Hal-hazırda Ayna qəzetinin 24.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Opera teatrı Milli Teatr Festivalında üç tamaşa ilə çıxış edəcək
Şənbə, 24.04.2010

mətn ölçüsü  

Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə mayda keçiriləcək Milli Teatr Festivalı çərçivəsində üç tamaşa ilə çıxış etməyi planlaşdırır. Teatrın mətbuat xidmətindən verilən bilgiyə görə, mayın 2-də teatrın səhnəsində dahi bəstəkar Qara Qarayevin ölməz "Yeddi gözəl" baleti nümayiş olunacaq. 2008-ci ildə yeni quruluşda səhnəyə qoyulmuş "Yeddi gözəl" baletinin festival tamaşasında əsas rollarda əməkdar artistlər İslam İslamov, Kamilla Hüseynova, Yelena Skomorosenko, Alsu Qimadiyeva, Samir Səmədov və başqaları çıxış edəcəklər. Tamaşanı xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edəcək.

Mayın 7-də isə Milli Teatr Festivalı çərçivəsində operasevərlər Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasına tamaşa edə biləcəklər. Həmin tamaşada əsas partiyaları teatrın gənc solistləri Vüsalə Musayeva və İlkin Əhmədov ifa edəcək. Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Xəbərdə bildirilib ki, mayın 25-də Opera və Balet Teatrının kollektivi Sumqayıt şəhərinə yollanacaq. Həmin gün Sumqayıt Dövlət Musiqili Dram Teatrının binasında sumqayıtlı musiqisevərlər üçün "Leyli və Məcnun" operası nümayiş olunacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Milli teatr Türkiyə səfərindən qayıtdı

Azərbaycandakı həbs Avropanı "silkələdi"

Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir

Amaliya Pənahova: "Uşaqlar teatr estetikası ilə böyüməlidir"

Bölmənin digər xəbərləri
 
"Azərbaycan Folkloru və ənənələri" kitabı işıq üzü görüb
Toplunu Belçika Azərbaycan Evi nəşr etdirib

Bəstəkarlar İttifaqı planlarını açıqladı
Musiqiyə dair yeni işlər təqdim olunacaq

Əyyub Quliyev Polşada çıxış edib
Bir neçə gün əvvəl Polşanın ünlü kollektivlərindən olan Kamera Flarmonik Orkestri azərbaycanlı gənc dirijor Əyyub Quliyevlə birlikdə konsert proqramı təqdim ediblər.

Səkinə İsmayılova Almaniyadan qayıdıb
Xalq artisti Səkinə İsmayılova bu günlərdə Almaniyadan qayıdıb. Xanəndə Berlində "Muğam gecəsi" adı altında iki konsert proqramı ilə çıxış edib.

Hacı Məmmədovun yubileyi qeyd ediləcək
Bu günlərdə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ifaçılıq sənətinin görkəmli təmsilçisi, tarzən, xalq artisti və məşhur həkim-cərrah Hacı Məmmədovun 90 illiyi ilə bağlı mərasim düzənlənəcək.

"Ümid" studiyası yaradılıb
Mədəniyyət və Turizm Nazirliyinin bölgələrdə teatr studiyalarının yaradılması ilə bağlı qərarı əsasında Lənkəran teatrının nəzdində "Ümid" teatr studiyası yaradılıb.

Teleaparıcı Kamilə mahnı oxudu
Bu işə hobbi kimi yanaşır

Şirvanlı şair Naseh
Bir adın işığında

İstanbul və Moskva rəssamlarımızı qiymətləndirəcək
Həmyerlilərimiz dünya art-bazarına çıxmağa çalışırlar

Cazmen və bəstəkar Şahin Növrəsli:
"Düşünürəm ki, hər musiqiçidə istedad 10 % olur, qalanı zəhmətlə qazanılır"

Simarə İmanova yeniliklər edəcək
Xanəndənin albomu hazırlanır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər