət aparılmasını diqtə edir". Onun fikrincə, yeni Avropa təhlükəsizlik məkanı bu qlobal məkanın mərkəzində olmaqla bərabər, ilk növbədə Asiyanın Yaponiya və Cənubi Koreya kimi inkişaf etmiş demokratik ölkələri, Avstraliya və Yeni Zelandiya da bura daxil edilməlidir.

S.Əkbər hesab edir ki, ABŞ və Avropadan olan müttəfiqləri, xüsusən də Fransa və Almaniya qlobal miqyasda, o cümlədən postsovet məkanında demokratiya, sabitlik və təhlükəsizlik məkanının genişləndirilməsi məsələsində səylərini birləşdirməli, əlaqəli hərəkət etməli və bütün Avroatlantik resurslardan səmərəli istifadəyə imkan verən vahid strategiya işlənib hazırlanmalıdır.

"Bunun üçün də ən uyğun yer NATO-dur. Alyansın hazırlanmaqda olan yeni strateji konsepsiyasının bu tələblərə nə dərəcədə cavab verəcəyini yaxın perspektivdə birlikdə görəcəyik. Alyansın postsovet məkanına, eyni zamanda Cənubi Qafqaza yönəlik siyasətinə ciddi korrektələr edilməlidir" - S.Əkbərin fikrincə, Gürcüstan böhranından sonra yeni şəraitin yarandığı, onsuz da xarici təsirlərə açıq və həssas olan Cənubi Qafqazda konfliktlərin həlli, demokratiyanın inkişafı, sabitlik və təhlükəsizliyin təmini üçün region ölkələrinə güclü dəstək verilməlidir.

"Gürcüstan Rusiya qarşısında yalnız buraxılmamalı, onun alyansa üzvlüyünə süni əngəllər aradan qaldırılmalı və bu qürurlu kiçik ölkə hərtərəfli dəstəklənməlidir" - S.Əkbər bildirdi ki, dəyişən regional şərait və rəsmi Bakının NATO-ya üzvlüyə hazır olmaması nəzərə alınmalı, IPAP gücləndirilərək MAP-a maksimum yaxınlaşdırılmalı və Azərbaycan NATO ilə gücləndirilmiş tərəfdaşlığa cəlb edilməlidir.

Onun fikrincə, Azərbaycana yönəlik bu siyasət alyansın üzvü olan ABŞ və Türkiyə ilə strateji tərəfdaşlıq və AB ilə assosiativ üzvlük siyasəti ilə də dəstəklənərsə, yaxın perspektiv üçün səmərəli olar.

"Azərbaycan da öz növbəsində, artıq vaxt itirmədən Milli Təhlükəsizlik Konsepsiyasında göstərdiyi kimi, Avroatlantik məkana inteqrasiyanı başlıca strateji hədəf kimi göstərməklə öz Hərbi Doktrinasını və Xarici Siyasət Konsepsiyasını da qəbul etməli, gücləndirilmiş tərəfdaşlığa keçməklə alyansla əlaqələrini inkişaf etdirməli, yuxarıda qeyd edildiyi istiqamətlərdə ABŞ, AB və Türkiyə ilə münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırmalıdır", - deyə o bildirdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

NATO-nun yeni siyasəti Azərbaycanın maraqlarına cavab verirmi?

Robert Simmons: "Azərbaycan NATO-ya üzv ola bilər"

NATO və Qarabağ münaqişəsinin həlli...

Bakıda NATO tədbiri

Bölmənin digər xəbərləri
 
SNT-dən başlanan Azərbaycan - NATO əməkdaşlığı
Müdafiə və təhlükəsizlik sektorunda islahatlar necə gedir?

Yan Koqout: "Münaqişə sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunmalıdır"
Çexiyanın xarici işlər naziri ölkəsinin Azərbaycana dəstək verdiyini bildirir

"Bizim işimiz bu borunu qazla təmin etməkdir"
Əli Həsənov "Nabucco" haqqında danışıb

Türkiyəli ekspertlər Bakıya gəlir
Məqsəd qaz sazişləri paketini tamamlamaqdır

AŞ - AB münasibətləri müzakirə mövzusudur
Avropa Şurası xarici işlər nazirlərinin yığıncağı keçiriləcək

Nazim İbrahimov Libermanla görüşüb
Azərbaycan-İsrail münasibətləri haqqında danışılıb

"Rusiyanın Hərbi Doktrinasında əksini tapanlara ciddi yanaşmaq lazım deyil"
Mayın 7-də Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) təşkilatçılığı ilə "Rusiyanın yeni Hərbi Doktrinası:

Pənah Hüseynlə Müsavat arasında fikir ayrılığı
Qarşılıqlı ittihamların arxasında ciddi bir səbəb görünmür

Qələbə - 65:
Bu bizim şərəfli keçmişimizdir
Biz bu səhifələri qürurla vərəqləyirik

Daşqından ziyan çəkənlərə kompensasiya veriləcək
Azərbaycan prezidenti müşavirə keçirdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər