Hal-hazırda Ayna qəzetinin 08.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Bələdiyyə böyüsə də, büdcələr kiçik qaldı
Bələdiyyə böyüsə də, büdcələr kiçik qaldı
yaxud böyüyən bələdiyyələrin böyük problemləri
Şənbə, 08.05.2010

Aynurə Əhmədova mətn ölçüsü  

Nəhayət ki, bələdiyyələr birləşdirildi. Dörd aydan bəridir ölkədə 1718 bələdiyyə fəaliyyət göstərir. Bir sıra bələdiyyələr birləşmə fikrinə isti yanaşmasa da, hökumət 2757 bələdiyyənin özünüidarəetmənin inkişafını ləngitməsi fikri ilə razılaşdı və birləşməni inzibati yolla gerçəkləşdirdi. Adətən qərarların verilməsində ləng tərpənən hökumət bu dəfə zirəklik nümayiş etdirdi. Sözsüz ki, bunda yerli QHT-lərin apardığı vəkillik kampaniyasının rolu danılmazdır.

Əslində birləşmə yerli özünüidarəetmənin təkmilləşməsi, inkişafı üçün qaçılmaz addımdır. Baxmayaraq ki, əksər bələdiyyələrdə bu qərara qarşı çıxanlar da tapıldı. Ölkəmizdə bələdiyyələrin inkişafını dəstəkləyən ekspertlər isə, əksinə, birləşmənin bələdiyyə institutunun inkişafına təkan verəcəyini vurğulayırlar. Hökumətin işinə yardım məqsədilə aparılan tədqiqatlar çərçivəsində birləşmənin mexanizmləri, xarici təcrübə əsasında təkliflər də verilirdi. Ancaq birləşmə müvafiq qanunda qeyd edildiyi kimi, könüllü deyil, inzibati yolla baş tutdu. Beləliklə, "Bələdiyyələrin birləşdirilməsinin özünüidarəetməyə müsbət təsiri olacaqmı?" sualı yaranır. Buna aydınlıq gətirməzdən öncə "Bələdiyyələr nə üçün birləşdirilməli idi?" sualına bir daha işıq salaq. ...Avropa ölkələrində bələdiyyələrin sayı 250-270-dən çox deyil. Xarici ölkələrdə də bələdiyyələrin birləşməsi prosesi yaşanıb. Həmin ölkələrdə də əvvəlcə kiçik bələdiyyələr fəaliyyət göstərib. Sonra həmin bələdiyyələr birləşərək bugünkü səviyyəyə çatıblar.

REKLAM

Deməli, 2757 bələdiyyə Azərbaycan kimi kiçik ölkə üçün çox idi. Birləşmə baş tutmazdan öncə ölkədə ən kiçik bələdiyyə Daşkəsən rayonunun Quytul bələdiyyəsi idi ki, onun 33 nəfər əhalisi vardı. 40-50 nəfər sakini olan kəndlərdə bələdiyyənin fəaliyyətinin səmərə verəcəyini düşünmək özü gülməlidir. Çünki bu bələdiyyələrin torpaqları, maliyyə mənbələri çox azdır. Belə olan halda onlar əhalinin problemini həll etməkdə acizdir. Heç bir iş görməyən bələdiyyə kimə lazımdır ki?! Deməli, böyüyən bələdiyyənin böyük işlər görmək imkanı doğulur.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin "Azərbaycanda bələdiyyələrin gücləndirilməsi" konsepsiyasında qeyd olunur ki, bələdiyyələrin say azlığı təkcə Avropa ölkələri üçün deyil, dünyanın başqa qitələrinə məxsus inkişaf etmiş ölkələr üçün də xarakterikdir. Bu onu deməyə əsas verir ki, bələdiyyələrin birləşdirilməsi siyasəti dünyanın hər yeri üçün xasdır və bunun bələdiyyə institutunun inkişafı üçün başlıca hədəflərdən biri olduğu bütün dünyada qəbul edilir. Məsələn, Yaponiyada cəmi 3232 bələdiyyə orqanı fəaliyyətdədir. Bu ölkədə əhalinin hər yüz min nəfərinə 2,5 bələdiyyə düşür.

Üstünlüklər

Birləşməyə qarşı çıxanlar düşünürlər ki, hər yaşayış məntəqəsində bələdiyyə yaradılmaması əhalinin yerli özünüidarəni həyata keçirmək sahəsində hüquqlarını məhdudlaşdırmaq deməkdir. Bu yanaşma kifayət qədər qüsurludur. Çünki söhbət hansısa ərazidə yerli özünüidarə qurumunun yaradılmamasından deyil, vahid infrastruktura və ortaq icma ehtiyaclarına malik, bir-birilə sərhədi olan kiçik yaşayış məntəqələrinin ortaq yerli özünüidarə qurumunda birləşməsindən gedir. Reallıqda insanların yerli özünüidarə hüququ o zaman pozulur ki, kifayət qədər kiçik ölçülü və potensialca zəif bələdiyyə ərazidə yaşayan sakinlərin zəruri ehtiyaclarını qarşılaya bilmir, həmin qurumların mövcudluğu formal xarakter daşıyır.

Birləşmə bələdiyyələrin imkanlarının, gücünün birləşdirilməsi, nüfuzunun artması deməkdir. Bu yolla bələdiyyələrin işindəki pərakəndəlik aradan qalxır, müəyyən inzibati xərclər azalır, resursların parçalanmasının qarşısı alınır. Ekspertlərin söylədiklərinə inansaq, birləşmə bələdiyyələrin kadr potensialına da müsbət təsir göstərir. Ümumilikdə bələdiyyələrin birləşməsi yerli özünüidarəetmə orqanlarının xeyrinədir.

MM regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayevin dediyinə görə, hər il dövlət büdcəsindən bələdiyyələrə yardım məqsədi ilə 3,5 milyon manat pul ayrılır. Bu vəsait bələdiyyələr arasında bölünür. Nəticədə hər bələdiyyəyə çox az vəsait düşür. Həmin vəsaitlə heç bir iş görmək mümkün deyil. Bələdiyyələrin sayı azaldıqda isə bölgü zamanı hər bir bələdiyyəyə müəyyən miqdarda dotasiya düşə bilər: "Ayrılan pula hansısa iş də görmək olar. Nəticədə əhali bələdiyyələrdən razı qalar".

Bərdə rayon Xanərəb bələdiyyəsinin sədri Cavid Abdullayev bələdiyyələrin birləşdirilməsi prosesindən daha çox razı qalanların siyahısında özünü öncüllərdən biri sayır. Onun fikrincə, birləşmə olmasaydı, bələdiyyələrin inkişafı ləngiyəcəkdi. Xatırladaq ki, Xanərəb ilə Şərəfli kəndlərinin bələdiyyələri birləşərək hazırda Xanərəb bələdiyyəsi yaradılıb. Müsahibim deyir ki, bələdiyyənin büdcəsi və buna müvafiq olaraq maliyyə imkanları genişləndiyindən daha böyük işlər görülməsinə zəmin yaranıb.

Öyrəndik ki, hər iki kənd ərazisində vergilərin toplanmasında da problem yoxdur. Üç dəfə bələdiyyə seçkilərində sədr seçilən müsahibim deyir ki, bu, əhali arasında vaxtında aparılan maarifləndirmə işinin nəticəsidir.

C.Abdullayevin dediklərindən bəlli oldu ki, yeni bələdiyyə artıq yeni möhürünü alıb. Bəzi bələdiyyələrin bununla bağlı problemlərinə gəldikdə, "güman edirəm ki, bələdiyyə işini bilməyənlərin, təcrübəsi az olanların və yaxud sadəcə, işinə məsuliyyətsiz yanaşanların VÖEN və ya möhür problemləri yarana bilər".

Əlbəttə, böyüyən bələdiyyələrin imkanları da geniş olduqdan sonra bu qurumların müstəqilləşməsi, icra hakimiyyətlərindən asılılığı da tədricən aradan qalxar.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Hökməlidə hökm kimin olacaq?..

Bakıətrafı yaşayış massivlərində "söküntü" həyəcanı

YAP bələdiyyə seçkilərinə hazırlaşır

DİN sahə rəisi institutu yaradır

Müxalifət yenidən təlatüm yaşayır

Bölmənin digər xəbərləri
 
Kür öz dəli xasiyyətini göstərdi
Araz və digər çaylar da ondan geri qalmır

Əlçatmaz yerlərə ayaq basanların özəlliyi
Ölkəmiz ekstremal idman növlərində sözünü deməyə başlayıb

Siğə. XXI yüzil...
Geriyə, gələcəyə doğru!



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər