Son aylar kameralar önünə az-az çıxan müğənni Elton təzə xəbərlərini bizimlə bölüşərək dedi ki, tezliklə ifasında silsilə dini mahnılar yazılacaq. Daha sonra bunlar albom şəklində satışa çıxarılacaq. Və bu səpkidə işini konsert proqramı ilə davam etdirəcək:
"Konserti Ramazan ayında verməyi düşünürəm. Proqrama yalnız dini mahnılar daxil ediləcək. Bu məqsədimə başqa don geyindirilməməsini xahiş edirəm. Sadəcə, içimdən gəlir və oxuyuram".
Elton bildirdi ki, yaxın aylar üçün yaradıcılığını tək dini mahnılar təşkil etməyəcək. Estrada janrında duet mahnılar hazırlamağı da düşünür. Həmkarları arasında seçim etsə də, təklifi Brilliant Dadaşova və Röyaya ünvanlamayıb, ilk olaraq bizə açıqladığını söylədi.
"Bunu bir cəhd olaraq sizə söylədim. Təklifi də, yəqin, yaxın zamanlar üçün edərəm", - deyə müğənni bildirdi.
Sözünün sonunda Elton bildirdi ki, yaxın zamanların birində Fransaya yollanmaq niyyətindədir. Amma bu, sırf istirahət proqramından ibarət olacaq. Müğənni deyir ki, builki səfərlərini məhz bu məqsədlə həyata keçirməyi qarşısına məqsəd qoyub.
|