Hal-hazırda Ayna qəzetinin 08.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Milli Kitab Mükafatının qalibləri üçün sürpriz
Milli Kitab Mükafatının qalibləri üçün sürpriz
Müəlliflərlə müqavilə imzalanır
Şənbə, 08.05.2010

Zəminə Rüstəm mətn ölçüsü  

Milli Kitab Mükafatı qaliblərinin adları mayın 23-də bəlli olacaq. Bu barədə layihənin təsisçisi, "Əli və Nino" Kitab Evinin rəhbəri Nigar Köçərli danışıb. Xatırladaq ki, əslində mərasim mayın 1-də keçirilməli idi. Lakin sonradan mükafatın sponsorları layihəyə xüsusi önəm verdikləri üçün mükafatlandırma mərasimini daha orijinal təşkil etmək səbəbindən tədbirin mayın sonuna keçirilməsi qərara alınıb:

"Qeyd edim ki, qiymətləndirmə prosesi 10 şkalalıq bal sistemi ilə aparılacaq. Münsiflər heyətindən bəzi nümayəndələr artıq əsərlərlə bağlı ümumi fikirlərini mətbuata açıqlayıblar. Bəziləri susmağa üstünlük verir və bunu obyektivliyin qorunması ilə əlaqələndirirlər. Təsisçi olaraq, onların fikirləri ilə mütəmadi maraqlanıram".

Nigar Köçərlinin əlavəsinə görə, onluqdakı müəlliflərin əsərləri ilə bərabər 10 ballıq sistem üzrə qiymətləndirməyə şərait yaradan bülletenlər artıq münsiflər heyətinə təqdim edilib. Onlar əsərləri oxuyub və hər əsər üzrə ballarını bülletendə qeyd edəcəklər.

"Ən çox bəyəndikləri əsərə 10 bal, heç bəyənmədiklərinə isə 1 bal verə bilərlər. Sonra 10 əsər üzrə səsvermə nəticələri konvertə qoyulub bizə göndərilir. Anonimlik qorunacaq ki, obyektivlik təmin olunsun. Kimin hansı əsərə neçə bal verməsi isə yalnız Təşkilat Komitəsinə və sponsorlara bəlli olacaq. Artıq bəzi münsif üzvləri öz cavablarını təqdim ediblər. Digərləri isə bunu mayın 23-də müəyyən edəcək və qaliblərin adı bəlli olacaq" - deyə N.Köçərli bildirdi.

Layihənin təsisçisi qeyd edir ki, mayın 23-də tədbirə indiyədək adı gizli saxlanılan Ekspertlər Şurası dəvət olunacaq və adlar açıqlanacaq. Nigar xanım siyahıya adı düşən 10 müəllifin əsərlərinin nəşri prosesinin yaxşı təşkil olunduğunu da bildirdi:

"Əsərləri almanax şəklində çap etməyi düşünürdük. Lakin sonradan nəşrin çox qalın alınacağını nəzərə alıb hər müəllifin kitabını ayrı-ayrılıqda nəşr etmək qərarına gəldik. Yəqin, bu qərar müəlliflərin də ürəyincə olacaq. Biz bununla hansı kitabın daha çox satılacağını müəyyən edə biləcəyik".

Sonda N.Köçərli bildirdi ki, hazırda müəlliflərlə müqavilələrin bağlanma prosesi gedir. Sürpriz olaraq onu da sözünə əlavə etdi ki, müəlliflərə qonorarla yanaşı, həm də kitabların satışından müəyyən faiz veriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

"Yarımçıq əlyazma" Braziliyada çap olunub

Azərbaycandakı həbs Avropanı "silkələdi"

Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir

Gənc bloqçuların azad edilməsi tələb edilir

Bölmənin digər xəbərləri
 
"40-cı qapı" bədii filmi təqdim olunur
Kinofestivallarda iştirak etmiş olsa da, ölkə seyrçisi onu hələ görməyib

Simfonik Orkestr beynəlxalq festivala dəvət olunub
Akademik Opera və Balet Teatrının Simfonik Orkestri Avropada ən mötəbər musiqi festivallarından biri olan Münhen Opera Sənəti Festivalına dəvət olunub.

Gənc dirijorun uğurlu debütü
Fuad İbrahimov indi dünyanın ünlü orkestrlərində çıxış edir

"Milli Mükafat" sahiblərini tapdı
Mükafata bir yeni nominasiya əlavə edilib

"Tarixin ibrət dərsləri"
Milli qəhrəmanların şəxsi əşyaları nümayiş etdirilib

"Qarın şərhi" Tiflisdə nəşr edildi
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, gənc şair, tərcüməçi Səlim Babullaoğlunun Tiflisdəki "Qafqaz Evi"ndə "Qarın şərhi" adlı kitabı nəşr olunub.

Vokalçımızın İtaliya uğuru
İtaliyanın Matera şəhərində Vokalçıların Roza Ponsel 10-cu Beynəlxalq Müsabiqəsində azərbaycanlı vokalçı Cavid Səmədov 100 baldan 98 bal toplayaraq 1-ci yeri qazanıb.

Bakıda Frederik Şopen festivalı keçiriləcək
Polşanın Azərbaycan Səfirliyi və Mədəniyyət və Turizm Nazirliyi gənc pianoçuların Frederik Şopen festivalını keçirəcəklər.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər