Hal-hazırda Ayna qəzetinin 01.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Zərfdə verilən maaşlar...
Zərfdə verilən maaşlar...
Büdcə bundan azı 1 milyard manat itirir
Şənbə, 01.05.2010

Banu mətn ölçüsü  

İşçilərə aylıq tarif cədvəlində göstərilən maaşlardan 2-3 qat çox əlavə haqq ödənilməsi faktı vergilər, əmək və əhalinin sosial müdafiəsi nazirlikləri, Dövlət Sosial Sığorta Fondunun məsulları tərəfindən dəfələrlə qeyd olunub. İqtisadiyyatın müxtəlif sektorlarında işçilərin bir hissəsinin qeyri-qanuni işlədiyi bəlli olan məsələdir. Belə ki, onlar maaşlarını qanuni şəkildə almır, beləliklə, həm vergilərdən yayınır, həm də bu proseslər istər-istəməz günün real sosial vəziyyətini əks etdirmir.

Bu hal inşaat sektorunda xüsusilə geniş yayılıb. Rəsmilər "müvafiq tədbirlər gördüklərini" desə də, heç nə dəyişmir. VN isə bəyan edir ki, həm bu sektorda və başqa sektorlarda - ticarət, ictimai-iaşə obyektlərində işləyən hər bir vətəndaş maaşı zərfdə deyil, qanuni şəkildə almalıdır ki, onun vergisini ödəsin. Məsələ ondadır ki, işçiyə zərfdə əlavə maaş verildiyi əslində ikili mühasibat deməkdir.

Məsələn, Dövlət Sosial Müdafiə Fondu, Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyinin apardığı yoxlamalar zamanı özəl şirkətlərdə bu faktlar üzə çıxıb. Həmin yoxlamaların ilkin nəticələri bəllidir. Aydın olub ki, özəl tibb müəssisələrində, restoranlarda, iri ticarət mərkəzlərində və iaşə obyektlərində işçilərə əməkhaqları ikili mühasibat əsasında verilir.

Bunu doğuran səbəb kimi əməkhaqqından tutulan sosial vergilərin yüksəkliyi göstərilir. Yəni bəzi müəssisələr vergini ödəyə bilmir, yaxud vergiləri ödədikdən sonra normal gəlir əldə etmir. Buna görə də vergilərdən yayınmaqla gəlirlərini artırmaq niyyəti güdürlər. Bütün hallarda bu, qanunsuzluq və iqtisadi qanunvericilikdə cinayət tərkibli əməllər hesab oluna bilər.

İkili mühasibat sistemi dövlət qurumlarında da mövcuddur. Bu artıq sirr olmaqdan çıxıb. Ona görə də müvafiq qurumların araşdırmaları yalnız özəl müəssisələri əhatə etməməlidir. Məlumdur ki, bu gün əksər nazirliklərdə işçilər əməkhaqlarından başqa, zərfdə maaş da alırlar. Zərfdə maaşlar rüşvət və korrupsiyanın təzahürüdür, ondan qaynaqlanır. Ona görə də həm özəl, həm də dövlət sektorunda maaşlar qaldırılmalıdır ki, işçinin hansısa məmurdan, müdirdən asılılığına son qoyulsun.

İqtisadçı Azər Mehdiyev hesab edir ki, zərflərdə verilən pullar əsasən komitə və nazirliklərin qeyri-rəsmi əldə etdiyi dövriyyədən ayrılır. Əslində ikili mühasibatdan həm dövlət, həm də özəl sektorda bir növ işçiyə təzyiq vasitəsi kimi də istifadə edilir. Azər Mehdiyev deyir ki, bəzi çətinliklər ucbatından vətəndaşlar ikili mühasibatla işləməyə razıdır. Amma onlar anlamır ki, ikili mühasibatın aradan qaldırılması ilk növbədə vətəndaşın xeyrinə işləyə bilər.

İqtisadçı Samir Əliyevin şərhi:

- İkili mühasibat halları daha çox tikinti, nəqliyyat, özəl rabitə və bank, sığorta, xidmət, eləcə də bir sıra dövlət idarələrində mövcuddur. Bu isə həmin qurumlarda korrupsiya elementlərinin olmasını təsdiq edir. Zərf şəklində verilən maaş məbləği ümumi ştat cədvəli ilə verilən maaşların məbləğindən böyükdür. Təxmini hesablamalara görə, həmin vəsaitin həcmi 3 milyard manata bərabərdir. Bu məbləğin vergi və digər ödənişlərini nəzərə alsaq, büdcə 1 milyard manatdan artıq pul itirir. Həmin vəsaitlər isə təkcə pensiyaların artımına yönəldilsə, bu, 50 faizdən də çox artım demək olardı. Ona görə də hökumət bu istiqamətdə sərt tədbirlər görməlidir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Büdcəyə vergi daxilolmaları arta bilər

İran: fəhlələr aylardır maaş almır

Mənfəət vergisi ləğv edilir

Maaşların 90 faizi 75 manat göstərilir

Gizli iqtisadiyyat leqallaşarsa...

Bölmənin digər xəbərləri
 
MB kreditləşməni aktivləşdirməyə çalışır
Bunun yolları axtarılır

Şahin Mustafayev: "Biz onlara dəstək verəcəyik"
Ölkəmizdə 80-ə yaxın gürcü şirkəti fəaliyyət göstərəcək

Doğrudur, monitorinqlər aparılır
Amma mağazalarda saxta mallar azalmaq bilmir

Maliyyə əməliyyatları nəzarətə götürülür
Heç bir alğı-satqı işi uçotdan kənarda qalmayacaq

Azərbaycan - transgen məhsullar bazarı
Bu bazarı bağlamağın yolu var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər