Son aylar çəkisində bir qədər dəyişiklik hiss edən xalq artisti Aygün Kazımova pəhrizə başlayıb. Artıq çəkisini plastik əməliyyat yolu ilə deyil, pəhrizlə azaltmağa qərar verən Aygün xanım bu dəfə yeni pəhriz növündən istifadə edir. Onun bildirdiyinə görə, menyu çox fərqlidir. Yəni pəhrizin həftələrə görə menyusu var. Əgər müğənni bu gün toyuq əti, pendir və s.ilə qidalanıbsa, sabahkı günün proqramına başqa qidalar daxil edilir. Lakin Aygün Kazımova pəhrizə başlamazdan öncə qəbul edəcəyi qidaların onun orqanizminə faydalı olub-olmadığını öyrənir. Bunun üçün dietoloqların məsləhəti ilə qan analizi verir. Laboratoriyada qəbul ediləcək qidaların sənətçinin çəkisinin azala biləcəyində nə qədər rol oynadığı məlum olur:
"Elə qadınlar var ki, mənim efirdən, mətbuatdan açıqladığım pəhrizi sınaqdan keçirir. Amma hər insanın orqanizmi fərdi olduğu kimi pəhrizlərdə də müxtəlifdir. Mənim qəbul etdiyim qida növləri kimlərəsə düşərli olmaya bilər və nəticədə istənilən bədən formasını əldə etmək mümkün olmaz. Bu səbəbdən də pəhrizə başlamaq istəyən hər qadın mütləq qan analizi verməklə, pəhriz proqramının onun orqanizmi üçün düşərli olub-olmadığını öyrənməlidir".
Artıq öz çəkisində müəyyən azalma müşahidə edən xanım sənətçi bunu yaxın günlərdə dayandırmağı düşünür. Çünki onun çəkisindəki artım gözə çarpacaq qədər olmadığından Aygün xanım adi günlərdə də özünü formada saxlamağa çalışdığını bildirdi.
|