Hal-hazırda Ayna qəzetinin 17.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
ADNA teraktının məhkəməsində etirazlar yaşandı
ADNA teraktının məhkəməsində etirazlar yaşandı
Tutulanlar ittihamları rədd edirlər
Şənbə, 17.04.2010

Hacı mətn ölçüsü  

Ötən il Neft Akademiyasında 12 nəfərin öldürülməsi və 13 nəfərin yaralanması ilə nəticələnən cinayət işi üzrə həbs edilən Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanovun cinayət işinə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılır.

Təqsirləndirilən şəxslər CM-in terrorçuluq, terrorçuluğa hazırlıq, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürməyə hazırlıq görmə maddələri ilə ittiham edilirlər. Ağır cinayət hadisəsini törədən Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov hadisə yerindəcə intihar etməsi ilə bağlı onun barəsində cinayət işinə xitam verilib.

Neft Akademiyasındakı terrora 50 min dollar ayrılıb

Aparılmış istintaq zamanı müəyyən edilib ki, Gürcüstan vətəndaşı olan və Marneuli rayonunun Şulaver kəndində yaşayan Qumaşyan Mardun Qriqoryeviç həmin rayonun Daştəpə kənd sakini Fərda Qədirov, onun qohumu Cavidan Amirov, kənd sakinləri Nəcəf Süleymanov, Nadir Əliyev və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə 2009-cu ilin yanvar-mart aylarında cinayət əlaqəsinə girib. O, azərbaycanlılara qarşı saxladığı milli ədavət zəminində bu şəxslərlə Bakıda terror aktı törədilməsi barədə sövdələşiblər. Bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min dollar verəcəyini vəd edib. Əvvəlcədən Fərda Qədirova 5 min dollar verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyini bildirib. Həmçinin Fərda Qədirov tərəfindən hələ 8 noyabr 2008-ci il tarixdə Tiflis şəhərindən aldığı "Makarov" tipli tapança və 200 ədəddən artıq patronun Azərbaycana keçirilməsi barədə razılığa gəlib.

Terrorçular məşq etdikdən sonra Bakıya gəliblər Cinayəti törətmək məqsədilə atəş vərdişləri əldə etmək üçün Fərda Qədirov cinayət əlaqəsində olduğu Cavidan Amirov, Nadir Əliyev və Nəcəf Süleymanovla Daştəpə kəndində olan evinin alt mərtəbəsində tapançadan müxtəlif nişangahlara atəş açaraq məşq ediblər. Bundan sonra planlaşdırdıqları cinayəti həyata keçirmək üçün Cavidan Amirov 2009-cu ilin 12 mart, Fərda Qədirov 13 mart, Nadir Əliyev 15 mart, Nəcəf Süleymanov isə 17 mart tarixlərində Bakı şəhərinə gəliblər. Fərda Qədirov Azərbaycana gələrkən tapançanı gizli keçirmək məqsədilə Marneuli-Bakı marşrutu ilə işləyən "Mercedes-0303" markalı GEO SOU 900 Gürcüstan dövlət nömrə nişanlı avtobusun sürücü köməkçisi olan Ariz Qabulov ilə razılaşaraq Azərbaycana keçirməyə nail olub. Həmin silahı və döyüş sursatlarını Ariz Qabulovun vasitəsilə kirayəyə götürdüyü B.Çobanzadə küçəsi 65, mənzil 35-də, eləcə də Cavidan Amirovun müvəqqəti yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, mənzil 1-də saxlayıb.

Əvvəlcə Neft Akademiyasını müşahidə ediblər

Planlaşdırılmış həmin cinayəti Cavidan Amirovun təklifi ilə Bakı şəhərinin mərkəzində, xüsusi mühafizəsi olmayan, eyni zamanda çoxlu sayda tələbənin təhsil aldığı və əhali arasında vahimə yaradılması üçün əlverişli yer olan Dövlət Neft Akademiyasında törədəcəkləri barədə razılaşıblar. Apreldə Fərda Qədirov Cavidan Amirov və Nadir Əliyevlə birlikdə həmin binaya gəlib və orada giriş-çıxış, cinayəti törətdikdən sonra qaçmaq yollarını, binanın 2-ci mərtəbəsindəki dəhlizin pəncərəsindən həyətə düşüb qaçmağın mümkünlüyünü müəyyən edib və törədəcəkləri cinayətdə rolları bölüşdürüblər.

Rollarının bölgüsünə görə, cinayət törədilən zaman Fərda Qədirov və Cavidan Amirov Akademiyanın binasına daxil olmalı, cinayəti törədərkən və hadisə yerindən qaçan zaman sonuncu Fərda Qədirova kömək etməli, həmin vaxt Nadir Əliyev isə pusquda dayanaraq polisin gəlməsi barədə mobil telefon vasitəsilə onlara məlumat verməli idi. Onlar cinayəti həyata keçirmək məqsədilə 30 aprel 2009-cu il tarixdə saat 9 radələrində Bakı metropoliteninin "28 May" stansiyasının çıxışı qarşısında görüşəcəklərini müəyyən ediblər.

Fərda Qədirov cinayəti niyə təkbaşına törədib?

Lakin həmin gün Cavidan Amirov və Nadir Əliyevin gəlmələrini gözləmədən Mardun Qumaşyanla planlaşdırdığı cinayəti başa çatdırmaq üçün "Makarov" tipli tapança və külli miqdarda patronla silahlanmış Fərda Qədirov saat 09:30 radələrində Neft Akademiyasının 2-ci tədris binasının giriş qapısına yaxınlaşıb. Binaya daxil olub, 6-cı mərtəbəyədək qalxaraq qarşısına çıxan tələbə və müəllimlərə atəş açaraq qarşısına çıxanları öldürmüş və yaralamışdır. Neft Akademiyasına ümumilikdə 6030 manat məbləğində əmlak ziyanı vurmuşdur.

Fərda Qədirov daha sonra polis əməkdaşlarının hadisə yerinə gəldiklərini bilib, hadisə yerindən qaçmaq imkanı olmadığından tapançadan baş nahiyəsinə atəş açaraq özünü öldürüb. Nəticədə 12 nəfəri öldürməklə və 15 nəfəri öldürməyə cəhd etməklə əhali arasında vahimə yaradıb.

Sifarişçi kimdir?

Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Mardun Qumaşyan 1951-ci ildə Marneuli rayonunun Şulaver kəndində anadan olub. Orta təhsillidir, ailəlidir, üç oğlu var, oğulları Aik və Arturla birlikdə yaşayır.

REKLAM

1991-ci ildən sonra Fərda Qədirovun atası Əsəd Qədirov bazarda alver etmək üçün Rusiyanın Moskva vilayətinin Podolsk şəhərinə mütəmadi olaraq gedib-gəlib. Bir müddət sonra anası Gülsəfa, qardaşı Şeyda və bacısı Yeganə, 2004-cü ildə isə Fərda Qədirov Podolsk şəhərinə gediblər. Həmin ilin aprelindən 2005-ci ilin dekabr ayına kimi Fərda Qədirov "Qrast-info" firmasında qəlibtökən, daha sonra 2008-ci ilin aprelində əvvəlcə "Abelina" firmasında, sonra isə işçilərinin əksəriyyəti milliyyətcə erməni olan və əvvəllər Bakı şəhərində yaşamış ermənilərin rəhbərlik etdiyi "Kovçeq" firmasında fəhlə işləyib. Fərda Qədirov uşaqlıqdan qapalı olub, heç kimlə yaxınlıq etməyib, maraq dairəsi məhdud olub. Ailə üzvləri ilə tez-tez münaqişə edən Fərda Qədirovun ermənilərlə münasibət qurması üstünlük təşkil edib.

Podolsk şəhərində yaşadığı dövr ərzində tez-tez iş yerlərini dəyişməsi, işləməyə meyilli olmaması səbəbindən ailə üzvləri ilə aralarında münaqişə baş verməyə başlayıb. Bu səbəbdən onun ailə üzvləri ilə münasibətləri tədricən soyuqlaşıb və özünəqapanma meyilliliyi artıb. Terrorçu telekanallarda dəhşətli və vahiməli döyüş səhnələri olan bədii filmlərə baxmaqla terrora maraq göstərib.

2008-ci ilin oktyabrında Fərda Qədirov səbəbini yaxınlarına bildirmədən Daştəpə kəndinə qayıdıb. Gürcüstana qayıtdıqdan sonra da Fərda Qədirov qonşular və kənddə olan qohumları ilə nadir hallarda görüşüb. 17 oktyabr 2008-ci il tarixdə silah almaq məqsədi ilə Tbilisi şəhərinə gedib və orada tanış olduğu milliyyətcə erməni olan taksi sürücüsü Serqo Qriqoryana öz məqsədini bildirib.

Həmin tarixdən noyabrın 8-nə kimi bir neçə dəfə Tbilisidə Serqo Qriqoryanla birlikdə silah mağazasında, tibbi müayinədən keçmək üçün poliklinikada, DİN-in müvafiq departamentində olub, sonuncu silah üçün lazım olan sənədlərin alınmasında ona köməklik göstərib, hətta Fərda Qədirovun əvəzindən ərizə yazıb.

Fərda Qədirov ailə üzvlərini də öldürəcəyini planlaşdırıb

Silahı aldıqdan sonra artıq 9 noyabr 2009-cu il tarixdə Fərda Qədirov "Alkatel" markalı mobil telefonuna gələcək hərəkətləri və niyyətləri barədə fikirlərini bildirməklə birinci videoyazını edib.

10 noyabr 2008-ci il tarixdə Fərda Qədirov Marneuli şəhərində fotoatelyedə silahla fotoşəkil çəkdirmiş və arxasında rus dilində "U menya kajdıy şaq smert. 10 noyabr 2008 q. Qadirov Farda" sözlərini yazıb. Videoyazılarda Fərda Qədirov ailə üzvlərinə və ümumiyyətlə bütün insanlara olan nifrətini göstərməklə insanlardan gördüyü neqativ münasibətə görə onlardan qisas alacağını bildirib.

"Terror olayından mənim xəbərim yoxdur"

Məhkəmənin hazırlıq iclasında çıxış edən təqsirləndirilən Nadir Əliyev istintaq tərəfindən dəhşətli işgəncələrə məruz qaldığını bildirdi:

"Mənim bu cinayətdə heç bir günahım yoxdur. Analar və bacılar, bunları deyirəm ki, sizlər eşidəsiz. Mən bura özümlə Quran kitabı gətirmişəm. Mən dindaram, namaz qılanam. Belə dəhşətli cinayətin baş verməsinə razı olmazdım. Fərda Qədirovun bu cinayəti planlaşdırmasından xəbərim olmayıb. And olsun bu müqəddəs kitaba ki, Akademiyada baş verən terror olayından mənim xəbərim yoxdur. Bir ildir ki, işgəncə altında qalmışam. Günahsız yerə həbs edilmişəm. Bu bir il ərzində məhkəməni gözləmişəm ki, sözümü deyim, qoy xalq da bilsin ki, bu ağır cinayətdən mənim xəbərim olmayıb. Mən nə edim ki, günahsız olduğum sübut olunsun. Əllərimi, ayaqlarımı göstərim? Görün mənə hansı işgəncələri veriblər ki, bu cinayət üstümdə qalsın. Müstəntiq işi düzgün aparmayıb, bizdən dəhşətli işgəncələr altında ifadələr alıb. Buna görə də müstəntiqin məhkəməyə çağırılmasını tələb edirəm".

"Günahım Fərda Qədirovun dayısı oğlu olmağımdır"

Digər təqsirləndirilən Cavidan Əmirov da günahsız olduğunu iddia etdi: "Mənim günahım Fərda Qədirovun dayısı oğlu olmağımdır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Ərini qətlə yetirən qadın məhkum edildi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər