Hal-hazırda Ayna qəzetinin 24.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Şirvanlı şair Naseh
Şirvanlı şair Naseh
Bir adın işığında
Şənbə, 24.04.2010


Şəmistan NƏZİRLİ
mətn ölçüsü  

1903-cü ildə Firidun bəy Köçərlinin "Azərbaycan türklərinin ədəbiyyatı" kitabı Tiflisdə nəşr olunanda ədəbi içtimaiyyət bunu çox böyük maraqla qarşılamışdı. "Tiflisski listok" qəzeti yazırdı: "Müasir oxucunun böyük əksəriyyətinə Azərbaycan ədəbiyyatı haqqında heç bir şey məlum deyildir. Onunla ancaq bəzi mütəxəssislər tanışdırlar. Buna görə də bir neçə gün əvvəl haqqında müxtəsər məlumat verdiyimiz Firidun bəy Köçərlinin yenicə çıxmış, azərbaycanlıların ədəbiyyatına həsr olunan kitabı xüsusi maraq doğurur".

Araşdırmalar göstərir ki, Firidun bəyin "Azərbaycan türklərinin ədəbiyyatı" kitabının nəşri ziyalılara böyük sevinc bəxş etmişdi. Kiyevdə təhsil alan azərbaycanlı tələbələr, Bakı, Tiflis, İrəvan ziyalıları, Dərbəndin bir qrup din xadimi, Novorossiysk İmperator Universitetinin tələbəsi Nəriman Nərimanov, Omsk şəhər sakini Məhəmmədov və başqaları Firidun bəyin bu zəhmətini millətimiz və xalqımız üçün əvəzsiz töhfə kimi qiymətləndirirdilər.

Kitabı qəzalarda yaşayan ziyalılar da maraqla qarşılamışdılar. Onlar vaxtilə şair kimi tanınan ata-babaları haqqında Firidun bəyə həvəslə məlumatlar yazır, sandıqçalarda saxlanan əlyazmalarını, cüngləri ona göndərirdilər.

Şamaxıdan Ağaəli bəy Əfəndizadə Şirvan şairlərinin bir bağlama şeirlərini yığıb göndərmişdi. Onların arasında Naseh təxəllüslü şairin də bir neçə qəzəli vardı. Firidun bəy bağlamadakı şeirlər içərisində ən çox Nasehin qəzəllərini bəyənmişdi. Ona görə də Ağaəli bəyə məktub yazıb rica edirdi ki, yeni kitabına daxil etmək üçün Naseh təxəllüslü şairin qəzəllərindən bir neçəsini yenə göndərsin.

Firidun bəyi heyrətləndirən səbəb

Bir neçə gündən sonra Abbas Səhhətdən aldığı məktub Firidun bəyi heyrətdə qoydu. Səhhət yazırdı ki, sizə şeirlərini Naseh təxəllüsü ilə göndərən Ağaəli bəy utancaq və təvazökar olduğuna görə sizə özü barədə məlumat verməmişdir.

Sonralar Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı" kimi sanballı əsərinin "Şirvan şairləri" fəslində şamaxılı Ağaəli bəy Nasehi hörmət və məhəbbətlə yad edirdi:

"Ağaəli bəy Naseh şeirləri qayət dərəcədə gözəldir. O şəxsin özü isə farsca, rusca savadlı bir şəxsdir, hətta ərəbcəni də yaxşı bilir. Xüsusən Ağaəli bəy Nasehin haqqı bizim boynumuzda artıq dərəcədədir ki, Şamaxı şüərasının tərcümeyi-hallarına dair bir çox məlumat bizə cəm edib göndərmişdir. Bu barədə ol cənaba səmimi-qəlbdən razılıq izhar edib, cənabi-həqqdən xoşbəxtlik və tul ömür mərhəmət olmasını təmənna edirik".

Müasirlərinin xatırladığına görə, Firidun bəy Köçərlinin bu sözləri Ağaəli bəy Nasehə verilən ən düzgün qiymətdir.

İndiyədək ədəbiyyatşünaslığımızda tədqiq olunmayan Naseh təxəllüslü şair Ağaəli bəy Hacı Məhəmməd oğlu Əfəndizadə 1856-cı il sentyabrın 10-da Şamaxıda doğulmuşdur. İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid" məktəbində almışdır. Atası tacir olduğundan ona ticarət işlərində köməkçi olan Ağaəli bəy on altı yaşına çatdıqda fars və türk dillərində aldığı təhsillə kifayətlənməyib rus dilində də oxumağa həvəs göstərmiş və üç sinifli şəhər məktəbində dörd il təhsilini davam etdirmişdir.

Respublika Əlyazmalar İnstitutunun xəzinəsində "Nasehin tərcümeyi-halı" adlı əlyazma saxlanılır.

REKLAM

Əlyazmanın müəllifi göstərilməsə də, üslubundan və faktlardan onun müəllifinin məşhur maarifçi Camo Cəbrayılbəylinin olduğunu biz şəkk-şübhəsiz təsdiq edirik. Çünki Camo Cəbrayılbəylinin 1966-cı ildə nəşr olunmuş "Xatirələrim"dəki faktlarla Əlyazmalar İnstitutunda saxlanan "Nasehin tərcümeyi-halı"ndakı faktlar arasında çox böyük bənzərlik var. Camo bəy xatirələrində etiraf edir ki, Nasehin tərcümeyi-halını ondan yaxşı bilən yoxdur. "Mən hələ uşaq ikən ailəmiz Nasehgil ilə yaxınlaşmış, Naseh böyük bacımla evlənmişdi".

Camo bəyin xatirə yazısı

Camo Cəbrayılbəylinin əlyazmalar xəzinəsində saxlanan yazısı Nasehin ilk gəncliyi haqda daha maraqlı faktlarla zəngin olduğu üçün bir parçanı diqqətinizə çatdırırıq:

"Babası Hacı Baba Əfəndi zəmanəsinin varlı adamlarından olub, öz övladları üçün bir qədər maddi ehtiyat qoymuşdu.

Hacı Məhəmməd bir müddət ticarətlə məşğul olduqdan sonra kasıblığa düşüb vəfat etmişdir. Ağaəli bəy yalnız öz təşəbbüsü ilə "uyezdnoye uçilişe" (qəza rus-tatar məktəbi) adlı məktəbə girib orada oxumağa başlamış, bərabər olaraq türk, ərəb və farsca dəxi Molla Cami adlı şəxsin mədrəsəsində təhsilini davam etdirmiş.

Rusca məktəbə girməsindən qoca anası və əqrəbası məmnun deyillərmiş. Çox vaxt anası Pərizad rus dilində yazılmış kitabları gizlədərmiş, ya da çölə tullarmış. Bununla belə az bir zamanda təhsilində müvəffəqiyyət qazanıb yavaş-yavaş fars kitabları oxumağa başlamışdır. Ehtiyac məcbur etdiyi üçün təhsili buraxmış və "uyezdnoye uçilişe"nin üçüncü sinfindən çıxıb qulluq etməyə başlamışdır. Bir müddət əvvəl Kürdəmirdə, sonralar Şamaxıda silistçi dilmancı vəzifəsində çalışaraq dolanmışdır. Həm rusca, həm türkcə, ərəb və farsca mütaliə edərək təhsilini daim artırmağa çalışmışdır. Nəhayət, rus və türkcə mükəmməl savadlı olduğu üçün o vaxtkı mülahizələrə görə, bir qədər də tərəqqi edərək mirovoy sudda katib müavini vəzifəsinə cəlb olunubmuş.

Hələ uşaq ikən şeir yazmağa həvəsi olduğu üçün doqquz yaşında yazdığı məktubu nəzmlə yazmağa can atmışdı. Bir tərəfdən çarizm siyasətinin boğucu təsiri, o biri tərəfdən zəmanəsinin şairlərlə rəqabətsizliyi, nəhayət, cüzi bir dolanacaq ehtiyacı vaxtını əsər yazmağa sərf etməyə imkan verməmişdir. Şeirlə yalnız imkan bulduğu zaman məşğul olurmuş. Ərəb və farsca biliyi o dərəcədə idi ki, istər ərəbcə, istərsə də farsca kitabların üzərilə göz gəzdirib hekayə kimi nəql edərdi.

Çocuq ikən başına toplanıb "Min bir gecə"dən hekayə söyləməsini rica edərdik. Şeirlərini Sabir, Səhhət, Tərrah, Hacı İsmayıl Veysov və bir-iki nəfər sair yaxın adamlarından ibarət olan məhramanə məclisində oxuyurdu.

Çox zaman Firidun bəy Köçərli ilə yazışaraq öz əsərlərini ona göndərərdi. İlk zamanlar Naseh Köçərliyə kim olduğunu söyləməyib Nasehin şeirləri haqqında onun rəyini sorurdu. Köçərlinin məktubunun birində "Nasehin şeirləri filhəqiqət qüvvətlidir və xoşuma gəldi" yazısını şəxsən özüm 1912-ci ildə oxumuşam. Səhhət, Sabir, Tərrah da öz şeirlərini Köçərliyə Naseh vasitəsilə göndərirdilər.

Zatən çox utancaq və başıaşağı bir adam olduğu üçün yazdıqlarını hələ-hələ meydana çıxarmazdı və yalnız ən yaxın adamlar üçün oxuyardı.

Naseh çox gənc ikən Şamaxıdakı "Beytüs-səfa" şairlər məclisinin fəal iştirakçısı olmuşdur. O, Məhəmməd Səfa, Ələkbər Qafil, Qafar Raqib, Molla Ağa Bixud, Ağababa Zühuri, Mirzə Mahmud Zui, Mirzə Məhəmmədhəsən Nalə, Salik Şirvani kimi klassik üslubda yazan şairlərlə şeirləşmişdir.

Şeirdə, sənətdə ən yaxın dostları Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Tərrah və Məhəmməd Hadi olmuşdur. Məclislərdə oxunan şeirlərə ən düzgün qiyməti Naseh verdiyinə görə dostları onu öz aralarında Mizanüşşüəra - şairlərə qiymət verən ən düzgün tərəzi adlandırırdılar. Seyid Əzim Şirvanidən sonra Şamaxı şairlər məclisinin rəhbəri Ağaəli bəy Naseh olmuşdur.

Nasehin məsləhətilə Abbas Səhhət tədriclə rus dilində oxuyur, klassikləri öyrənirdi. Onun üçün aydın olmayan cümlələr və kəlmələrin izahı haqqında Nasehə müraciət edirdi. Naseh isə hər bir sözün həqiqi və məcazi, dar və geniş mənasını cümlə içərisində konkret misalla izah edirdi. Nasehlə Səhhət arasındakı belə elmi mübahisədən mən daha çox qazanırdım. Birindən rus dilinin incəliklərini, o birindən Şərq ədəbiyyatının qüdrətini öyrənirdim.

Abbas Səhhət də bu yaxşılıqları unutmamış, 1912-ci ildə məslək dostuna "NaseH" adlı gözəl bir şeir həsr etmişdir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Ailə qurmaq istəyirdi, adam öldürdü

Reketlərə hökm oxundu

Şirvanın bazarı bağlanıb

Aşıqlar festivaldan qayıtdı

Bölmənin digər xəbərləri
 
"Azərbaycan Folkloru və ənənələri" kitabı işıq üzü görüb
Toplunu Belçika Azərbaycan Evi nəşr etdirib

Bəstəkarlar İttifaqı planlarını açıqladı
Musiqiyə dair yeni işlər təqdim olunacaq

Əyyub Quliyev Polşada çıxış edib
Bir neçə gün əvvəl Polşanın ünlü kollektivlərindən olan Kamera Flarmonik Orkestri azərbaycanlı gənc dirijor Əyyub Quliyevlə birlikdə konsert proqramı təqdim ediblər.

Səkinə İsmayılova Almaniyadan qayıdıb
Xalq artisti Səkinə İsmayılova bu günlərdə Almaniyadan qayıdıb. Xanəndə Berlində "Muğam gecəsi" adı altında iki konsert proqramı ilə çıxış edib.

Hacı Məmmədovun yubileyi qeyd ediləcək
Bu günlərdə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ifaçılıq sənətinin görkəmli təmsilçisi, tarzən, xalq artisti və məşhur həkim-cərrah Hacı Məmmədovun 90 illiyi ilə bağlı mərasim düzənlənəcək.

"Ümid" studiyası yaradılıb
Mədəniyyət və Turizm Nazirliyinin bölgələrdə teatr studiyalarının yaradılması ilə bağlı qərarı əsasında Lənkəran teatrının nəzdində "Ümid" teatr studiyası yaradılıb.

Opera teatrı Milli Teatr Festivalında üç tamaşa ilə çıxış edəcək
Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə mayda keçiriləcək Milli Teatr Festivalı çərçivəsində üç tamaşa ilə çıxış etməyi planlaşdırır.

Teleaparıcı Kamilə mahnı oxudu
Bu işə hobbi kimi yanaşır

İstanbul və Moskva rəssamlarımızı qiymətləndirəcək
Həmyerlilərimiz dünya art-bazarına çıxmağa çalışırlar

Cazmen və bəstəkar Şahin Növrəsli:
"Düşünürəm ki, hər musiqiçidə istedad 10 % olur, qalanı zəhmətlə qazanılır"

Simarə İmanova yeniliklər edəcək
Xanəndənin albomu hazırlanır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər