Hal-hazırda Ayna qəzetinin 24.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
DBX rəisi vəzifədən uzaqlaşdırıldı
Buna səbəb İ.Həsənovun vəzifə səlahiyyətlərini aşması olub
Şənbə, 24.04.2010

Eldəniz mətn ölçüsü  

Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov aprelin 22-də vəzifəsindən azad olunub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. Onun sözlərinə görə, İ.Həsənov nazirliyin kollegiyasının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırılıb.

M.Hacıyev İ.Həsənovun vəzifədən azad olunma səbəblərini də açıqlayıb. Nazirliyin sözçüsü bildirib ki, İ.Həsənovun vəzifəsindən azad edilməsinin səbəblərindən biri Dövlət Baytarlıq Xidməti rəisinin "Aqrolizinq" ASC tərəfindən xaricdən Azərbaycana gətirilən cins düyələrdə baş verən fəsadların aradan qaldırılmasına laqeyd münasibət bəsləməsidir. Buna görə KTN kollegiyasının qərarı ilə 2009-cu il sentyabrın 4-də İ.Həsənova xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsinə baxmayaraq, heç bir nəticəsi olmayıb. İkinci səbəb isə İ.Həsənovun vəzifə səlahiyyətlərini aşaraq, baytarlıq qanunvericiliyinə zidd olmaqla brusellyoz xəstəliyinə qarşı yeni müalicə preparatı yaratması barədə dezinformasiya yayması olub.

M.Hacıyev onu da bildirib ki, kütləvi informasiya vasitələrində bununla bağlı yayılan xəbər xaricdə də rezonans yaradıb. Lakin elmi-tədqiqat baytarlıq institutlarının apardığı araşdırmalar zamanı bu dərmanın effektsiz olduğu müəyyənləşib.

Qeyd edək ki, dünən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə yeni rəis təyin olunub. Nazirliyin mətbuat xidmətinin rəhbəri M.Hacıyev bildirib ki, nazir İsmət Abbasovun aprelin 23-də imzaladığı əmrlə DBX rəisi vəzifəsinə Sialə Rüstəmova təyin edilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Orduda itkilər artır

Səhiyyə xidmətlərindən yoxsullara düşən pay

Sərhəd Xidməti təlimlərə başlayıb

Kiçik çavuş məhkum edildi

Reproduktiv qadınların sayı 20 faiz azalır

Bölmənin digər xəbərləri
 
Yeni zoopark üçün 55 hektar sahə ayrılıb
Meşəsalma işləri isə artıb

Oğurluq telefonlar nəzarətə götürüləcək
Mobil telefonların qeydiyyatı sistemi yaradılır

Nəqliyyat və poçt tarifləri ucuzlaşıb
Dəmiryolunda isə yükdaşımalar bahalaşıb

Bakı polisi hesabat verdi
Hesabat dövründə 2 "kütləvi aksiya"nın qarşısı alınıb

Azərbaycanda köçkün qəsəbələrinin inşasına başlanacaq
Əli Həsənov: "Ağdam rayonu ərazisində 696 mənzillik, Beyləqan rayonunda isə 300 mənzillik qəsəbə salınacaq"

Avropa yenə də vulkan təhlükəsi altında
Qitənin hava məkanını yenidən kül dumanı bürüyə bilər

Xəzəri ən çox çirkləndirən ölkələrdən biri İrandır
Onun sahil məntəqələrindən çirkab birbaşa dənizə axıdılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər