Səkinə İsmayılova Almaniyadan qayıdıb
|
Şənbə, 24.04.2010
|
|
mətn ölçüsü |
|
|
|
Xalq artisti Səkinə İsmayılova bu günlərdə Almaniyadan qayıdıb. Xanəndə Berlində "Muğam gecəsi" adı altında iki konsert proqramı ilə çıxış edib. Xalq artistinin məlumatına görə, konsertlərdən biri Azərbaycanın Almaniya səfirliyinin binasında, digəri isə böyük bir konsert salonunda olub. Hər iki konsert proqramında xanəndə tarda Əliağa Sədiyev, kamançada Elşən Mansurovun müşayiəti ilə oxuyub.
Səfirlik binasındakı konsertdən öncə Almaniya səfirimiz Pərviz Şahbazov çıxış edib. Konsertə Almaniyanın tanınmış iş adamları, dövlət nümayəndələri, diplomatlar qatılıblar. Hər iki çıxış maraqla qarşılanıb.
|
|
|
Oxşar xəbərlər:
Almaniyanın gözlənilən qələbəsi
Rusiya Bakıya raket gəmisi göndərir
Sumqayıt və Aktau qardaş oldu
Seyran Almaniyanın DTR telekanalında
"Almaniyanın romantik şəhərləri"
|
|
|