Hal-hazırda Ayna qəzetinin 01.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Aida" göstəriləcək
"Aida" göstəriləcək
Tamaşada əcnəbi aktyorlar da oynayacaqlar
Şənbə, 01.05.2010

Z.Rüstəm mətn ölçüsü  

Mayın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan, Ukrayna və Gürcüstanın opera sənəti ulduzlarının iştirakı ilə Cüzeppe Verdinin "Aida" operasının tamaşası olacaq. Teatrın mətbuat xidmətindən bildirildiyinə görə, tamaşada Aida partiyasını Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın əməkdar artisti Viktoriya Çenskaya ifa edəcək.

Qeyd edək ki, V.Çenskaya Danimarka, Hollandiya, Almaniya, İspaniya, Fransa, İngiltərə və İtaliyada uğurlu qastrol səfərlərində olub. Finlandiyanın Helsinki şəhərində keçirilən beynəlxalq opera sənəti festivalında o, Aida partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş xüsusi prizə layiq görülüb. Xəbərdə bildirilir ki, teatr rəhbərliyi Radames partiyasını ifa etmək üçün Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Gürcüstanın xalq artisti və dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvilini dəvət edib. Əsas partiyalardan biri - Amnerisi isə Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva ifa edəcək. Bundan başqa, tamaşada Azərbaycanın vokal ustaları, əməkdar artistlər, vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov və vokalçıların İtaliyada keçirilən beynəlxalq müsabiqəsinin diplomantı Əkrəm Poladov da çıxış edəcəklər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Polad Bülbüloğlu ifa etdiyi xalq mahnılarının simfonik variantı üzərində işləyir

Fidan Hacıyeva Türkiyəyə opera günlərinə gedir

Milli teatr gələn mövsüm təhvil veriləcək

Muskomediya truppası Gəncə səfərindən qayıdıb

Fidan Hacıyeva Türkiyədən gələn təklifləri dondurub

Bölmənin digər xəbərləri
 
Bu gün Əminə Dilbazi ilə vida mərasimidir
Əfsanəvi rəqqasə Fəxri Xiyabanda torpağa tapşırılacaq

"Düyün" filminə növbəti mükafat
Bu, filmin sayca 4-cü uğurudur

"Azərbaycanın kitab abidələri"
Bu elektron nəşr iki hissədən ibarətdir

"Dədə Qorquddan bu günümüzə türk dastan ənənəsi"
Bu il TÜRKSOY tərəfindən Türkiyədə iki yeni layihə həyata keçiriləcək.

Uşaq muğam ifaçıları müsabiqəsi
Mayın 17-dən 21-dək Astara şəhərində Uşaq muğam ifaçılarının V respublika müsabiqəsi keçiriləcək.

İsa Məlikov dramatik filmə musiqi yazıb
Bəstəkar İsa Məlikov "Kuklalar" adlı dramatik filmə saund-trek yazıb.

Gənc Tamaşaçılar Teatrı Festivalda iştirak edəcək
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı gələn ay Albaniyanın Korça şəhərində V "Albamono-2010" Beynəlxalq mono-tamaşalar festivalına dəvət alıb.

"Tərsinə çevrilmiş dünya"
Aktyorlarımız İranda müştərək filmə çəkilir

Mənsum İbrahimov: "Mən nə həyatda, nə də səhnədə aktyorluq edirəm"
Yalnız həqiqəti söyləməyə çalışır

İki rəssam qızın birgə sərgisi
Baxmayaraq ki, onlar gimnaziya tələbələridir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər