Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı gələn ay Albaniyanın Korça şəhərində V "Albamono-2010" Beynəlxalq mono-tamaşalar festivalına dəvət alıb. Teatrdan qəzetimizə bildirilib ki, festival mayın 16-dan 21-dək keçiriləcək və kollektiv beynəlxalq səviyyəli festivala Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə qatılacaq.
Xəbərdə bildirilir ki, Gənc Tamaşaçılar Teatrı bu festivalda Cənnət Səlimovanın quruluş verdiyi N.V.Qoqolun "Dəlinin qeydləri" tamaşası ilə qatılacaqlar. Öyrəndik ki, tamaşada baş rolu əməkdar artist Şövqi Hüseynov oynayacaq. Səhnə əsərinin rəssamı isə Lətifə Quluzadədir. Məlumat üçün bildirək ki, sözügedən tamaşa buna qədər bir neçə festivallarda Şövqi Hüseynovun iştirakı ilə oynanılıb.