Hal-hazırda Ayna qəzetinin 17.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Ordunun aynası  
 
 
Azərbaycanda NATO təlimləri üçün bazalar hazırlanır
Azərbaycanda NATO təlimləri üçün bazalar hazırlanır
Ordu islahatlarının bəzi sirləri bəlli oldu
Şənbə, 17.04.2010

Cəsur Sümərinli mətn ölçüsü  

2010-cu ildə Bakı şəhərində ABŞ və digər ölkələrin iştirakı ilə "Regional cavab-2010" təliminin kompüter-dəstəkli Komanda-Qərargah Təlimi gözlənilir. Bu barədə "Ayna"ya Müdafiə Nazirliyinə yaxın mənbədən məlumat verilib. Xatırladaq ki, eyni təlim 2009-cu ilin ortalarında da Bakıda keçirildi.

"Bu dəfə təlimə daha geniş sayda NATO hərbi qulluqçusunun cəlb olunması planlaşdırılır. Azərbaycan tərəfi o fikirdədir ki, bu tip beynəlxalq təlimlər Silahlı Qüvvələrinin hazırlıq vəziyyətini yüksəldir", - deyə mənbə bildirdi.

MN-ə yaxın mənbənin əməkdaşımıza təqdim etdiyi sənəddə Azərbaycan SQ-də islahatlar prosesi əksini tapıb. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq bir sıra məqamları şərhsiz olaraq diqqətinizə çatdırırıq.

2010-da ordumuz hansı tədbirlərdə iştirak edəcək?

Verilən məlumata görə, cari ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının NATO ilə Fərdi Tərəfdaşlıq Proqramı (IPP) çərçivəsində 120 tədbirdə iştirakı nəzərdə tutulur. Bu, 2009-cu illə müqayisədə bir qədər azdır. Məlumata görə, həmin tədbirlər siyahısına 50 kursda, 4 təlimdə, 11 seminarda, 5 işçi görüşündə, 14 təlimlə bağlı seminar və konfranslarda, 16 konfrans, simpozium və digər tədbirlərdə iştirak daxildir. Cari ildə IPP çərçivəsində Azərbaycanda 9 tədbirin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan SQ ilə NATO arasında 2009-cu il üçün razılaşdırılmış IPP Müdafiə Nazirliyinə aid olan hissəsində əsas əməkdaşlıq proritetlərini əhatə etməklə, 126 tədbirdə SQ-nin 1200-dən artıq nümayəndəsi iştirak edib.

Ötən il olduğu kimi, bu dəfə də bir sıra sahələrdə təlimlərdə iştiraka üstünlük veriləcək. Xatırladaq ki, 2009-cu ildə Müdafiə Siyasəti və Strategiyası, dil təlimi, hərbi təlimlər və təlimlə bağlı tədbirlər, hərbi təhsil, doktrina, Maddi-Texniki Təminat, Sülhməramlı qüvvələr konsepsiyası, planlaşdırılması və əməliyyat sahələri, komanda və nəzarət, beynəlxalq humanitar hüquq, müdafiənin planlaşdırılması, büdcə və ehtiyatların idarə edilməsi sahələrinə əsas prioritet verilmişdi.

Eyni zamanda, 2009-cu ildə IPP üzrə NATO-nun müxtəlif qərargahları, mobil təlim qrupları və məsləhətçi ekspertləri Bakı şəhərində əsas əməkdaşlıq sahələrini əhatə edən müxtəlif mövzular üzrə ümumilikdə 9 Mobil Təlim Qrupu kursları, Qərargah danışıqları, Ekspert işçi görüşləri və seminarlar keçirib. SQ-nin nümayəndələri müxtəlif əməkdaşlıq sahələri üzrə 44 kurs, 6 təlim, təlimlə bağlı 24 planlaşdırılma konfransı, 11 seminar, 5 işçi görüşü, 10 konfrans və simpoziumlar və digər tədbirlərdə də iştirak ediblər.

Ordu islahatları davam edir

"Ayna"nın əməkdaşının əldə etdiyi məlumatlara görə, cari ildə Azərbaycan Müdafiə Nazirliyində, Silahlı Qüvvələr Baş Qərargahında, ordu hissələrində islahatlar davam etdiriləcək. Məlumatda bildirilir ki, hazırda Azərbaycan Müdafiə Nazirliyi NATO ilə aşağıdakı əməkdaşlıq istiqamətlərini həyata keçirir:

1. Azərbaycan SQ-də çavuş məktəbinin, kiçik zabitlər üçün ixtisas proqramlarının təkmilləşdirilməsi və SQ-nin Hərbi Akademiyasının təhsil proqramına hərbi strateji sənədlərin hazırlanması üzrə fənnin yeni modul kimi daxil edilməsi üzrə NATO-nun Hərbi Təlim və Təhsil sistemi proqramına qoşulub.

2. Sülhməramlı və humanitar xarakterli çoxmillətli əməliyyatlarda iştirak etmək məqsədilə sülhməramlı və xüsusi bölmələr (tibbi, mühəndis və təminat üzrə bölmələri) hazırlanır.

3. Çoxmillətli təlimlərin planlaşdırılması və keçirilməsi üçün Azərbaycan Respublikasının ərazisində təlim bazaları hazırlanır, bu prosesdə NATO-ya üzv olan ölkələrin - ABŞ, Türkiyə, Almaniya və Böyük Britaniyanın ekspert yardımlarından istifadə edilir.

4. SQ-də Hərbi Təlim və Təhsil sahəsinə yardım mövzusunda taktiki və əməliyyat səviyyəsində NATO-nun Beynəlxalq qərargahı tərəfindən işçi görüşü təşkil edilib.

5.

REKLAM

Azərbaycan SQ-nin strateji maraqlarına uyğun olaraq modernləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (IPAP) və Planlaşdırma və Analiz Prosesi Proqramının (PARP) tələblərindən irəli gələn öhdəlikləri yerinə yetirir.

6. Silahlı Qüvvələrin bütün qoşun növlərinin ştat-strukturu NATO standartlarına uyğunlaşdırılıb, Müdafiə Nazirliyi və Baş Qərargahın NATO standartlarına (Y/G) keçidi ilə bağlı islahatlar daham etdirilir.

7. NATO qüvvələri ilə birgə əməliyyat uyarlığı imkanlarına nail olunması məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (OCC) proqramı çərçivəsində fəaliyyət davam etdirilir. OCC bölüyünün birinci səviyyəli özünü qiymətləndirməsi, eləcə də ABŞ, Türkiyə və NATO ekspertlərinin iştirakı ilə bölüyün birinci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi müvəffəqiyyətlə keçirilib. 10-13 noyabr 2009-cu il tarixlərində Türkiyə və NATO ekspertlərinin müşahidəsi və iştirakı ilə OCC bölüyünün ikinci səviyyəli özünü qiymətləndirmə təlimi keçirilib.

8. NATO-nun Əfqanıstanda keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) üzrə əməliyyatlarda Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin iştirakı. Bu ölkəyə tibbi və minaların təmizlənməsi sahəsində əlavə dəstəyin verilməsini və əlavə olaraq əfqan hərbçilərinə Azərbaycanın Hərbi Təhsil müəssisələrində təhsil almaq və təlim keçmək üçün imkanlar yaradılır.

Verilən məlumata görə, bu gün Azərbaycan Silahlı Qüvvələrində NATO standartlarına uyğun islahatlara Müdafiə Nazirliyində 4 qurum təsir göstərir. Bunlar Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Avro-Atlantik İnteqrasiya şöbəsi, NATO-nun Standartlaşdırma Sazişləri üzrə Komissiyası, Azərbaycan Ali Hərbi Məktəbində NATO/SNT Kafedrası və Milli "SNT" Təlim Mərkəzidir.

PARP çərçivəsində öhdəliklərin 30 faizi yerinə yetirilib

Deyildiyinə görə, PARP çərçivəsində Azərbaycanın qəbul etdiyi 38 tərəfdaşlıq məqsədlərindən 32-si (Ümumi - 20, Quru Qoşunları - 7, Hərbi Dəniz Qüvvələri - 1 və Hərbi Hava Qüvvələri - 4) Silahlı Qüvvələrə aiddir. Hazırda qəbul edilmiş tərəfdaşlıq məqsədlərinin bir hissəsi (Ümumi - 7, Quru Qoşunları üzrə - 4, Hərbi Hava Qüvvələri üzrə - 1) yerinə yetirilib, digər tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi üzrə müvafiq işlər davam etdirilir. Beləliklə, bu günə qədər Azərbaycan PARP çərçivəsində Silahlı Qüvvələrə aid götürdüyü 32 öhdəliyin cəmisi 12-ni yerinə yetirib.

"Ayna"nın əməkdaşına verilən məlumata görə, NATO-nun keçirdiyi sülhməramlı əməliyyatlarda istifadə olunmaq üçün aşağıdakı bölmələr nəzərdə tutulur:

- Sülhməramlı bölük,

- Axtarış-xilasetmə üzrə taqım,

- Tibb taqımı,

- Mühəndis-istehkam taqımı,

- Vertolyot qrupu (2 ədəd Mİ-8).

Məlumata görə, Müdafiə Nazirliyi IPAP-ın 2005-2007-ci illəri əhatə edən birinci mərhələsini, bu planın 2008-2009-cu illəri əhatə edən ikinci mərhələsini müvəffəqiyyətlə yerinə yetirib və 2010-cu il ərzində üçüncü mərhələyə keçidlə əlaqədar təkliflər hazırlanıb və müvafiq tədbirlər həyata keçiriləcək.

Eyni zamanda, Hərbi Doktrinanın layihə sənədinin hazır olduğu, Strateji Müdafiə İcmalı sənədinin hazırlanması üzrə NATO-ya üzv olan və bir çox tərəfdaş ölkələrin təcrübələri öyrənilməkdədir. Qeyd edilir ki, 2009-cu ildə ABŞ və digər NATO ölkələri ekspertlərinin iştirakı ilə Müdafiə Nazirliyi və digər qurumların ekspert qrupu üçün Strateji Müdafiə İcmalının həyata keçirilməsi və yekun sənədin hazırlanması prosesinə dəstək mövzusunda 5 seminar keçirilib (fevral, may, iyul, sentyabr və dekabr).

Şəffaf planlaşdırma və büdcə sistemi yaranır

"Ayna"ya verilən izahata görə, Müdafiə Nazirliyinin şəffaf planlaşdırma və büdcə sisteminin yaradılması prosesində bir sıra NATO ölkəsinin - Almaniya, ABŞ, Bolqarıstan, Litva, Rumıniyanın təcrübəsi öyrənilir. 2009-cu ildə və 2010-cu ilin əvvəllərində bu ölkələrdən olan maliyyəçi-ekspertlərin qarşılıqlı səfərləri həyata keçirilir, büdcənin planlaşdırılması üzrə mütəxəssislərin və müvafiq sənədlərin hazırlanması prosesi davam etdirilir.

Hərbi təhsil sistemində də NATO standartlarının tətbiq olunması prosesi davam edir. Bu çərçivədə hərbi məktəblərin tədris sistemi NATO standartlarına keçirilib, Çavuş Hazırlığı Mərkəzinin və poliqonun NATO standartlarına keçirilmə prosesi davam edir. Tədrisin planlaşdırılması və təşkili məqsədilə 2008-ci ilin martından etibarən ABŞ-ın Avropa Komandanlığının 2 təlimatçısı Azərbaycanda fəaliyyətə başlayıb. Çavuş məktəbinin müəllim heyəti ABŞ, Türkiyə, Almaniya və Latviyada təlim keçiblər. Böyük Britaniya ekspertləri ilə çavuş heyətinin hazırlığı üzrə müştərək treninqlər keçirilir.

Eyni zamanda:

- ABŞ mütəxəssisləri tərəfindən atəş poliqonu təkmilləşdirilib, Çavuş Məktəbi və Təlim və Tədris Mərkəzi üçün nəzərdə tutulmuş lazer sistemli poliqon və kompüter avadanlıqları quraşdırılıb. Lazer sisteminin istifadəsi ilə bağlı təlim kursu keçirilib,

- Silahlı Qüvvələrdə Komanda-Qərargah və səhra təlimləri NATO standartlarına uyğun keçirilir (planlaşdırma, sənədləşmə, xəritələr, terminologiya və s.).

- Simulyasiya və Modelləşdirmə Mərkəzi yaradılıb, avadanlıq quraşdırılıb, treninqlər keçirilib.

Azərbaycan "NATO-nun Silahlı Qüvvələrdə Hərbi Təlim və Təhsil sahəsinin təkmilləşdirilməsi" proqramına qoşulub. Bununla əlaqədar olaraq, bütün səviyyələrdə (müddətdən artıq xidmət edən çavuş heyəti də daxil olmaqla, taktiki, əməliyyat və strateji) Milli Hərbi Təlim və Təhsil sisteminin təkmilləşdirilməsi üzrə tədbirlərin yerinə yetirilməsi davam etdirilir. 2008-ci ilin noyabr ayından NATO/ABŞ Hərbi Təlim və Təhsil üzrə ekspert qrupu tərəfindən "Silahlı Qüvvələrə Hərbi Təlim və Təhsil sahəsində yardım" mövzusunda işçi görüş keçirilir.

"Nasosnı" bazası və dəniz qüvvələri güclənir

"Ayna"ya bildirilib ki, 2009-cu ildə Sumqayıt yaxınlığındakı "Nasosnı" hərbi aerodromunun təkmilləşdirilməsi üzrə fəaliyyət davam etdirilib. Aerodromun naviqasiya, rabitə, radiolokasiya və uçuş zolağının işıqlandırılması sistemlərinin modernləşdirilməsi üzrə işlər başa çatdırılıb. Bütün lazımi avadanlıq quraşdırılıb.

Eyni zamanda, Hərbi Dəniz Qüvvələrinin (HDQ) təkmilləşdirilməsi istiqamətində işlər görülüb. HDQ-nin təkmilləşdirilməsi ilə bağlı praktik işlər başlanıb, gətirilmiş dalğıc avadanlığının istifadəsinə dair təlim kursu keçirilib. Bununla yanaşı HDQ və Dövlət Sərhəd Xidməti üçün Yeni Komanda Məntəqəsi yaradılıb və hazırda fəaliyyət göstərir. Verilən məlumatda bildirilir ki, indiyədək Azərbaycan HDQ və ABŞ xüsusi təyinatlı qrupları dənizdəki neft-qaz platformalarının mühafizəsi üzrə birgə 10 təlim keçiriblər (GOPLAT).

Məlumatda deyilir ki, ötən müddətdə HDQ və DSX-nın Sahil Mühafizə xidməti Dəniz Təhlükəsizliyi konsepsiyası sənədinin hazırlanması üzrə işçi qrupunun görüşünü keçiriblər. Hazırda 5 hərbi gəminin təkmilləşdirilməsi istiqamətində işlər görülür.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Mediaya "farağat" komandası?

NATO-nun yeni Azərbaycan siyasəti

Müdafiə Nazirliyinin KİV-i məlumatlandırma mexanizmi təkmilləşdirilməlidir

Orduda köklü kadr dəyişiklikləri

Gələcəyə sərmayə yatırmaq sərfəlidirmi?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər