Hal-hazırda Ayna qəzetinin 08.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
SNT-dən başlanan Azərbaycan - NATO əməkdaşlığı
SNT-dən başlanan Azərbaycan - NATO əməkdaşlığı
Müdafiə və təhlükəsizlik sektorunda islahatlar necə gedir?
Şənbə, 08.05.2010

Cəsur Sümərinli mətn ölçüsü  

Bu gün Azərbaycanın NATO ilə münasibətləri cəmiyyətin diqqət mərkəzində olan məsələlərdən biridir. Nəzərə alınmalıdır ki, bu ilin ortalarında Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (IPAP) üçüncü mərhələsinə dair razılaşmanın əldə olunacağı gözlənilir. Ortada olan məlumatlardan bəlli olur ki, üçüncü mərhələdə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda islahatlar davam etdiriləcək.

Əslində bu gün Azərbaycan - NATO əməkdaşlığının tarixi 1992-ci ilə gedib çıxsa da, rəsmi səviyyədə münasibətlərin qurulması 1994-cü illə bağlıdır. Belə ki, 1994-cü il mayın 4-də mərhum prezident Heydər Əliyev SNT proqramının çərçivə sənədini imzaladı.

SNT nədir və Azərbaycan üçün nə vəd edir? Əslində SNT proqramının konkret məqsədləri fərqlidir. Aşağıdakı məqsədlər diqqəti cəlb edir:

- hərbi planlaşdırma prosesinin və müdafiə büdcələrinin formalaşdırılmasının açıqlığına nail olunması;

- Silahlı Qüvvələr üzərində demokratik nəzarətin tətbiqi;

- BMT-nin himayəsi və ya ATƏT-in sanksiyası ilə aparılan əməliyyatların keçirilməsinə kömək üçün vacib qüvvə, vəsait və hazırlıq səviyyəsinin saxlanılması,

- birgə planlaşdırma, hazırlıq və təlimlərin keçirilməsi məqsədi ilə NATO ilə hərbi əməkdaşlıq əlaqələrinin inkişafı.

Hər il Azərbaycan SQ nümayəndələri SNT proqramı çərçivəsində keçirilən 300-dən artıq təlim və seminarda iştirak edirlər. Müşahidələr göstərir ki, SNT çərçivəsində keçirilən təlimlərdə iştirak Azərbaycan SQ zabitlərinin bilik və vərdişlərinin artırılmasına yardım edir, ümumilikdə isə ölkənin NATO standartlarına inteqrasiyası üçün zəmin yaradır. Bildirək ki, hazırda Azərbaycan Müdafiə Nazirliyinin Təlim - Tədris Mərkəzinin nəzdində "SNT" mərkəzi fəaliyyət göstərir. Zabitlərimiz burada keçirilən seminarlarda NATO standartlarına uyğun hazırlaşdırılır.

Tərəfdaş ölkələr, o cümlədən Azərbaycan SNT çərçivəsində NATO ilə üç səviyyədə əməkdaşlıq edirlər:

- birinci səviyyə: Individual Partnershir Programme - Fərdi Tərəfdaşlıq Proqramı,

- ikinci səviyyə: Planing and Review Process - Proseslərin Planlaşdırılması və Analizi Proqramı,

- üçüncü səviyyə: Individual Partnershir Aaction Plan - Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı.

Bununla yanaşı, Azərbaycan NATO ilə Əməliyyat İmkanları Konsepsiyası (OCC), Terrorizm Əleyhinə Tərəfdaşlığın Fəaliyyət Planı (PAP-T), Müdafiə Təsisatlarının Qurulması üzrə Tərəfdaşlığın Əməliyyat Planı (PAP - DIP), "NATO-nun Silahlı Qüvvələrdə Hərbi Təlim və Təhsil sahəsinin təkmilləşdirilməsi" proqramı və başqa sənədlər çərçivəsində əməkdaşlıq edir. Xüsusilə də Azərbaycanın NATO ilə "Saloğlu və "Melanj" layihələri çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilməlidir.

Lakin Azərbaycan cəmiyyətini düşündürən məsələ NATO ilə əməkdaşlıq üzrə IPAP sənədində əksini tapan islahatlardır. Doğrudur, bu gün IPAP sənədinin tam mətni Azərbaycan ictimaiyyəti üçün hələ də tam açıq deyil. Amma 1994-cü ilin may ayının 4-dən davam edən, artıq bu günlərdə 16 illiyini qeyd etdiyimiz prosesin özü bir çox suallara cavabdır. Azərbaycan və NATO rəsmilərinin, beynəlxalq ekspertlərin ifadə və rəylərini təhlil edərkən Bakı və Brüssel arasında imzalanmış sənədlərin həqiqətən də çox geniş spektrli və ciddi məsələləri əhatə etdiyi üzə çıxır.

Amma araşdırmalar göstərir ki, xüsusilə də IPAP-ın birinci (2006 - 2007-ci illər) və ikinci (2008 - 2010-cu illər) mərhələsində nəzərdə tutulan bir çox islahatların yerinə yetirilməsində ciddi problemlər ortaya çıxıb. Xüsusilə də ordu üzərində mülki nəzarətin tətbiq olunmasında irəliləyişlər gözə dəymir, hərbi xərclər, büdcə şəffaf deyil, güc strukturlarının parlament qarşısında hesabatlılığı yoxdur.

Eyni zamanda, Silahlı Qüvvələrin Baş Qərargahının Müdafiə Nazirliyindən ayrılması prosesi faktik olaraq iflasa uğrayıb, Y və G sistemlərinin qarışdırılmasına cəhdlər və nəticədə səmərəsiz islahatlar müşahidə olunur.

Xüsusilə islahatlar nəticəsində baş vermiş bir çox dəyişikliklər ölkənin hərbi qanunvericiliyində əksini tapmır. Misal üçün deyək ki, Müdafiə Nazirliyinin özünün hələ də Əsasnaməsi yoxdur, orduda həyata keçirilən son ştat-struktur dəyişiklikləri ilə bağlı qanunvericilikdə heç bir dəyişiklik həyata keçirilməyib. Ümumiyyətlə, nə Silahlı Qüvvələr haqqında qanunda, nə də nizamnamələrdə hər hansı ciddi dəyişikliklər həyata keçirilib.

Ümumilikdə bu gün SQ-nin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, əsasnamələrin, nizamnamələrin əksər hissəsi sovet dövründən qalmadır və onlar Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması prosesi ilə ziddiyyət təşkil edir.

Bundan başqa, orduda insan haqları ilə bağlı problemlər artır, Silahlı Qüvvələrin maddi-texniki təminatı aşağıdır, mənzil hüququ pozulur.

Konseptual sənədlərin qəbulu gecikdirilir, Hərbi Doktrina və Strateji Müdafiə İcmalı hələ də qəbul olunmayıb, SQ-də bağlı islahatlar proqramı hələ də cəmiyyətin geniş kütlələri üçün qaranlıqdır. Azərbaycan - NATO əməkdaşlıq sənədləri, xüsusilə də IPAP-ın mətni cəmiyyət üçün qapalı saxlanılmaqda davam edir.

Xüsusilə də bu gün Azərbaycan SQ kadrları ilə bağlı ciddi problemlər ortadadır. Nəzərə alınmalıdır ki, Azərbaycanda NATO təhsili almış zabitlərin yuxarı vəzifələrə keçidi prosesi çox ləng baş verir. Bu prosesə ciddi maneələr mövcuddur. O səbəbdən orduda yuxarı vəzifələrdə çalışan zabitlərin tam əksəriyyəti sovet təhsilli olduqlarından islahatlar prosesinin uğurla başa çatacağına ciddi şübhələr mövcuddur. Baxmayaraq ki, Azərbaycan "NATO-nun Silahlı Qüvvələrdə Hərbi Təlim və Təhsil sahəsinin təkmilləşdirilməsi" proqramına qoşulub, bu istiqamətdə diqqətçəkən islahatlar gözə dəymir.

Hesab etmək olar ki, yaranmış reallıq NATO tərəfindən nəzərə alınmalı və Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun inkişafına dəstək artırılmalıdır. Bu dəstək xüsusilə bir sıra sahələri - qanunvericilik, təminat və təchizat, o cümlədən silah və hərbi texnikanın yeniləşdirilməsini də əhatə etməlidir.

NATO Azərbaycana hərbi islahatlar sahəsində ekspert dəstəyini artırmalıdır. Xüsusilə də hərbi qanunvericiliyin, hərbi qulluqçuların maddi təminatı və hüquqlarının qorunması sahəsində yardım göstərilməlidir.

Bu gün postsovet ölkələrinin NATO standartlarına uyğunlaşdırılmasında ən böyük problemlərdən biri məhz ordunun istifadəsində olan silah və hərbi texnika ilə əlaqədardır. Xüsusilə bu gün Azərbaycan SQ-nin istifadəsində olan silah-sursat və hərbi texnika əsasən Rusiya mənşəli olduğundan digər hərbi istiqamətlərdə Rusiyadan ciddi asılılıqların yarandığı aşkar görünür. Bu səbəbdən NATO Azərbaycan kimi silahlanmaya milyonlar xərcləyən ölkələri Qərbin güzəştli silah və hərbi texnika bazarına cəlb etmək üçün konkret işlər görməlidir.

Eyni zamanda, Azərbaycan SQ-də NATO standartlarının tətbiqi prosesinə ayrı-ayrı məmurların əngəl törətdiyi də istisna deyil. O səbəbdən hesab etmək olar ki, Azərbaycanın hərbi baxımdan NATO standartlarına uyğunlaşdırılması prosesinə geniş ictimaiyyət də cəlb olunmalıdır. Bu da yalnız SNT, IPAP, PARP kimi sənədlərin tam mahiyyətinin insanlara açıqlanması ilə mümkündür.

Yalnız cəmiyyətdən dəstək görən əməkdaşlıq uğura məhkumdur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Mediaya "farağat" komandası?

Bölmənin digər xəbərləri
 
Yan Koqout: "Münaqişə sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunmalıdır"
Çexiyanın xarici işlər naziri ölkəsinin Azərbaycana dəstək verdiyini bildirir

"Bizim işimiz bu borunu qazla təmin etməkdir"
Əli Həsənov "Nabucco" haqqında danışıb

Türkiyəli ekspertlər Bakıya gəlir
Məqsəd qaz sazişləri paketini tamamlamaqdır

Sülhəddin Əkbər: "NATO-nun Qafqaz siyasətində ciddi dəyişikliklər edilməlidir"
Onun fikrincə, alyans Bakının üzvlüyə hazır olmamasını nəzərə almalıdır

AŞ - AB münasibətləri müzakirə mövzusudur
Avropa Şurası xarici işlər nazirlərinin yığıncağı keçiriləcək

Nazim İbrahimov Libermanla görüşüb
Azərbaycan-İsrail münasibətləri haqqında danışılıb

"Rusiyanın Hərbi Doktrinasında əksini tapanlara ciddi yanaşmaq lazım deyil"
Mayın 7-də Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) təşkilatçılığı ilə "Rusiyanın yeni Hərbi Doktrinası:

Pənah Hüseynlə Müsavat arasında fikir ayrılığı
Qarşılıqlı ittihamların arxasında ciddi bir səbəb görünmür

Qələbə - 65:
Bu bizim şərəfli keçmişimizdir
Biz bu səhifələri qürurla vərəqləyirik

Daşqından ziyan çəkənlərə kompensasiya veriləcək
Azərbaycan prezidenti müşavirə keçirdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər