Mədəniyyət və Turizm Nazirliyinin bölgələrdə teatr studiyalarının yaradılması ilə bağlı qərarı əsasında Lənkəran teatrının nəzdində "Ümid" teatr studiyası yaradılıb. Nazirliyin mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, həvəskar gənclərdən ibarət "Ümid" studiyasının yaradıcı kollektivi ilk dəfə olaraq tamaşaçılar qarşısında çıxış edib. Studiyanın üzvləri sənət bacarıqlarını "Yol" adlı şou proqramla nümayiş etdiriblər.
Söhbət zamanı bəlli oldu ki, yaxın bir-iki ildə teatrın nəzdində "Fidan" teatr-rəqs studiyası da fəaliyyətə başlayacaq.
Əyyub Quliyev Polşada çıxış edibBir neçə gün əvvəl Polşanın ünlü kollektivlərindən olan Kamera Flarmonik Orkestri azərbaycanlı gənc dirijor Əyyub Quliyevlə birlikdə konsert proqramı təqdim ediblər.
Səkinə İsmayılova Almaniyadan qayıdıbXalq artisti Səkinə İsmayılova bu günlərdə Almaniyadan qayıdıb. Xanəndə Berlində "Muğam gecəsi" adı altında iki konsert proqramı ilə çıxış edib.
Hacı Məmmədovun yubileyi qeyd ediləcəkBu günlərdə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ifaçılıq sənətinin görkəmli təmsilçisi, tarzən, xalq artisti və məşhur həkim-cərrah Hacı Məmmədovun 90 illiyi ilə bağlı mərasim düzənlənəcək.