Hal-hazırda Ayna qəzetinin 08.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Bakıda məscid davası edənlərin nəzərinə:
Bakıda məscid davası edənlərin nəzərinə:
Urmiyada qədim məscid və çoxlu tarixi abidələr uçub-dağılır
Şənbə, 08.05.2010

S.Sədi mətn ölçüsü  

Urmiya şəhərinin "Gülüstü" məhəlləsində yerləşən "Lütfəli xan məscidi" uçmaqdadır. Bu məscid Güney Azərbaycanın mühüm qədim tarixi abidələrindən sayılır. Güneydən redaksiyaya daxil olan müraciətdə bildirilib ki, Güney Azərbaycanın tarixi abidələri baxımsızlıq ucbatından dağılmaqdadır. "GünAzTv"nin məlumatına görə, Azərbaycan mədəniyyəti, tarixi, abidələri və mənəvi həyatını əks etdirən sənət əsərləri nəinki İran İslam Respublikasının dəstəyindən məhrumdur, eyni halda hakimiyyətin özü tərəfindən ağır zərbələrə məruz qoyulmaqdadır.

Yeri gəlmişkən, Bakıda məscid davası aparanlardan sözügedən, habelə Azərbaycanın başqa əyalətlərində uçub-dağılmaqda olan qədim məscidlərlə bağlı etiraz səsi çıxmır. Yoxsa onlar ibadət yeri sayılmır?

Arayış üçün: 4-5 il öncə şəhərin hazırda "İmam xiyabanı" adlanan küçəsində "Şeyx Əli xan hamamı"nı da "Sərdaran" prospektinin salınması adı altında sökmüşdülər. Bu özbaşınalıqlara İranın səlahiyyətli qurumları göz yummuşdu.

İslam Respublikasına rəhbərlik edənlər Azərbaycanın tarixi abidələrini söküb-dağıda bilməyəndə isə onun adını dəyişir. Urmiya şəhərindəki "Doqquz pillə buzxanası"nın adı dəyişdirilib. İranın Mədəni irsi qoruma idarəsi bu sayaq məsələlərdə tarixiliyi qorumaq yerinə özü bu işlərə başçılıq edir. Qurumun təşəbbüsü ilə "Doqquz pillə buzxanası"nın adı fars dilinə tərcümə edilərək, "Yəxçəle nohe-pille" kimi adlanıb. Görünür, adın türkcə olması "pantürkizmdən" xəbər verirmiş.

Fars şovinistləri və ermənilərin türklüyə qarşı təhriflər metodu və üslubundan təzəlikcə kürdlər də faydalanmağa səy edirlər. "GünAzTv"nin bu haqda yaydığı "Yumurta oğrusu sonda dəvə oğrusu olar" başlıqlı məqalədə deyilir: "Deyəsən türklərə, o cümlədən Azərbaycan türklərinə qarşı çıxan bədxahlar eyni xəstəliyə yoluxublar. Kürd milliyyətçiləri də ermənilər kimi torpaqlarımıza göz dikməklə kifayətlənmir, həm də tarix və mədəniyyətimizi mənimsəmək niyyətinə düşüblər".

Mənbənin məlumatına görə, çeşidli çoxsaylı və təkzibedilməz mənbələrdə türk olduğu dəfələrlə və dəfələrlə sübut edilmiş Nizami Gəncəvini təzəlikcə özlərinə tarix düzəltməyin peşinə düşən kürd "ziyalıları" "kürd" kimi qələmə verməyə çalışır. Onlar bu dahi türkü "Vikipediya"da "kürdlərin dahi şəxsiyyəti" kimi təqdim ediblər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakının qurtuluşunun 91-ci ildönümü yaxınlaşır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Mətbuat gününə - mətbuat tarixi

Bölmənin digər xəbərləri
 
Tehranın tükənməz erməni sevgisi
və türklüyə dərin nifrəti



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər