Hal-hazırda Ayna qəzetinin 08.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Milli Mükafat" sahiblərini tapdı
"Milli Mükafat" sahiblərini tapdı
Mükafata bir yeni nominasiya əlavə edilib
Şənbə, 08.05.2010

Xatun mətn ölçüsü  

Opera və Balet Teatrında "Best of the Best" (Yaxşıların yaxşısı) mükafatının təqdimetmə mərasimi keçirildi. Tədbirin aparıcılıq missiyasını öz üzərinə götürən müğənni Natəvan Həbibi və əməkdar artist Əkbər Əlizadə qaliblərin adlarını açıqladılar. "Yaxşıların yaxşısı" milli mükafatı ilk dəfə olaraq "Primadonna" nominasiyası üzrə İlhamə Quliyevaya təqdim edildi. Daha sonra milli mükafata layiq görülən digər qaliblərin adları açıqlandı - Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "Mətbuatın dostu", Dinamik inkişafına və yeniliklərinə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Məclisin iqtisadi-siyasi komissiyasının sədri Ziyad Səmədzadə maarifçiliyin inkişafındakı xidmətlərinə görə qalib oldu.

Mükafat alanlardan Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev "İlin ən yaxşı teatr tamaşası" nominasiyasında "Arşın mal alan" operettasına görə seçilmişdir.

Qeyd edək ki, mükafat alanlar sırasında xalq artisti Teymur Göyçəyev, Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslan, millət vəkilləri Dünyamin Xəlilov, Adil Əliyev, Cavanşir Paşazadə, şair Baba Vəziroğlu, idman ustası Kənan Məmmədov, YUNİSEF Uşaq Təşkilatı, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin direktoru Nigar Köçərli, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid, Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, musiqi qruplarından "Xan" və "Kristal", müğənnilər Faiq Ağayev, Mətanət Əsədova, Natəvan Həbibi, Manana Çaparidze, Elza Seyidcahan, Fidan Hacıyeva, İzzət Bağırov, gənc yazar Elxan Xanəlizadə, xanəndə Qoçaq Əsgərov, bəstəkar Aygün Səmədzadə və başqaları var idi.

Xatırladaq ki, mükafat ötən il ərzində Azərbaycan üçün xeyirli işlər görmüş, dəyərli layihələrə imza atmış şəxslərə təqdim edilir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycandakı həbs Avropanı "silkələdi"

Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir

Adlar seçimin obyektivliyini dəqiq əks etdirdi

Gənc bloqçuların azad edilməsi tələb edilir

Seyid Cəfər Pişəvəri yad edildi

Bölmənin digər xəbərləri
 
"40-cı qapı" bədii filmi təqdim olunur
Kinofestivallarda iştirak etmiş olsa da, ölkə seyrçisi onu hələ görməyib

Simfonik Orkestr beynəlxalq festivala dəvət olunub
Akademik Opera və Balet Teatrının Simfonik Orkestri Avropada ən mötəbər musiqi festivallarından biri olan Münhen Opera Sənəti Festivalına dəvət olunub.

Gənc dirijorun uğurlu debütü
Fuad İbrahimov indi dünyanın ünlü orkestrlərində çıxış edir

"Tarixin ibrət dərsləri"
Milli qəhrəmanların şəxsi əşyaları nümayiş etdirilib

Milli Kitab Mükafatının qalibləri üçün sürpriz
Müəlliflərlə müqavilə imzalanır

"Qarın şərhi" Tiflisdə nəşr edildi
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, gənc şair, tərcüməçi Səlim Babullaoğlunun Tiflisdəki "Qafqaz Evi"ndə "Qarın şərhi" adlı kitabı nəşr olunub.

Vokalçımızın İtaliya uğuru
İtaliyanın Matera şəhərində Vokalçıların Roza Ponsel 10-cu Beynəlxalq Müsabiqəsində azərbaycanlı vokalçı Cavid Səmədov 100 baldan 98 bal toplayaraq 1-ci yeri qazanıb.

Bakıda Frederik Şopen festivalı keçiriləcək
Polşanın Azərbaycan Səfirliyi və Mədəniyyət və Turizm Nazirliyi gənc pianoçuların Frederik Şopen festivalını keçirəcəklər.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər