Hal-hazırda Ayna qəzetinin 24.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Gənc ailələrə sosial-maddi dəstək
Gənc ailələrə sosial-maddi dəstək
Belə bir layihə hazırlanır
Şənbə, 24.04.2010

Eldəniz mətn ölçüsü  

Ölkənin ali qanunverici orqanı "Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında" qanun layihəsi hazırlayır. MM Sosial siyasət komitəsində işlənən yeni qanun gənc ailənin təməlinin möhkəmləndirilməsi üçün mövcud sosial-maddi, eləcə də mənəvi-psixoloji problemlərin həllini nəzərdə tutur. Layihəni qiymətləndirən komitə sədri Hadı Rəcəbli son illər qurulan nikahların pozulma hallarının artması faktını əsas gətirərək, belə bir təkmil hüquqi sənədə ehtiyac olduğunu vurğulayıb.

Hadı Rəcəbli boşanmalara səbəb olan amillər sırasında daha çox psixoloji faktorları önə çəkir: "Ailələr ilk növbədə maddi dəstəkdən danışırlar. Amma gənc ailənin formalaşması üçün bundan daha önəmli psixoloji məqamlar var. Adamların bir-birinə güzəştə getmək bacarığı və s. Son müşahidələr göstərir ki, nikaha girənlərin 10 faizi boşanır. Bu göstərici son 6 ildə iki dəfə artıb. Əvvəlki illərdə beş faiz idi. Bunların əsasında da inanın ki, kasıblıq, sosial durum durmur, konflikt durur, anlaşmazlıq durur. Boşananların böyük əksəriyyəti gənc ailələrdir".

Sosial siyasət komitəsinin sədri bu baxımdan gənclərin ailə mühitinə hazırlanması, nikaha girənlərin psixoloji münasibətlərinin normallaşdırılması kimi mühüm məsələlərin qanun layihəsində əksini tapmasının vacibliyini qeyd edib. Bu zaman xarici ölkələrin təcrübəsindəki müsbət məqamların da tətbiqi planlaşdırılır:

"Nikaha girənlər bu addımı atmazdan əvvəl mütləq hardasa məşq keçməli, öyrənməlidirlər. Çox təəssüf ki, biz bu məsələni 2-ci plana salırıq. İndi ölkəmizdə "Gənclər evi" deyilən evlər tikilir. Bəzi ölkələrdə belə bir təcrübə var, nikaha ərizə verən gənclər bir ay kursa gedirlər. Hamilə qadınla yoldaşı təlim keçirlər. Uşaq dünyaya gələndən sonra hansı addımlar atmalıdırlarsa, onu öyrənirlər".

Bununla yanaşı, "Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında" qanun layihəsində gənc ailələrə sosial-maddi dəstək də nəzərdə tutulur. Bura güzəştli şərtlərlə ipoteka krediti verilməsi, tibbi xidmətlər göstərilməsi və digər sosial güzəştlər aiddir.

Millət vəkilinin sözlərinə görə, nikaha girənlərə maddi dəstək bu ola bilər ki, onlara işlə təmin olunmaq üçün kvota ayrılsın, yəni hər 50 iş yerindən biri nikaha girənlərə ayrılsın.

"Lazım olan yerə işə gedərkən orada mənzillə təminat və birdəfəlik pul müavinəti verilsin. İlk uşaq dünyaya gələndə uşaq üçün müavinət artırılsın. Rusiyada bu təcrübə bu gün də var. Analıq kapitalı deyilən bir rəqəm var. Bu məbləğ hamilə olan qadının hesabına qoyulur və o bütün tibbi xidmətləri alanda, pul ordan silinir", - deyə millət vəkili qeyd edib.

Sözügedən qanun layihəsi aprelin sonu və ya mayın əvvəllərində Sosial siyasət komitəsində müzakirə olunacaq. Daha sonra qanun Milli Məclisin plenar iclasına çıxarılacaq. Amma Hadı Rəcəbli ictimaiyyətin də bu müzakirələrdə fəal iştirakını, cəmiyyətdən təkliflərin gəlməsini zəruri sayır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İpoteka kreditləşməsində növbəti fasilə yarana bilər

Kim neçə dəfə nikaha girib?

Ailə qurmaq istəyirdi, adam öldürdü

Almaz Ələsgərli özünə qadağa qoydu

Evlənmək istəyənlər həkimdən keçməli olacaq

Bölmənin digər xəbərləri
 
Dərmandan zəhərlənmə halları artıb
Ötən 4 ay ərzində Azərbaycanda bu səbəbdən 10 ölüm faktı qeydə alınıb

Yeni binaların yüz min dərdi
Komissiya təhvil almayınca binaya qaz, işıq, su verilməyəcək

Hadı Rəcəbli: "Vətəndaşlar ayaqlarını yorğanlarına görə uzatmalıdır"
Millət vəkili insanların yaşayışdan narazılığını təbii sayır

İnsan rəhmətə gedəndə deyirlər: "Dünyasını dəyişdi, haqq dünyaya getdi".
Bu belədir. Düzdür. Haqdır.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər