Hal-hazırda Ayna qəzetinin 01.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Fala inanma, faldan qalma
Fala inanma, faldan qalma
Yaxud fala inan, sonra aldan
Şənbə, 01.05.2010


Hüseyn KAMAL, Gəncə Media Mərkəzi
mətn ölçüsü  

Bu gün aramızda elələri var ki, gündəlik həyatını falsız təsəvvür etmir. Astroloji proqnoza, tək səbrin düşər-düşməzliyinə, nalın xoşbəxtlik nişanəsi olduğuna, üzərliyin gözdəyməni dəf etdiyinə, müxtəlif amuletlərin faydasına çoxları inanır. Hesablamalara görə, dünya əhalisinin 20 faizi işini qoroskopla qurur. Eskpertlər bunun səbəbini insanların bir-birinə inamının azalmasında və hər bir hərəkət üçün kimdənsə məsləhət almaq ehtiyacında görür.

Özlərini ekstrasens, cindar adlandıran xeyli sayda şəxslər isə insanların bu kimi inanclarını istismar edərək, taleyi öncədən bildiklərini, sağalmaz xəstəliklərə şəfa verdiklərini iddia edirlər. Onlar elanlar verir və bu yolla xeyli sayda müştəri toplayırlar. Çoxu adicə şarlatan olan belələri telekanalları yağır ediblər. Telekanalların "falçıxana" verilişlərində bu "sənət"in nümayəndələrinə fırıldaqlarını ustalıqla millətə sırımaq üçün geniş imkan verilir. Hətta "ekstrasenslər" birbaşa yayımlanın verilişlərə dəvət olunur və telefon vasitəsilə millətin "falına baxırlar". Nəticədə əhalinin böyük qismi öz taleyini bu kimi "işbazlar"ın ixtiyarına buraxıb onlardan kömək umur.

Nə isə, Gəncə şəhərində də falçılar az deyil. Onlardan biriylə görüşməyi və "gələcəyimizi öyrənməyi" qərara aldıq. Müsahib əvvəlcə tərəddüd etdikdən sonra öz "sənəti və istedadı" haqda danışmağa razılıq verdi. Bu baxıcı xanım oyun kartları vasitəsilə fal açır. Şəhərdə onu yetərincə tanıyırlar və kifayət qədər müştərisi var. Falçı Günayın (ad şərtidir) "iş stolu"nun üstündə 2 balıqqulağı, dəniz ulduzu və xırda metal pullar diqqəti cəlb edir. Yanına gələnlərin ürəklərindən keçəni guya balıqqulağı vasitəsilə eşidir və dəniz ulduzu ilə Allahla təmasa girərək həmin insanlara "xeyir-dua" verir.

REKLAM

Söhbət əsnasında isə bəlli oldu ki, əvvəllər başqa işlə məşğul olurmuş:

"Mən Rusiyada qızıl alverçisi olmuşam. Baxıcılığı da orada müştərim olan ekstrasens bir qadından öyrənmişəm. Hər kəs bu sənətin sirlərini öyrənə bilməz. Bunun üçün xüsusi istedad olmalıdır. Məndə belə bir qüvvə mövcuddur. Yuxuda mənə deyilib ki, sən falçılıqla məşğul olmalısan".

Gileyləndi ki, "son vaxtlar milləti aldadan fırıldaqçı baxıcıların sayı çoxalıb". Fürsətdən istifadə edib Günaydan falımıza baxmağı xahiş etdik. Təsəvvür edin, söylədiyi 10 cümlədən 1-i belə düzgün çıxmadı. Amma sağ olsun, gördüyü işin müqabilində pul almadı. Sağollaşanda öz vizit kartını təqdim etdi. Kassa aparatı da olsa, fəaliyyəti tam leqal olardı.

"Bunlar məqsədyönlü şəkildə, insanları cəhalətə sürükləmək məqsədilə təbliğ olunur"

Gəncə Dövlət Universitetinin dosenti Vahid Cəlilov deyir ki, bu məsələlər bilərəkdən, xüsusən KİV vasitəsilə gündəmdə tutulur:

"Falçılıq, cadugərlik, ekstrasenslik məqsədyönlü şəkildə, insanları cəhalətə sürükləmək üçün geniş təbliğ olunur. Çünki cahili idarə etmək aqili idarə etməkdən daha asandır. Bir əsr öncə Şeyx Nəsrullah bir kəndi aldada bilirdisə, indi nəsrullahlar texnikanın köməyi ilə bütün ölkəni, dünyanı aldadır".

Doğrudur, dünyanın hər yerində bu işlə məşğul olan şəxslər və qruplar var, lakin onlar cəmiyyətə bizdəki qədər nüfuz edə bilmirlər. Hətta bəzi ölkələrdə falçılıqla məşğul olan insanların məsuliyyətə cəlb olunması haqda qanunlar qəbul edilib. Məsələn, Tacikistanda 1985-ci ildə qəbul olunmuş, 2007-ci ildə isə əlavə və dəyişikliklər edilmiş qanuna əsasən, bu işlə məşğul olanlar minimum əməkhaqqının 30-40 misli, ikinci dəfə təkrarlanarsa, 50-70 mislinədək cərimələnir. İranda isə sözügedən qanun 2006-cı ildə qəbul edilib. V.Xəlilov əlavə etdi:

"Çox təəssüf ki, Azərbaycanda belə qanun layihəsi yoxdur. Bu qanunun qəbul olunmamasında müəyyən qrup insanların maraqları var. Peyğəmbərimiz (s.a.s) belə bir kəlam söyləyib: "Milləti dövlət tərbiyələndirir". Əlbəttə, bir çox dünya ölkələrində qara və ağ magiya ilə, müxtəlif sehrlə məşğul olan insanlar mövcuddur. Onların çox populyarlaşmamasının səbəbi həmin ölkələrdə cəmiyyətin intellekt səviyyəsinin yüksək olmasıdır".

"Falçılığın İslamla heç bir əlaqəsi yoxdur və belə insanlar şeytana qulluq edir"

Baxıcıların bəziləri fala Quran vasitəsilə baxırlar. Onlar özlərinə haqq qazandırmaq üçün iddia edirlər ki, guya bu bir vergidir və Allah tərəfindən vəhylə göndərilib. Lakin müqəddəs kitabda falçılıq birmənalı olaraq qadağan edilir. Dinimizə görə, falçı yanına gedən bu işlə məşğul olan qədər günah qazanır.

Vaxtilə Şahsevərlər məscidinin imamı olmuş Hacı İlham deyir ki, Falçılığın dinimizlə heç bir əlaqəsi yoxdur. Bu işlər şeytan əməlidir. Müqəddəs kitabda bununla bağlı xeyli dəlillər var və azca İslamdan xəbəri olan falçı yanına getməz.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Ulduzlar" rəml atır, fala baxır

"Bu şəhərdə"nin yeni hədəfləri

Dünya astrologiyanı elm kimi qəbul edib

Bölmənin digər xəbərləri
 
Yaqub Mahmudov: "Qafqazın tarixi yenidən yazılsın"
Azərbaycan-Dağıstan münasibətləri müzakirə olunub

Veteranlara birdəfəlik maddi yardım
Pul yardımı 33 600 nəfərə şamil olunub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər