Hal-hazırda Ayna qəzetinin 01.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Dərbənd - yaşanan səssiz deportasiya
Dərbənd - yaşanan səssiz deportasiya
Amma hələ gec deyil
Şənbə, 01.05.2010

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM)
mətn ölçüsü  

Dərbənd YUNESKO-nun qərarı ilə dünyanın ən nadir muzey şəhərlərindən biri hesab olunur. Rusiya, Fransa, Almaniya, İngiltərə, Türkiyə və digər dövlətlərdən gələn arxeoloq, etnoqraf, salnaməçi alimlərin elmi araşdırmalarında da təsdiq olunur ki, bu şəhərin beş min illik yaşı var. Bəşər sivilizasiyasında beş min il yaşı olan və bu günlərə qədər şəhər kimi öz varlığını saxlayan ikinci bir yaşayış məskəni yoxdur.

Bu qədim şəhərin arxeoloji qazıntıları da sübut edir ki, Dərbənd türklüyün beşik mədəniyyətinin bir yadigarıdır. İndi bu şəhərdə 150 minlik türk əhalisinə qarşı repressiya siyasəti aparılır. Səssiz deportasiya daha da dərinləşdirilir. Tarix kitablarından əcdadlarımızın yadigarı kimi bildiyimiz, qavradığımız və sevdiyimiz ulu Dərbəndlə qürur duysaq da, real həyatda onu hər gün itirmək təhdidi ilə üz-üzə dayanmışıq.

Özgələşən və yadlaşan şəhər

Sankt-Peterburq İmperator Akademiyasının akademiki S.Q.Qmelin 1770-ci ildə Dərbənddə etnoqrafik mövzularla bağlı ekspedisiyadan döndükdən sonra hazırladığı hesabatda qeyd edirdi: "Dərbənd şəhərində 11 min 060 nəfər əhali yaşayır. Onlardan 10 min 777 nəfər türk (5407 nəfər kişi, 4970 nəfər qadın), 444 nəfər yəhudi, 239 nəfər isə ticarət məqsədilə buraya müvəqqəti olaraq yaşamaq üçün gələnlərdir".

1873-cü ildə Çar Rusiyasının qərarı ilə ölkədə bütün regionlar üzrə əhalinin siyahıya alınması zamanı V.Sabrovun rəhbərliyi ilə aparılan araşdırmalar zamanı Dərbənd əhalisi 11 min 278 nəfər olubdur. Onlardan 9 min 572 nəfər türk, 871 nəfər dağ yəhudisi, 284 nəfər erməni, 2 nəfər yunan və 3 nəfər alman milliyyətindən olubdur.

1897-ci ildə 14 min 694 nəfərlik şəhər əhalisinin 9 min 767 nəfəri türk, 603 nəfəri isə ləzgilər və digərləri təşkil edib. İndi bu şəhərin 101 min 031 nəfər əhalisi (47 kəndin əhalisini buraya daxil etmirik) var. Süni şəkildə Azərbaycan türklərinin sayı azaldılaraq, digər xalqların, xüsusilə ləzgilərin sayı artırılıbdır. Bu gün rəsmi statistikaya görə, Azərbaycan türkləri 32 min 064, ləzgilər isə 32 min 955 nəfər göstərilir.

Bu siyasəti ortaya qoymaqla əslində Dərbənddə bütün dövlət vəzifələrində ləzgilərin, digər xalqların üstünlük təşkil etməsi faktorunun daha da dərinləşməsi tətbiq edilir. Bütün bunlar azmış kimi, şəhərin qədim tarixi abidələrinin mühafizəsi də ləzgi milliyyətindən olan və bu sahədə mütəxəssis olmayanlara həvalə edilib.

...Narın Qala tarix və memarlıq abidəsi kompleksinə duzlu pendir alverçisi olmuş Qulam Bəybalayeviç İsakov adlı birisi direktor təyin edilib. Q.İsakov ləzgilərə məxsus Velici kəndindən öz tayfasını da bu idarədə yetərincə işlə təmin edib. Halbuki bu qoruq muzeyin saxlanılması, təmiri və işçilərinin maaşını YUNESKO verir. Belə bir orijinal "mədəniyyət siyasəti" sayəsində ilkin şərt kimi türkə məxsus olan bütün tarixi izlər məhv edilir və ya süni şəkildə "ləzgiləşdirilir".

REKLAM

Çünki ortada "Ləzgistan"-"Albaniya" - "Lekiya" adlı saxta bir tarix quraşdırılmaqdadır.

Coğrafi sərhədlər siyasətində tarix

Keçmiş Sovetlər Birliyinin ruhundan doğmuş olan tarixşünaslıqda Qafqaz Albaniyasının qədim tarixi ermənilərin nəzarətinə verilməklə saxtalaşdırılmağa çalışılsa da, sonucda bunun heç də belə olmadığı sübut olundu. Böyük bölümü türklüyə məxsus olan bu tarixi yenidən saxtalaşdırmaq üçün "LEKİYA" ideyası gündəmə gətirildi. Guya Alban dövlətində 26 tayfa yaşayırdı və onlar fərqli dillərdə danışırmışlar. Dominat dil isə indiki ləzgilərin əcdadları hesab edilən lek dili olubdur.

İndi Azərbaycanı, Qafqaz türklüyünü inkar siyasətini aparan ermənilər özlərinə şərik kimi süni şəkildə "Ləzgistan" və "Avarıstan" tərəfdarları tapıblar və onları öz "maliyyə qanadları" altına alıblar. Bu siyasətin tərkib hissəsi kimi "Cənubi Dağıstan" anlamı ortaya qoyulub. Bu sırada ləzgiləri öz dindaşları türklərə qarşı qoymaq üçün dəridən-qabıqdan çıxırlar. Halbuki ləzgilər tarix boyu dağınıq şəkildə yaşayıblar. İndi Dağıstanda onlara məxsus Süleyman Stalski, Axtı və Məhərrəmkənd kimi milli rayonlara malikdirlər.

Azərbaycan türklərinə qarşı uzun müddət aparılan diskriminasiya siyasətinin tərkib hissəsi olaraq, indi təkcə Dərbənd şəhərinə və onun ətrafına milli ərazi vahidi kimi baxmaq olar. Bütün bunları da əlimizdən çıxarmaq üçün Dərbənddə mühüm vəzifələri ələ keçirməklə Azərbaycan türklərini işsiz qoyaraq, onların tarixi yurdlarından deportasiyası siyasəti aparılır. Çünki ermənilərlə uzlaşdırılmış siyasətin təkib hissəsi olan türk düşmənçiliyi hisslərini nəyin bahasına olursa-olsun daha da alovlandırmaq niyyəti var. Cənubi Dağıstanda "Şimali Ləzgistan" ideyası formalaşdırılır. Bunun paytaxtı isə Dərbənd elan edilib.

Milli hüquqların dəfn olunduğu Dərbənd

Dərbənd orta məktəblərinin 70 faizində guya Azərbaycan türkcəsi və ədəbiyyatı tədris olunur. Əslində tədris proqramı elə hazırlanıb ki, həftədə iki dəfə (ana dili və ədəbiyyat) dərs saatı bütün bunlar üçün yetərli deyil. Digər tərəfdən isə 3 sinfə bir ədəd dərslik kitabı düşür. Çünki lazımi ədəbiyyat yoxdur. Dərbəndin 47 türk kəndində də durum belədir. Faktiki olaraq, Azərbaycan türkcəsi və ədəbiyyatının tədrisi üzrə müəllimlərin sayı 50 faizdən çox çatışmır. Demək olar ki, yeni nəsil ana dilində yazıb-oxumağı bacarmır.

Azərbaycanın Təhsil və Mədəniyyət Nazirliyinə müntəzəm şəkildə müraciətlər olunsa da, hələ ki, Dərbənddəki problemlərə məhəl qoyan yoxdur. Həftədə bir dəfə kiril əlifbasında nəşr edilən "Dərbənd" qəzetinin maddi-texniki bazası demək olar ki, 1950-ci illər səviyyəsindədir.

Azərbaycandan isə oraya heç bir ədəbiyyat, dərslik, jurnal və qəzet göndərilmir. Dağıstan "Azərbaycan Dövlət Teatrı"nın direktoru vəzifəsini icra edən Şahlar Xalikovu əhali daha çox "pendir, qatıq, şor, lavaş, göy-göyərti" biznesinin nümayəndəsi kimi tanıyır. Belə bir təfəkkürün yiyəsi teatrı da özünün mülkiyyətinə çeviribdir.

Dağıstanda faktiki olaraq bütün xalqların dillərində televiziya və radio kanalları, jurnallar mövcud olsa da, bunu həmin xalqlara tarix boyu mədəniyyət örnəyi olmuş Azərbaycan türklərinin mədəni həyatında görmək olmaz. Çünki mədəniyyət idarəsinin müdiri Hüseynbala Hüseynovu bu vəzifəyə tamadalıqdan gətiriblər. Onun milli mədəniyyətimizin təməl prinsipləri haqqında adi təsəvvürü belə yoxdur.

Regionla bağlı müşahidələrə əsasən demək olar ki, Dağıstanın mədəniyyət naziri Zümrüd Süleymanovanın sanki əsas vəzifəsi Dərbəndin mədəni həyatından Azərbaycan türklərinin sıxışdırılması ilə məhdudlaşır.

Statistik göstəricilər sindromu

1989-cu ildə Dərbənddə şəhər əhalisinin sayı 100 min nəfər idi. Onlardan 271 nəfər avar, 1 min 147 aqul, 21 min 600 Azərbaycan türkü, 1 min 482 erməni, 3 min 242 dargin, 4 min 540 yəhudi, 2 min 427 dağ yəhudisi, 6 min 152 tat, 441 kumuk türkü, 451 lak, 16 min 993 ləzgi, 49 noqay türkü, 7 min 644 rus, 392 rutul, 8 min 766 tabasaran, 165 tatar türkü, 723 ukraynalı, 18 tsaxur, 34 nəfər çeçen və digər xalqları təmsil edirlər.

2002-ci ilin statistik göstəriciləri isə belədir: ümumi şəhərin əhalisinin sayı 101 031 nəfərdir. Onlardan 442 nəfər avar, 2 min 956 aqul, 32 min 064 nəfər Azərbaycan türkü, 1 min 534 erməni, 5 min 582 dargin, 813 yəhdi, 911 dağ yəhudiləri, 314 tat, 552 kumuk türkləri, 436 lak, 32 min 955 ləzgi, 28 noqay türkü, 5 min 073 rus, 716 rutul, 15 min 606 tabasaran, 126 tatar türkü, 246 ukraynalı, 78 tsaxur, 17 çeçen və digər xalqlar...

Mütəxəssislər bildirirlər ki, Dağıstanın və Dərbənd şəhərinin statistika sektoru 2002-ci ilə qədər antitürk siyasəti yürüdən məmurların nəzarətində olubdur. Buna görə də onlar Dərbənd şəhərilə bağlı statistik rəqəmləri istədikləri kimi "yuvarlaqlaşdıra" biliblər. Halbuki təkcə Dərbənddə Azərbaycan türklərinin sayı ən azından 60 min nəfərdir.

Bunu ötən ilin payızında şəhər meri seçkilərində əhalinin aktivliyi zamanı hətta sabiq prezident Muxu Əliyev də etiraf etməyə məcbur oldu.

Dərbəndi itirmişikmi?

Dağıstanın 11 il baş prokuroru olmuş, Azərbaycana qarşı separatçı siyasətin uzun illər başında durmuş İmam Yarəliyev son bir ayda gözlənilmədən Dərbəndin meri kürsüsündə otuzduruldu. Bu ilin payızında təkrar keçiriləcək mer seçkisində İmam Yarəliyev indidən özünü əsas favorit namizəd hesab edir.

Müşahidələrə görə, Azərbaycan dövlətçiliyinə qarşı formalaşmaqda olan "Cənubi Dağıstan" ideyasının əsas tərkib hissəsi İmam Yarəliyev və onun ətrafının Dərbənd şəhərini öz nəzarətlərinə almasıdır. İmam Yarəliyev indidən Dərbənddə kiçik sahibkarlığı diz çökdürmək xətti götürmüşdür və bu əməlini davam etdirir. Onun nəzarətində olmaqla iri ticarət mərkəzləri yaradılmaqdadır. Xüsusilə Azərbaycan türklərinə məxsus ticarət, istehsal, sənaye mərkəzlərinə qarşı sərt rəftar gücləndirilibdir.

Digər tərəfdən isə Rusiya hakimiyyətinin rəhbərliyini inandırmaqla regionda güclü yatırım siyasəti aparacaqlarına söz verən, Fransadakı erməni bankları ilə ortaq olan Süleyman Kərimov kimi milyarderlər bu gün İmam Yarəliyevin yanında yer almışlar.

Hazırda Dərbənddə aparılan digər bir qorxulu siyasətin əsas tərkib hissəsi oktyabrdakı mer seçkilərindən sonrakı mərhələnin təhlükəsidir. Çünki Kremldə və erməni texnoloqlarının mətbəxində hazırlanmış əməliyyatın son nəticəsi Azərbaycan türklərinin "səssiz deportasiyası" olacaqdır. Buna indidən ciddi yanaşmaq gərəkdir. Halbuki Qafqazı 1920-ci illərdə tədqiq etmiş dünyaca məşhur olan akademiklər - Yevgeni Bertels və Vasili Bartold Dərbəndin ən qədim türk şəhəri olmasını Dədə Qorqudun məzarının burada yerləşməsilə təsdiq etmişdilər. Bu gün isə Rusiyanın əcaib Qafqaz siyasətinin reallıqları başqadır.

...Bu günün özündə belə, Dağıstanda, Dərbənddə Azərbaycan türklərinin aqul, tabasaran, dargin, lak, tsaxur, çeçen, tat, rus, rutul, avar və digər xalqlarla səmimi münasibətləri davam etməkdədir. Heç bir milli, dini və ya irqi ayrı-seçkilik anlayışı bu topluluqlar arasında yoxdur.

1950-ci illərin əvvəllərində İosif Stalin və Anastas Mikoyan cütlüyünün gündəmə gətirdiyi siyasətə görə, guya dağlıq rayonlarda torpaq sürüşmələri və zəlzələ təhlükəsi olduğu üçün bir sıra xalqlar bozkırlara köçürüldülər. Onlar Dərbənd, Xasavyurt, Babayurt, Buynak, Erpeli, Karabudax, Utemş, Endirey, Aksak, Köstek, Bammatuli, Babayurt, Kumtorkala, Kayakent, İzberbaş, Kaytak və digər rayonlarda məskunlaşdırıldılar. Məhz bu tarixdən başlayaraq, həmin torpaqlarda antitürk əhal-ruhiyyəsi dərinləşdirildi. İndinin özündə belə Dərbəndi qorumaq heç də gec deyil. Nə qədər ki, "səssiz deportasiya" faktı qarşısında deyilik, bu problemi çözmək asandır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Mərasimləri tənzimləməyin yolu tapılmır

Çimərliklərimizin çoxu çimməklik deyil

Aktyorların yaradıcılığı elektron layihədə əksini tapacaq

Əhmədinijat uçan kəpənəyi tuta bilmədi

Rahat çimin!

Bölmənin digər xəbərləri
 
Gənclər terrora yox deyirdilər...
Lakin paytaxt polisinin sərt rəftarı ilə üzləşdilər

Ölkəni terrordan necə qorumalı?
Ekspertlərdən hökumətə təkliflər

"Kosovo və Dağlıq Qarabağ: fərq və müxtəliflik"
Hamı yaxasını kənara çəkib deyir: öncə tərəflər özləri razılığa gəlsin

AXCP ilə Müsavat bir araya gəlmək fikrindədir
Liderlər qarşıdakı seçkilərlə bağlı səylərin birləşdirilməsini istəyir

Qarabağ məsələsində Ankaranın təşəbbüsü ələ almaq niyyəti
Moskva bunu şübhə ilə qarşılayıb

Şuşa məscidi bərpa olunacaq
Və bu bizə aid bir işdir

Vasif Talıbov erməniləri ərköyün uşağa bənzətdi
Ali Məclisin sədri onlara istədiklərinin verilməyəcəyini bəyan etdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər