Hal-hazırda Ayna qəzetinin 24.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
İstanbul və Moskva rəssamlarımızı qiymətləndirəcək
İstanbul və Moskva rəssamlarımızı qiymətləndirəcək
Həmyerlilərimiz dünya art-bazarına çıxmağa çalışırlar
Şənbə, 24.04.2010

Xatun mətn ölçüsü  

İstanbulun Hərbiyyə muzeyinin salonunda açılan "ART BOSPHORUS" beynəlxalq sənət yarmarkasında Azərbaycanın xalq rəssamı Arif Hüseynov, İstanbulda yaşayan rəssam Əbülfəz Fərəcoğlu və Ankarada yaşayan rəssam Teymur Ağəlioğlunun yağlıboya tabloları nümayiş etdirilib. Beynəlxalq yarmarkada Gürcüstan, Qırğızıstan, Rusiya, Bolqarıstan rəssamlar ittifaqlarının stendləri yer alıb. Türkiyə və Avropanın bir çox qalereyası da yarmarkada iştirak edib.

Azərbaycanın xalq rəssamı Arif Hüseynovun açıqlamasında keçən il Yaponiyada açdığı sərgidən sonra milli motivdə işləməyi qərarlaşdırdığını söyləyib: "Buraya gətirdiyim yağlıboya tablolarım yeni dönəmdə işlədiyim əsərlərin bir qismini təşkil edir. Gələn il Novruz bayramı münasibətilə Parisdə - YUNESKO-nun sərgi salonunda bu tərzdə daha çox əsər nümayiş etdirəcəyəm".

"ART BOSPHORUS" beynəlxalq yarmarkasında tələbəsi Canan Karanla iştirak edən rəssam Əbülfəz Fərəcoğlu da İstanbulun mədəni həyatının içində olmaq üçün bu səpkili tədbirlərdə iştirakın vacibliyindən bəhs edib. Hər il fərdi və qrup sərgilərində iştirak etdiyini xatırladan Fərəcoğlu bundan sonra İstanbulda keçirilən "Artistanbul" və "Tüyap" yarmarkalarına qatılacağını deyib.

Ankarada yaşayıb-yaradan azərbaycanlı rəssam Teymur Ağəlioğlu isə bu yaxınlarda paytaxtın Çankaya səmtində özəl qalereya açdığını bildirib. Onun sözlərinə görə, Türkiyənin sənət bazarında layiqli yer tuta bilmək üçün sənətkarların yarmarka və sərgilərə yenilikçi əsərlərlə gəlməsi vacibdir.

Yeri gəlmişkən onu da əlavə edək ki, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində də Azərbaycanın tanınmış rəssamlarının sərgisi təşkil olunub. "Aydan" qalereyasında "Azərbaycanın müasir incəsənəti" adı ilə təşkil olunan sərgidə Leyla Axundzadə, Tərlan Qorçu, Rəşid Axundzadə, Rəşad Ələkbərov, Orxan Hüseynov, Fərid Rəsulov, Eldar Qurbanov və Babi Bədəlovun əsərləri nümayiş etdirilir. Sərginin mayın 9-dək davam edəcəyi nəzərdə tutulur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Azərbaycanlı rəqqasə - festival qalibi

Manananın albomu Moskvada hazırlanır

Moskva estafeti Osloya ötürdü

Moskva ulduzlarının Bakı konserti

Bölmənin digər xəbərləri
 
"Azərbaycan Folkloru və ənənələri" kitabı işıq üzü görüb
Toplunu Belçika Azərbaycan Evi nəşr etdirib

Bəstəkarlar İttifaqı planlarını açıqladı
Musiqiyə dair yeni işlər təqdim olunacaq

Əyyub Quliyev Polşada çıxış edib
Bir neçə gün əvvəl Polşanın ünlü kollektivlərindən olan Kamera Flarmonik Orkestri azərbaycanlı gənc dirijor Əyyub Quliyevlə birlikdə konsert proqramı təqdim ediblər.

Səkinə İsmayılova Almaniyadan qayıdıb
Xalq artisti Səkinə İsmayılova bu günlərdə Almaniyadan qayıdıb. Xanəndə Berlində "Muğam gecəsi" adı altında iki konsert proqramı ilə çıxış edib.

Hacı Məmmədovun yubileyi qeyd ediləcək
Bu günlərdə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ifaçılıq sənətinin görkəmli təmsilçisi, tarzən, xalq artisti və məşhur həkim-cərrah Hacı Məmmədovun 90 illiyi ilə bağlı mərasim düzənlənəcək.

"Ümid" studiyası yaradılıb
Mədəniyyət və Turizm Nazirliyinin bölgələrdə teatr studiyalarının yaradılması ilə bağlı qərarı əsasında Lənkəran teatrının nəzdində "Ümid" teatr studiyası yaradılıb.

Opera teatrı Milli Teatr Festivalında üç tamaşa ilə çıxış edəcək
Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə mayda keçiriləcək Milli Teatr Festivalı çərçivəsində üç tamaşa ilə çıxış etməyi planlaşdırır.

Teleaparıcı Kamilə mahnı oxudu
Bu işə hobbi kimi yanaşır

Şirvanlı şair Naseh
Bir adın işığında

Cazmen və bəstəkar Şahin Növrəsli:
"Düşünürəm ki, hər musiqiçidə istedad 10 % olur, qalanı zəhmətlə qazanılır"

Simarə İmanova yeniliklər edəcək
Xanəndənin albomu hazırlanır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər