Hal-hazırda Ayna qəzetinin 01.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Eynulla Fətullayevin işi üzrə növbəti proses
Cəzaçəkmə müəssisəsinin əməkdaşlarından şahid ifadələri
Şənbə, 01.05.2010

S.Abbas mətn ölçüsü  

Dünən Qaradağ rayon Məhkəməsində həbsdə olan jurnalist Eynulla Fətullayev barəsində başlanan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən prosesdə E.Fətullayevin saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsinin rejim-nəzarət şöbəsinin rəisi Anar Əhmədov, müəssisə rəisinin köməkçisi Famil Salmanov və müəssisənin baş nəzarətçisi Fərman Salmanov şahid qismində ifadə veriblər.

Onlar E.Fətullayevi ziyalı və özündən razı bir şəxs kimi xarakterizə ediblər. A.Əhmədov və digər şahidlər E.Fətullayevin üzərindən narkotik vasitə götürülməsi əməliyyatı barədə məhkəməyə ətraflı məlumat veriblər. Proses mayın 4-də davam etdiriləcək.

Qeyd edək ki, "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin sabiq baş redaktoru Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. Jurnalist 2005-ci ildə qələmə aldığı "Qarabağ gündəliyi" adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və jurnalist 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində guya 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar olaraq ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb.

İş üzrə təyin edilmiş məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı E.Fətullayevdən götürülmüş qan və sidik nümunələrində diasetilmorfi (heroin), amfetaminil narkotik vasitələri və flunitrozepam-M psixotrop maddəsi aşkar edilib. Göstərilənlərlə yanaşı, məhkəmə-narkoloji ekspertizasının rəyinə görə, təqsirləndirilən şəxs E. Fətullayevdə narkotik vasitə olan diasetil-morfi (heroin), amfetaminil və psixotrop dərman vasitəsi olan benzodiazepindən istifadə etmə halları olub, lakin müayinə zamanı narkomaniya xəstəliyindən əziyyət çəkməməsi baxımından E. Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. E.Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmə halları nəzərə alınaraq narkoloji profilaktik qeydiyyata alınması məsləhət görülüb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Ərini qətlə yetirən qadın məhkum edildi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Bölmənin digər xəbərləri
 
Azərbaycan qeyri-azad ölkə hesab edilir
"Freedom House" növbəti reytinqini açıqladı

Türkiyə-Ermənistan sərhədində Xocalı görüntüləri
Aksiya zamanı Xocalı soyqırımını əks etdirən fotoşəkillər və video görüntülər nümayiş etdiriləcək

Ekoloji yoxlamalar davam edir
Ətraf mühitə dəymiş ziyanla bağlı 30 iş üzrə 71810 manat məbləğində cərimə tətbiq edilib

Müdafiə Nazirliyində dəyişikliklər
General-leytenant Kərim Vəliyev mərkəz rəisi təyin edildi

ABŞ zabitləri Azərbaycana gəlir
Onlar 4 gün ölkəmizdə olacaq

Türk hərbçilər tərsanələrimizi ziyarət edəcək
Səfər ikitərəfli əməkdaşlıq çərçivəsində reallaşır

Hərbyönlü QHT-lərin assosiasiyası yaradıldı
Məqsəd - müdafiə və təhlükəsizlik sektoruna ictimai nəzarətdir

Bölgələrdə qar yağıb
Qeyri-sabit hava şəraiti hələ bir neçə gün də davam edəcək

Maaşlar artırılacaq
Prezident bunun üçün kifayət qədər imkanlar olduğunu dedi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər