Bir neçə gün əvvəl Polşanın ünlü kollektivlərindən olan Kamera Flarmonik Orkestri azərbaycanlı gənc dirijor Əyyub Quliyevlə birlikdə konsert proqramı təqdim ediblər. Dirijorun ailəsindən bildirilib ki, konsert Rusiyanın Smolensk şəhəri üzərində faciəli təyyarə qəzasında həlak olmuş Polşa dövlət və ictimai xadimlərinin xatirəsinə həsr olunub.
Xəbərdə bildirilir ki, Qdansk şəhərinin "Müqəddəs Triniti" kilsəsində keçirilən konsertdə Əyyub Quliyev Polşa Kamera Flarmonik Orkestri ilə polyak bəstəkarı A.Tansmanın "Freskobaldinin mövzusu əsasında variasiyalar"nı, B.Brittenin əsərlərindən birini və böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun ilk dəfə olaraq Polşada səsləndiriləcək "Nizami" simfoniyasını ifa edib. Əyyub Quliyev həmin orkestrlə çıxış edən ilk azərbaycanlı dirijor olub.
Səkinə İsmayılova Almaniyadan qayıdıbXalq artisti Səkinə İsmayılova bu günlərdə Almaniyadan qayıdıb. Xanəndə Berlində "Muğam gecəsi" adı altında iki konsert proqramı ilə çıxış edib.
Hacı Məmmədovun yubileyi qeyd ediləcəkBu günlərdə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ifaçılıq sənətinin görkəmli təmsilçisi, tarzən, xalq artisti və məşhur həkim-cərrah Hacı Məmmədovun 90 illiyi ilə bağlı mərasim düzənlənəcək.
"Ümid" studiyası yaradılıbMədəniyyət və Turizm Nazirliyinin bölgələrdə teatr studiyalarının yaradılması ilə bağlı qərarı əsasında Lənkəran teatrının nəzdində "Ümid" teatr studiyası yaradılıb.