Hal-hazırda Ayna qəzetinin 17.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Polis şöbəsində ölən şəxslə bağlı araşdırma
Vüqar Əzizovun arterial hematomiyadan keçindiyi bildirilir
Şənbə, 17.04.2010

C.Məzahiroğlu mətn ölçüsü  

 Salyan rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılan şəxsin ölümü ilə bağlı məsələyə Daxili İşlər Nazirliyi aydınlıq gətirib. DİN mətbuat xidmətinin əməkdaşı, polis polkovnik-leytenantı Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, Salyan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, 1962-ci il doğumlu Ələddin Ələsgərovdan narkotik vasitə olan heroin götürülüb.

Ələddin Ələsgərovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində ona narkotik vasitəni satan şəxsin rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş Vüqar Əzizov olduğu müəyyən edilib. Hər iki şəxs aprelin 14-də cinayət məsuliyyətinə cəlb edilərək onların barəsində Salyan rayon Polis Şöbəsinin istintaq idarəsi tərəfindən CM-in 234.2-ci maddəsi ilə cinayət işi qaldırılıb. Elə həmin gün Salyan RPŞ-də saxlanılan Vüqar Əzizovun səhhəti qəfildən pisləşib və o, xəstəxanaya yerləşdirilib. Narkotik vasitələrin asılılığından əziyyət çəkən Vüqar Əzizovun həyatını xilas etmək mümkün olmayıb. O, narkotiklərdən fiziki asılılıq və arterial hematomiyadan dünyasını dəyişib.

O.Mansurzadə baş vermiş hadisə ilə bağlı son günlər ölkə mətbuatında yayılan informasiyaların həqiqətə uyğun olmadığı bildirib.

Hadisə ilə bağlı Azərbaycan Ombudsman Aparatının əməkdaşları da araşdırma aparıb. Ombudsman Aparatı mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovanın tapşırığına əsasən, 14 aprel 2010-cu il tarixdə Salyan Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasında (MST) saxlanılan Vüqar Əzizovun ölümü ilə bağlı məsələ Ombudsmanın İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) Qrupunun üzvləri tərəfindən araşdırılıb.

Araşdırma zamanı müəyyən edilib ki, 14 aprel 2010-cu il tarixdə saat 02.30 radələrində Salyan RPŞ-nin MST-də saxlanılan, əvvəllər narkotik cinayəti üstündə dəfələrlə məhkum edilmiş Salyan şəhər sakini, 09 aprel 2010-cu il tarixdə barəsində RPŞ-nin istintaq bölməsinin baş müstəntiqi tərəfindən 66782 saylı cinayət işi qaldırılmış, CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Salyan Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilmiş Vüqar Əzizov "narkotiklərdən fiziki asılılıq və arterial hematomiya" diaqnozu ilə rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, o, saat 05.00-da xəstəxanada vəfat edib. İlkin müayinə zamanı onun bədənində hər hansı xəsarət izi aşkar olunmayıb.

Həmin gün Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Salyan rayonlararası zona mərkəzində meyit xarici və daxili müayinədən keçirilib. Hazırda faktla bağlı Salyan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Polis zabitini öldürmək istəyənə hökm oxundu

Elnur Məmmədli polisdə!

Terror barədə daha iki yalan məlumat

Polisə müqavimət göstərən zərərsizləşdirildi

Bacısını qətlə yetirməkdən peşman deyil

Bölmənin digər xəbərləri
 
Azərbaycan Rusiya ilə tam anlaşdı
Delimitasiyaya dair mübahisələr çözülüb

Avropa Məhkəməsi Eynulla Fətullayevlə bağlı qərar verdi
Qərar yaxın günlərdə ictimailəşdiriləcək

Kənd müəllimlərinə güzəşt
Gənc müəllimlərə torpaq sahəsi və ipoteka krediti ayrılacaq

Lalə Şövkətdən "Ölkə"yə qarşı iddia
Proses bir həftədən sonra davam edəcək

İki qanuna dəyişiklik qüvvəyə mindi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi"nə və Azərbaycan Respublikasının Meşə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Fərman imzalayıb.

Səhiyyə Nazirliyinə 3 milyon ayrıldı
Prezident sərəncam imzaladı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər