Hal-hazırda Ayna qəzetinin 17.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
NATO-ya "inqilabi dəyişikliklər" təklifi
NATO-ya "inqilabi dəyişikliklər" təklifi
Bakı Alyansın Strateji Konsepsiyasında yeni düzəlişlərdə israr edir
Şənbə, 17.04.2010

Cəsur Sümərinli mətn ölçüsü  

  Azərbaycan NATO-nun Yeni Strateji Konsepsiyasına daxil edilməsi üçün bir sıra rəsmi təkliflər göndərə bilər. Bu barədə "Ayna"ya "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən məlumat verilib. Hərbi-siyasi mənbələrə istinadən məlumat verən "Doktrina" mərkəzi bildirir ki, Azərbaycanın bu günə olan təkliflərinin sayı 9-dur. Belə ki, hazırda Azərbaycan yeni sənədə aşağıdakı məsələlərin daxil edilməsini istəyir:

1. Alyansın özünün idarə olunmasında çevikliyin artırılması, bürokratik amillərin azaldılması istiqamətində dəyişikliklər zəruridir.

2. NATO-nun Cənubi Qafqaz və Orta Asiya üzrə strategiyası dəqiqləşdirilməlidir. Bu regiona daxil olan ölkələrlə münasibətlərin konkret hədləri bəlli olmalıdır. Onların alyansın Əfqanıstan strategiyasında rolu konkretləşdirilməlidir.

3. NATO-ya üzvlüyün alyansla əməkdaşlığın əsas hədəfi olduğuna dair tezislər ləğv edilməlidir.

4. NATO ilə fəal tərəfdaş ölkələr arasında ikitərəfli sazişlər imzalanmalıdır, bu sənədlərdə tərəflərin məsuliyyət və öhdəlikləri ilə yanaşı, tərəfdaş ölkələrin təhlükəsizlik zəmanəti də öz əksini tapmalıdır.

5. Tərəfdaş ölkələrlə münasibətdə yeni struktur yaradılmalıdır. Alyansa üzv olmaq prioritetinə malik olmayan, amma təhlükəsizliyinə təminat istəyən ölkələrin istək və arzularını gerçəkləşdirmək üçün Avropa Birliyinin "Qonşuluq siyasətinə bənzər "təhlükəsizlik zolağı" yaradılmalıdır. Bu təhlükəsizlik zolağı alyansla sıx əməkdaşlıq etmək niyyətində olan ölkələr üçün nəzərdə tutulmalı və bir növ onların alyansla əməkdaşlığının inkişaf etdirilməsi məqsədini güdməlidir.

6. Sənəddə NATO-nun dondurulmuş münaqişələrin həllində vasitəçilik etməsinin mümkünlüyünə işarə edəcək bəndlər olmalıdır. Bu bənd alyansın Cənubi Qafqazdakı münaqişələrin nizamlanmasında vasitəçi kimi iştirakını mümkünləşdirməlidir.

REKLAM

Sənəddə NATO-nun mütləq olaraq ərazi bütövlüyü və suverenlik məsələsində xüsusi təkid etməsi bəyan olunmalıdır, NATO-ya üzv qəbul olunmaq üçün münaqişələrin mövcudluğuna dair məhdudiyyətlər aradan qaldırılmalıdır.

7. NATO-nun Cənubi Qafqaz regionunda enerji layihələrinin müdafiəsində iştirakının artırılması zəruridir.

8. NATO-nun tərəfdaş ölkələrlə həyata keçirdiyi "Sülh naminə tərəfdaşlıq" (PfP), Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (IPAP), Proseslərin Planlaşdırılması və Analizi Prosesi (PARP), Üzvlük Əməliyyat Planı (MAP) və başqa sənədlərin məzmununda müəyyən dəyişikliklər həyata keçirilməlidir. Əsas məqsəd bu planların səmərəli şəkildə və vaxtında yerinə yetirilməsinə nail olmaqdır.

9. Azərbaycan NATO-nun İslam ölkələri ilə münasibətlərində vasitəçilik missiyasını təklif edir, buna müvafiq olaraq Azərbaycan üçün xüsusi tərəfdaşlıq statusunun müəyyən edilməsi zəruridir.

Xatırladaq ki, ötən il xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycanın müsəlman ölkəsi kimi NATO-nun Şərq siyasətində vasitəçi missiyasını yerinə yetirə biləcəyini təklif etmişdi. O, 2009-cu ilin noyabrında Azərbaycan XİN-in təşkilatçılığı ilə keçirilən "NATO-nun yeni strateji konsepsiyası: tərəfdaşlar tərəfindən müzakirələrə töhfə" konfransında Azərbaycanın NATO-nun ən fəal tərəfdaşlarından biri olduğunu qeyd edərək alyansın müasir dövrdə yalnız üzvlərinə deyil, tərəfdaşlarına da təhlükəsizlik zəmanətləri verməsinin zəruriliyini bildirmişdi. Onun fikrincə, əks təqdirdə bu, alyansın gələcək arxitekturasına neqativ təsir göstərəcək. A.Əzimov 2008-ci ilin avqustunda Gürcüstanda baş verən hadisələri misal çəkmişdi.

XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov "Ayna"ya açıqlamasında Azərbaycanın yaxın vaxtlarda NATO-nun Yeni Strateji Konsepsiyasına salınması üçün rəsmi təkliflər göndərəcəyi barədə hər hansı məlumata malik olmadığını bildirdi. Eyni zamanda o bildirdi ki, Azərbaycan qlobal problemlərin çözülməsi istiqamətində Qərb-Şərq dialoqunun aparılmasını dəstəkləyir və buna töhfə verməyə hazırdır.

Hakimiyyətin yürütdüyü siyasi kursu dəstəkləyən Ana Vətən Partiyasının üzvü, deputat, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc "MilAz" İA-ya bildirib ki, Azərbaycan tərəfinin, xüsusilə də parlamentin NATO-nun hazırlanmaqda olan Yeni Strateji Konsepsiyasına öz töhfəsini vermək istiqamətində addımlar atacağı istisna deyil. "Düşünürəm ki, Cənubi Qafqaz regionunun xarakteri, buradakı iqtisadi, siyasi proseslərin gələcək dinamikası, Azərbaycanın bir enerji və dəniz ölkəsi olması, Rusiya və İranın qonşuluğunda yerləşən mühüm bir ötürücü funksiya daşıması, Şərq-Qərb münasibətlərində rol alması kimi məqamlar qeyd edilən Strateji Konsepsiyanın elementlərini təşkil etməlidir", - deyə o qeyd edib.

Zahid Orucun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan parlamentinin də NATO-nun yeni sənədi üçün təkliflər hazırlayacağı istisna deyil. "Fikrimcə, yeni sənəddə NATO-nun Cənubi Qafqaz, o cümlədən Azərbaycanla münasibətləri, dondurulmuş münaqişələrin nizamlanmasına təsiri, təhlükəsizlik təminatlarının verilməsi və s. məsələlər əksini tapmalıdır. Xüsusilə də NATO-nun gələcək konsepsiyasında Cənubi Qafqazdakı münaqişələrin ədalətli həllinin mühüm yer tutması vacibdir. Biz bu və digər məsələləri yazılı şəkildə NATO-nun rəhbər nümayəndələrinə təqdim etməliyik", - deyə bildirmişdir.

Yeri gəlmişkən, Azərbaycanın NATO Parlament Assambleyasındakı heyətinin rəhbəri Ziyafət Əsgərov deyib ki, Bakı NATO PA-nın Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirməsini, qərar qəbul etməsini istəyir. O, digər beynəlxalq təşkilatların bu münaqişə ilə bağlı öz rəyini açıqladığını, NATO-nun da öz münasibətini açıqlamasının vacibliyini vurğulayıb:

"Biz bu məsələni yenə qaldıracağıq. NATO-nun komitələrində bununla bağlı qərarlar olub. Amma biz Parlament Assambleyası səviyyəsində belə bir addımın atılmasını istəyirik. Hətta bir dəfə Assambleyanın prezidenti mənə belə dedi:

"Bir şeyi başa düşün ki, NATO Parlament Assambleyası təkcə Qarabağ məsələsi ilə məşğul olmur, onun başqa problemləri də var". Mən də bildirdim ki, heç kimin 20 faiz ərazisi qonşu tərəfdən işğal edilməyib. Həmişə də deyirlər ki, bu problemlə ATƏT-in Minsk Qrupu məşğul olur. Amma Minsk Qrupunun fəaliyyəti nəticə vermir".

Ziyafət Əsgərov eyni zamanda bildirib ki, NATO PA-nın növbəti toplantısı mayın sonunda Riqada keçiriləcək. Onun sözlərinə görə, sessiyada Azərbaycan heyəti Dağlıq Qarabağ problemi ilə bağlı bir daha məsələ qaldıracaq. Sessiya çərçivəsində, həmçinin Azərbaycan heyətinin ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin deputatları ilə görüşləri nəzərdə tutulub. Ziyafət Əsgərov deyib ki, bu görüşdə də Qarabağ problemi ilə bağlı müzakirələr aparılacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

NATO-nun yeni siyasəti Azərbaycanın maraqlarına cavab verirmi?

Robert Simmons: "Azərbaycan NATO-ya üzv ola bilər"

NATO və Qarabağ münaqişəsinin həlli...

Bakıda NATO tədbiri

Bölmənin digər xəbərləri
 
Böyük ömrün izləri
Nəriman Nərimanov - 140

Dünyada 2005-dən bəri münaqişələr çoxalır
Bölgəmiz terror, separatçılıq, ekstremizm riski altındadır

Bu il parlament seçkiləri necə keçiriləcək?
Demokratikliyin təminedilmə yolları müzakirə edilir

Məmmədyarov Almaniyaya gedəcək
Nazirin səfər proqramı çox sıxdır

Bakı Vaşinqtona incik münasibətini rəsmən açıqladı
Əli Həsənov: "Biz birtərəfli qaydada Azərbaycana normal, dost, tərəfdaş münasibət bəsləməyən ölkəyə nə üçün dost, tərəfdaş münasibəti bəsləməliyik?"

Əhməd Davudoğlu Bakıya gəlir
ABŞ-dan qayıdan nazir Tehrana da gedəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər