Hal-hazırda Ayna qəzetinin 01.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Şəhriyar Məmmədyarov dünya çempionuna üstün gəldi
Şəhriyar Məmmədyarov dünya çempionuna üstün gəldi
Şənbə, 01.05.2010

Kərim Nəsrullah mətn ölçüsü  

Bakıda dünyanın tanınmış şahmatçılarının iştirakı ilə "Prezident kuboku" uğrunda beynəlxalq turnir başlanıb. İştirakçılar əvvəlcə rapid partiyalarda, daha sonra isə blits turnirdə qüvvələrini sınayacaqlar.

Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir hələ ötən ildən keyfiyyətcə yeni səviyyəyə qalxıb. Turniri daha çox Azərbaycanın ən güclü şahmatçıları ilə dünya yığma komandasının qarşıdurması kimi də xarakterizə etmək olar.

Turnir iştirakçıları baxımından xeyli sanballıdır - keçmiş dünya çempionu Vladimir Kramnik (Rusiya), dünya kubokunun keçmiş qalibi Qata Kamski (ABŞ), keçmiş bakılı, indi isə İsrail yığmasının kapitanı Emil Sutovski (İsrail) və nahayət, Yudit Polqar (Macarıstan). Sonuncu iştirakçı zərif cinsin nümayəndəsi olsa da, bir qayda olaraq kişilər arasında mübarizə aparır və dünyanın ən güclü qrossmeysterlərindən hesab olunur.

Bu şahmatçılara qarşı ölkəmizin ən tanınmış zəka sahibləri - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Qədir Hüseynov çıxış edirlər. Rapid-turnir yeddi turdan ibarətdir. Şahmatçılar daha sonra blits-turnirdə qüvvələrini sınayacaqlar və həmin yarışlarda adını çəkdiyimiz şahmatçılara daha bir neçəsi qoşulacaq.

Yarışların sonuncu günü V.Kramnik, Q.Kamski, E.Sutovski, Y.Polqar, eləcə də ölkəmizin aparıcı şahmatçıları Sahil bağında 87 lövhədə birseanslı oyunlar keçirəcəklər.

Yarışlarda artıq iki tur arxada qalıb. Birinci turda Şəhriyar Məmmədyarov Yudit Polqara qalib gəlib. Qalan iştirakçılarımız isə uduzublar. Rauf Məmmədov Vladimir Kramnikə, Qədir Hüseynov Emil Sutovskiyə, Teymur Rəcəbov isə Qata Kamskiyə məğlub olub.

İkinci turda isə bu nəticələr qeydə alınıb:

Y.Polqar - T. Rəcəbov - 0,5:0,5; R.Məmmədov - Q.Hüseynov - 0,5:0,5; Q.Kamski - E.Sutovski - 0,5:0,5; Ş.Məmmədyarov - V.Kramnik - 1:0.

İki turdan sonra Şəhriyar Məmmədyarov turnirə başçılıq edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

2 qələbə, 1 məğlubiyyət

Medalın bir addımlığındaykən

Bölmənin digər xəbərləri
 
Dörd boksçumuz dünya çempionatından kənarda qaldı
Bakıda keçirilən gənclər arasında dünya çempionatı davam edir.

Əsas görüşlər Bakıdadır
Sabah Unibank Premyer Liqasında XXX turun oyunları başlanır.

38 ildən sonra
"Tərcüməçi" "İnter"i Çempionlar Liqasının finalına çıxartdı

"Araz" Avropada üçüncü oldu
Komanda öz tarixində ən böyük uğurunu qazandı

Berti Foqts milli komandanı vətəninə aparır
Berti Foqts Azərbaycan yığmasını yenidən Almaniyaya aparacaq. AFFA-dan aldığımız bilgiyə görə, mayın 23-dən iyunun 2-dək Avstriyada təlim-məşq toplanışında olan yığmamız oradan Almaniyaya



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər