Hal-hazırda Ayna qəzetinin 01.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
MB kreditləşməni aktivləşdirməyə çalışır
MB kreditləşməni aktivləşdirməyə çalışır
Bunun yolları axtarılır
Şənbə, 01.05.2010

A.Akif mətn ölçüsü  

Banklarda kreditləşmənin indiki vəziyyəti narahatlıq yaradır. Bu fikri mətbuata MB idarə heyətinin sədri Elman Rüstəmov açıqlayıb:

"Azərbaycan dövlətinin kifayət qədər resursları var ki, ortamüddətli dövrdə makroiqtisadi sabitliyi təmin etsin. Bizi hazırda narahat edən məsələlərdən biri banklarda kreditləşmənin həddindən artıq təmkinli olmasıdır. Bankların bu gün kifayət qədər resursları var. Ona görə də kreditləşmənin aktivləşmə yolları araşdırılmalıdır".

Məsələ ondadır ki, dərin böhran şəraitində xətti inkişaf konsepsiyası özünü doğrultmayıb. Yəni "Bazarlar hər bir şeyi təmin edir, dövlət bazarda olan boşluqları doldurmağa qadirdir" fikri bu gün ciddi sual altındadır. Elman Rüstəmov hesab edir ki, əsas dərslərdən biri dövlət tənzimlənməsinin keyfiyyətidir. Boşluqlar məhz burada, eləcə də dövlətin intellektualizm səviyyəsinin aşağı olmasından yaranıb: "Bu gün başlıca məqsədimiz aktiv olaraq dövlət tənzimlənməsinin keyfiyyətinin artırılmasıdır".

MB dünyada gedən son meyilləri əsas götürərək formalaşdırmaq istədiyi çərçivə pul siyasətin mühüm qanadına çevrilməli və maliyyə köpüklərinin idarə olunmasında əsas alət olmalıdır. Dövlətin əsas rolu isə bu köpüklər yaranandan sonra riskləri qəbul etməkdən yox, onların qarşısını almaq sayılır.

Qlobal böhran ötən il Azərbaycanı ciddi sınaqlara çəkdi. Dövlət rəsmilərinin vaxtaşırı vurğuladıqları kimi, biz təsirlərə ən az məruz qalan ölkələrdən olduq. Neft gəlirləri xilasedici rol oynadı. Hökumətdə bildirirlər ki, əgər dünyada böhran bitib canlanma başlayarsa, bu, Azərbaycanda da hiss olunacaq. Bu həm neft sektoruna, həm xarici investisiyalara, maliyyə və s. sektorlara aiddir. Yəni Azərbaycan iqtisadiyyatı çox ciddi şəkildə dünya iqtisadiyyatında gedən proseslərdən asılıdır.

Deyilir ki, böhrandan öncə həm Dövlət Neft Fondu, həm də Mərkəzi Bank öz portfelini çox optimal şəkildə diversifikasiya edib, dünya iqtisadiyyatında hər bir sərbəst dönərli valyutanın rolunu nəzərə alaraq, öz portfelini formalaşdırıb.

REKLAM

Avro və yaxud dolların güclənməsinə gəlincə, bu, tsiklik bir proses, konyunkturadır. Mərkəzi Bankda hesab edildiyinə görə, bu proseslər elə səviyyədə deyil ki, ona radikal reaksiya verməyə ehtiyac duyulsun. Birinci rübün sonuna ehtiyatlarımız artıq 22 milyard ABŞ dolları səviyyəsinə çatıb. Deyilənlərə inansaq, vəsaitlər yaxşı diversifikasiya olunmuş valyuta strukturuna malikdir.

Hər halda, qlobal böhranın ən ciddi təsir etdiyi sahə bank sektorudur. Rəsmi məlumatlardan bəlli olur ki, bankların portfelində əhəmiyyətli dəyişiklik yoxdur. Düzdür, trendlər bütövlükdə artıma, pisləşməyə doğru gedir. Lakin MB-də trend testlərinə istinadən bildirirlər ki, faciəvi hal yoxdur. Bankların kapitallaşma səviyyəsi 19-20 faizdir. Bu iki göstərici sıx əlaqəlidir. Böyük artımlar, böyük borclar hökmən kapitallaşmaya təsir göstərməlidir. Bu gün MB üçün normativ 12 faizdir. Odur ki, MB "Bankların portfelində pisləşmə baş verir" ifadəsini düzgün hesab etmir. Çünki bütövlükdə biznesin, iqtisadiyyatın banklara olan borcu artır.

MB-nin məlumatına əsasən, bank göstəriciləri içərisində ən dinamik artan əhalinin əmanətləridir. Ancaq əmanətlər üzrə faizlərin aşağı salınması banklarən öz siyasətidir. Banklar aktiv kreditləşdirmə aparmasalar, likvidliyin toplanması banklar üçün faiz riski yaradacaq. Çünki əmanətlərə xidmət edirlər. Aktiv kreditləşmə başlasa, faiz dərəcələrinin düşməsi stabilləşə bilər. MB üçün maraqlı olan trendlərdən birincisi xarici vətəndaşların yerli rezidentlərinin, əmanətlərinin sürətlə artmasıdır və rüb ərzində 24 faiz artıb. Bu göstərir ki, Azərbaycan bank sektorunda nəinki öz əhalimizin, həm də xarici rezidentlərin etibarı olduqca yüksəkdir, banklarda likvidlik də yüksəkdir.

MB-də hesab edirlər ki, bankların da iqtisadiyyata olan etibarını təmin edə bilsək, bu, iqtisadiyyata daha ucuz kreditlər vəd edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bankların zərəri artıb

Banklar üçün çıxış yolları

Bölmənin digər xəbərləri
 
Şahin Mustafayev: "Biz onlara dəstək verəcəyik"
Ölkəmizdə 80-ə yaxın gürcü şirkəti fəaliyyət göstərəcək

Doğrudur, monitorinqlər aparılır
Amma mağazalarda saxta mallar azalmaq bilmir

Maliyyə əməliyyatları nəzarətə götürülür
Heç bir alğı-satqı işi uçotdan kənarda qalmayacaq

Azərbaycan - transgen məhsullar bazarı
Bu bazarı bağlamağın yolu var

Zərfdə verilən maaşlar...
Büdcə bundan azı 1 milyard manat itirir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər