Hal-hazırda Ayna qəzetinin 24.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Bu sifarişli qətllərin mahiyyəti...
Bu sifarişli qətllərin mahiyyəti...
Biznes rəqabəti, artıq tamah, bir-birinə "atmaq", pula ehtiyac və s.
Şənbə, 24.04.2010

Hacı Zeynalov mətn ölçüsü  

Bakı və Gəncədə sifarişli qətllər törətməkdə təqsirləndirilən iş adamı Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev və İlahibə Ələsgərovun cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə araşdırma başlayıb.

Təqsirləndirilən şəxslər qəsdən adam öldürmə, banditizm, qanunsuz silah saxlama və digər ağır cinayətlərdə ittiham olunurlar. İttihama görə, adıçəkilən şəxslər 2003-2004-cü illərdə Bakı və Gəncədə Əhməd İbrahimovun və Kamal Ələkbərovun öldürülməsi faktı üzrə həbs ediliblər və istintaqın gedişi zamanı onların digər ağır cinayətləri üzə çıxıb.

Məhkəmədə ifadə verən Şöhrət Quliyev ittiham üzrə özünü qismən təqsirli bilib. Göstərib ki, biznesinə mane olduqları üçün 18 dekabr 2003-cü ildə Əhməd İbrahimovun, 22 mart 2004-cü ildə isə Kamal Ələkbərovun qəsdən öldürülməsini Mehman Qəhrəmanova sifariş edib. Onun sözlərinə görə, bu qətl sifarişinin icrası üçün Mehman Qəhrəmanova 25 min ABŞ dolları məbləğində pul verib.

Planlaşdırma - "Quş südü" kafesində

O daha sonra qeyd edib ki, Mehman Qəhrəmanovun hər iki iş adamının qətlini münasibətdə olduğu Elmar Qasımov, Anar Həsənov, İlham Şabanovla birlikdə törədəcəyini bilib. Onun ifadəsinə görə, özünə məxsus "Quş südü" kafesində onlara ayrıca otaq verib. Şöhrət Quliyevin sözlərinə görə, kafenin həmin otağında Əhməd İbrahimovun və Kamal Ələkbərovun qətlini planlaşdırıblar.

Şöhrət Quliyev daha sonra ifadəsində göstərib ki, qanunsuz olaraq tapança əldə etmişdir.

Dəstə başçısı onu da bildirib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir şəxs kimi Çindən gətirdiyi qab-qacağın üzərinə "Bohema" firmasının əmtəə nişanlarını vuraraq, "Sədərək" ticarət mərkəzində satıb.

Biznesmenin məhkumluq həyatı

Şöhrət Quliyev ifadəsində deyib ki, 1976-cı ildə alver etdiyinə görə Gəncə hava limanında həbs edilib və Gəncə şəhər Məhkəməsinin hökmü ilə məhkum edilib. Onun sözlərinə görə, iki il Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində yatıb, iki il yarımdan sonra isə Tatarıstanın Nijni Kamsk şəhərində cəzasını davam etdirib. Sonralar ticarətlə məşğul olub.

Çeçenlərlə nə əlaqə?

Şöhrət Quliyevin ifadəsinə görə, Mehman Qəhrəmanovu 2001-2002-ci illərdən tanıyıb, Mehmana məxsus "Üçbulaq" istirahət kompleksinə gedib və orada Mehman Qəhrəmanovu, Anar Həsənovu, Elmar Qasımovu və hamının "Ülvü" kimi çağırdığı, hazırda cəzaçəkmə müəssisələrinin birində cəza çəkən şəxsin qardaşını görüb:

"Zöhrab adlı şəxsin həyat yoldaşı Zərifəyə 100 min ABŞ dolları "atdığını", bunun üstündə çeçen millətindən olan 2 nəfər şəxsin Bakıya gələrək onun övladlarını girov götürmək istədiklərini Mehman mənə çeçenləri yola salmaq üçün 2000 və ya 3000 ABŞ dolları pul vermək lazım olduğunu bildirəndə demişdi. Lakin pulu verib-vermədiyimi xatırlamıram".

Təqsirləndirilən şəxs daha sonra ifadəsində bildirib ki, 2003-cü ildə Mehman Qəhrəmanov ona Çexiyada yerləşən "Bohema" firmasının mənafeyini müdafiə edən çeçenlərin Gəncə şəhərinə gəldiklərini və onun Çindən gətirdiyi malları "Bohema" firmasının adı ilə satmasından narazı olduqlarını bildirib:

"Mehman çeçenlərin haqq-hesab çürütməyə gəldiyini dedi. Mehman Çindən gətirdiyi malları fabrikdən aldığını, haqq-hesabı Çindəki fabriklə çürütməyi çeçenlərə bildirdi. Həmin vaxt Mehman çeçenlərə yolpulu vermək lazım olduğunu deyərək, məndən 3 min manat aldı".

"Biznes rəqibimi aradan götürməyə 25 min ABŞ dolları verdim"

Şöhrət Quliyevin sözlərinə görə, 1999-cu ildə Dubayda olarkən Əhməd İbrahimovla danışıb. Onun ifadəsinə görə, həmin görüşdən sonra Əhmədlə görüşməsə də, bir ildən sonra Bakıda "Sədərək" ticarət Mərkəzində Əhmədlə təsadüfən yenidən görüşüb: "Ticarət mərkəzinin anbarında Əhmədlə təsadüfən görüşdüm və söhbət əsnasında Əhməd çilçıraq satışı ilə məşğul olduğunu qeyd edib. Bundan sonra Əhmədlə biznes əlaqəmiz oldu".

Şöhrət Quliyev deyib ki, Əhməd İbrahimov çilçıraq biznesindən əldə olunan vəsaitin 30 min ABŞ dollarını verməkdən imtina edib. Onun sözlərinə görə, Əhmədin hərəkəti onu bərk qəzəbləndirib: "Buna görə də Əhmədə nifrətim artmış, Əhmədin hərəkəti məni bərk qəzəbləndirdiyindən biznes rəqibi kimi onu aradan götürmək qərarına gəldim. Gəncə şəhərində olarkən bu barədə Mehman Qəhrəmanovla söhbət etdim.

REKLAM

Əhmədin öldürülməsini sifariş edərək ona 25 min ABŞ dolları verdim. Mehman da Əhmədin öldürülməsi barədə sifarişimi qəbul edərək, bu cinayəti həyata keçirəcəyini bildirdi. Mehman Əhməd İbrahimovu kiminlə və hansı üsulla öldürəcəyi barədə mənə heç bir söz demədi. Mehman dekabrın 18-də Əhməd İbrahimovu öldürüb və ertəsi gün mobil telefon vasitəsi ilə mənə məlumat verdi".

Şöhrət Quliyev bildirib ki, Əhməd İbrahimovun öldürülməsi barədə prokurorluğa çağırılsa da, ölüm hadisəsindən xəbəri olmadığını bildirib. Onun sözlərinə görə, Əhməd İbrahimovun həyat yoldaşı, qardaşları, qohumları qətl hadisəsində ondan şübhələnməmiş və onunla Əhmədin ölümü ilə əlaqədar söhbət etməyiblər.

Gəncə polisi Kamal Ələkbərovun qətlini niyə açmayıb?

Şöhrət Quliyev Kamal Ələkbərovu da pul üstündə qətlə yetirdiyini istintaq ifadəsində etiraf edib. O bildirib ki, 1998-ci ildə Gəncə şəhəri "Passaj" ticarət mərkəzinin yanında təmir emalatxanasını Məhərrəm adlı şəxsdən 2800 ABŞ dollarına alıb. O qeyd edib ki, Kamal adlı Gəncə sakini həmin emalatxananın qarşısında olan torpaq sahəsinin ona məxsus olduğunu bildirib:

"Həmin şəxs ərazidə dükan tikməyə icazə verməyəcəyini bildirdi. Buna imkan verməsi üçün hər ay Kamala 100 ABŞ dolları torpaq icarəsi haqqı verirdim. 2003-cü ildə yenə də pulu verərkən, Kamal 100 ABŞ dolları almaqdan imtina etdi və 5 min ABŞ dolları verməyimi tələb etdi. Kamal eyni zamanda məni ailəmi məhv etməklə hədələdi. Mən də ailəmin təhlükəsizliyini təmin etmək məqsədilə 3 ay Kamalın tələbini yerinə yetirərək, hər ay ona 5 min ABŞ dolları vermişəm".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 3 aydan sonra Kamal Ələkbərovun aradan götürülməsi barədə Mehman Qəhrəmanova sifariş verib və bunun üçün ona 25 min ABŞ dolları verib. Şöhrət Quliyevin sözlərinə görə, 2004-cü ilin martında Şanxayda olarkən həyat yoldaşı ona zəng vurub və Gəncə şəhər Polis İdarəsinin rəisi (keçmiş) Qərib Həsənovun onu axtardığını bildirib:

"Bir neçə gündən sonra Qərib Həsənovun özü mənə zəng vurdu. Mən Azərbaycana bir neçə günə qayıdacağımı və onunla görüşəcəyimi bildirdim. Bundan sonra Mehman Qəhrəmanova verdiyim sifarişin həyata keçirildiyini başa düşdüm. Azərbaycana gələndən sonra Gəncə şəhər Polis İdarəsinə getdim və ifadə verdim. Kamalın mobil telefonundan çoxlu sayda qız-qadın nömrələrinə zəng edildiyindən qətlin qız üstündə baş verməsi güman edildi".

Təqsirləndirilən şəxs qismində ifadə verən Mehman Qəhrəmanov elan olunmuş qəsdən adam öldürmə, banditizm, qanunsuz olaraq narkotik vasitələr əldəetmə və satma ittihamı üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 1995-ci ilə kimi fərdi qaydada kommersiya fəaliyyəti ilə məşğul olub. Onun sözlərinə görə, hərbi xidmətdən əvvəl Gəncə şəhərində "Dinamo" idman klubunda sərbəst güləşlə məşğul olub və idman ustası namizədliyinə kimi yüksəlib.

"Arabir Elmarla birlikdə narkotik qəbul etmişəm"

O qeyd edib ki, 2000-ci ildə Gəncə şəhər sakini Elmar Qasımovla tanış olub və onunla mütəmadi olaraq əlaqə saxlayıb: "Elmar narkotikə meyilli şəxs idi, çünki onun dəfələrlə narkotik qəbul etməsini görmüşəm. Arabir mən də Elmarla birlikdə narkotik qəbul etmişəm, yəni birlikdə nəşə çəkmişik. Elmar özü də vaxtı ilə sərbəst güləşlə məşğul olub. Elmar Qasımov 2003-cü ildə məni Gəncə sakini Anar Həsənovla tanış edib. Bundan sonra biz Şöhrət Quliyevlə tanış olmuşuq. Şöhrətlə tanış olduğum zaman mənə məlum oldu ki, o, biznes fəaliyyəti ilə məşğul olur və ondan kömək istədim. Mən çeçenlərin hədə-qorxu ilə pul tələb etdiklərini Şöhrət Quliyevə bildirdim. Şöhrət Quliyev bu məsələ ilə məşğul olacağını bildirdi".

"Təklifi pula ehtiyacım olduğu üçün qəbul etmişəm" Mehman Qəhrəmanov qeyd edib ki, 2003-cü ilin dekabrında Şöhrət Quliyevin evində olub. Onun sözlərinə görə, Şöhrət Quliyevin evinə pul istəməyə gedib:

"Şöhrətgildə olandan bir neçə gün sonra mənimlə Elmar görüşdü və Şöhrət Quliyevin ona bir nəfəri öldürmək sifarişi verdiyini bildirdi. Həmin məsələ ilə maraqlananda Elmar Şöhrət Quliyevin mənə Bakı şəhərində, hava limanının yanında yerləşən "Sədərək" ticarət yarmarkasında çılçıraq, büllur və qab-qacaq alveri ilə məşğul olan, Şöhrətə ən yüksək biznes və maliyyə rəqibi olmaqla işinə maneçilik törədən Əhməd İbrahimovun aradan götürülməsi sifarişini verdiyini bildirdi. Şöhrət Quliyev bu işə görə 25 min ABŞ dolları vəd etdi. Bir qədər tərəddüd etsəm də, sonradan Şöhrət Quliyevin sifarişini qəbul etdim. Bu təklifi pula ehtiyacım olduğu üçün qəbul etmişəm".

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, Əhməd İbrahimovun öldürülməsi üçün Şöhrət Quliyevin evində plan qurublar. Onun sözlərinə görə, söhbətləri zamanı Şöhrət Quliyev Əhmədin pis adam olduğunu deyib: "Şöhrət vaxtı ilə Əhməd İbrahimov tərəfindən gözündən zərbə aldığını və buna görə də pis gördüyünü bildirdi".

"Sənədə qol çəkdik"

Mehman Qəhrəmanov bildirdi ki, Əhməd İbrahimovun evinə gedib-gəlmə marşrutunu müəyyən etmək üçün Elmar Qasımov və Anar Həsənovla birlikdə Bakı şəhərinə gəldik. Onun sözlərinə görə, ticarət mərkəzinə gələrək Əhməd İbrahimovun dükanını müəyyən ediblər:

"Bundan sonra biz Əhmədin evinə gedib-gəlməsini müşahidə etdik. Əhmədin yaşadığı evi müəyyən edəndən sonra yenidən Gəncə şəhərinə qayıtdıq. Anar Həsənov və Elmar Qasımov Əhmədi öldürmək məqsədilə Bakı şəhərində qalıblar. Həmin gün axşam saat 21 radələrində Elmar Qasımov mənə zəng edərək, "sənədə qol çəkdik" sözlərini dedi. Həmin sözləri Elmar mənə deyəndə başa düşdüm ki, onlar Əhmədi vurublar".

Mehman Qəhrəmanov bildirdi ki, Əhməd İbrahimov qətlə yetirilən günün səhəri Şöhrət Elmar Quliyev və onunla birlikdə görüşüb və sifarişi yerinə yetirdiyi üçün 25 min ABŞ dollarını Elmara verdi:

"Elmar həmin puldan 7 min ABŞ dolları mənə verdi, 8 min dolları isə Anar Həsənova verəcəyini qeyd etdi. Əhməd İbrahimovu qətlə yetirdikdən sonra Şöhrət Quliyev verdiyi 25 min ABŞ dollarından əlavə bizim hər birimizə 500 ABŞ dolları verəcəyini vəd etdi".

"İş adamının öldürülməsində istifadə olunan silahı hərbçidən almışıq"

Mehman Qəhrəmanov daha sonra ifadəsində qeyd edib ki, Şöhrət Quliyev Gəncədə yaşayan Kamal Ələkbərovun öldürülməsi sifarişini verib. Onun sözlərinə görə, Elmarla birlikdə Kamal Ələkbərovu öldürüblər: Həmin cinayətin törədilməsində Anar Həsənov da iştirak edib. Söhbət zamanı Anar Həsənov Kamal Ələkbərovun öldürülməsində istifadə olunan tapançanı Gəncə şəhərində hərbi aerodromda gizir işləyən Məharət adlı bir hərbçidən aldığını bildirib".

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Gəncə orta məktəbində dərs saatı satılır?

Zabit və əsgərlərin məhkəməsi başlayıb

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir

Ərini qətlə yetirən qadın məhkum edildi

Bölmənin digər xəbərləri
 
Dostunu qətlə yetirən şəxsin məhkəməsi başladı
Söhrab Rüstəmov: "Bu cinayəti mən törətməmişəm"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər