İtaliyanın Matera şəhərində Vokalçıların Roza Ponsel 10-cu Beynəlxalq Müsabiqəsində azərbaycanlı vokalçı Cavid Səmədov 100 baldan 98 bal toplayaraq 1-ci yeri qazanıb. Musiqiçinin "Ayna" qəzetinə bildirdiyinə görə, 27 aprel - 2 mayda keçirilən bu müsabiqə 2 tur və finaldan ibarət olub. Təşkilatçılar Cavidin ifasını Youtobe-da izləyib, özləri onu taparaq, müsabiqəyə dəvət ediblər. Öyrəndik ki, müsabiqədə 10-12 ölkə iştirak edib. Onların arasında Koreya, Malayziya, İtaliya, Yaponiya, Misir, Rusiya, Azərbaycan və s. ölkələr vardı.
Cavid Səmədov Mədəniyyət və Turizm Nazirliyinin tam maliyyə dəstəyi ilə 2008-2010-cu il müddətində İtaliyanın Ozimo şəhərində "Ozimo Opera Sənəti Akademiyası"nda hazırlıq kursu keçir.
Bu müddətdə dünyanın tanınmış opera sənəti ustalarından - Raina Kabaivanska, Uilliam Mateuzzi, Antonio Yuvarra, Serjio Segalini, Lella Çuberli kimi sənətçilərdən ustad dərsləri alıb. Təhsil müddətində akademiyanın təşkil etdiyi 8 konsertin hər birində iştirak etmişdir.
|