Hal-hazırda Ayna qəzetinin 17.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Urmiya gölü addım-addım qurudulur
Urmiya gölü addım-addım qurudulur
Ekoloji fəlakət bölgəyə qorxunc perspektiv vəd edir
Şənbə, 17.04.2010

S.Soltan mətn ölçüsü  

İran prezidenti Mahmud Əhmədinejad ötən həftə Güney Azərbaycanın Urmiya şəhərində ikigünlük səfərdə olub. Qərbi Azərbaycan əyalətində yerli sakinlərlə görüşüb, bölgənin problemlərinin həlli, o cümlədən Urmiya gölünün qurumasının qarşısının alınacağı barədə vəd verib.

"Ayna"nın ötən sayında yazmışdıq ki, İran hökumətinin iclaslarından birində Mahmud Əhmədinejadın başçılığı altında Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradılıb. Prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhiminin dediyinə görə, bu su hövzəsi ətrafında çoxsaylı problemlər yaranıb və onları həll etmək lazımdır.

"GünAzTV"nin yaydığı xəbərdə isə bildirilir ki, Urmiya gölünün qurudulması ilə bağlı addımlar atılmaqdadır. Yaxın gələcəkdə "Venyar" adlı su anbarı işə düşəcək. Ötən 14 ildə gölün səviyyəsi 6,5 metr aşağı düşüb. Bununla belə hakimiyyət bu su hövzəsinin qurudulmasının qarşısını almaqdansa, əks fəaliyyətləri davam etdirir. Mərkəzi Təbriz olan Şərqi Azərbaycan əyalətinin məsələyə dair uyğun qurumları yeni bəndin istifadəyə veriləcəyini söyləyiblər. Yəni gölə tökülən çayların qarşısında bəndlər tikiblər. Gölə tökülən Acıçayda inşa edilən bəndin iş icraçısı Əli Mülki bəyan edib ki, bundan ötrü yetərincə maliyyə vəsaiti ayrılıb və işlərin 90 faizi artıq hazırdır. Onun sözlərinə görə, bu bənd 300 milyon kubmetr suyun tənzimlənməsi üçün nəzərdə tutulub.

İran prezidentinin məsələyə dair komissiya yaratmasını yerli müşahidəçilər "gözdən pərdə asmaq" kimi görürlər. Onların fikrincə, Mahmud Əhmədinejad prezident olduğu müddətdə Urmiyaya üçüncü dəfədir səfər edir. Azərbaycanın bu əyaləti İranın Kürdüstan bölgəsi ilə həmsərhəddir. Bu baxımdan hökumət başçısının Urmiyaya ziyarəti daha çox təhlükəsizlik mahiyyəti daşıyıb. Çünki kürdlərin yaşadığı Kürdüstan əyaləti İslam Respublikasının ən qarışıq bölgəsidir. Kürd yaraqlıları və terrorçuları ilə İran silahlı qüvvələri arasında davamlı olaraq çatışmalar baş verir.

Əhmədinejad Urmiyadan dünyaya qarşı çıxışlar etməklə bunu bir daha təsdiqlədi. Əks halda o, Qərbi Azərbaycanın mərkəzində çıxışı zamanı Urmiya gölünün qurudulmasının qarşısını alacaqları ilə bağlı konkret fikir bildirərdi.

Ümumiyyətlə, Tehran bir qayda olaraq, güney azərbaycanlılara vəd verməyə alışıb.

Xatırladaq ki, hələ 2005-ci ilin dekabrında Təbriz - Urmiya şosesi layihəsinin rəhbəri Mahmud Nəvidi bu tikinti obyektində, o cümlədən Urmiya gölünün üzərindən inşa olunacaq körpüdə işlərin gedişatı ilə maraqlanmaq üçün ərazidə olmuş və demişdi ki, layihə çərçivəsində indiyədək 49,5 milyon dollar xərclənib, layihənin 40 faizi yerinə yetirilib və bütövlükdə işlərin başa çatması üçün 115,6 milyon dollara yaxın vəsait lazımdır. M.Nəvidi qeyd emişdi ki, son zamanlar layihə maliyyə vəsaitinin çatışmazlığı ucbatından dayanmışdı.

Bununla bağlı Qərbi Azərbaycan əyaləti icra başçısı ölkə prezidentinə bu vacib nəqliyyat layihəsinin maliyyə probleminin həlli barədə müraciət edib. Onun sözlərinə görə, prezident işlərin qısa müddətdə başa çatması üçün lazımi vəsaitin ayrılması haqda göstəriş verib.

M.Nəvidi demişdi ki, hazırda tikinti işləri sürətlə gedir. Tikintinin sürətləndirilməsi üçün yol beş sahəyə ayrılıb. Ən vacib sahə Urmiya gölünün üzərində tikiləcək körpüdür. Hazırda burada daxili beton dayaqların quraşdırılması gedir. Tikinti işləri başa çatdıqdan sonra həmin yolla 17 minə yaxın avtomobil hərəkət edəcək.

Bu tikintinin iqtisadi cəhətdən önəmi böyükdür. Adı çəkilən marşrutda layihə işləri başa çatdıqdan sonra Qərbi Azərbaycanla Şərqi Azərbaycanı birləşdirən, başqa sözlə, Urmiya ilə Təbriz arasındakı yolun uzunluğu 260 km-dən 121 km-dək qısalacaq.

Mütəxəssislərin dəyərləndirməsinə əsasən, 15 illik istismar müddəti ərzində bu yol 303 milyon dollarlıq yanacaq qənaətinə səbəb olacaq.

İqtisadi faydanı düşünərkən, gölün qurumasının vuracağı ekoloji fəlakətin dəyərini də hesablamaq pis olmazdı. Özü də bunun ziyanını tək İran yox, həmhüdud ölkələr də çəkəcəklər. Bunu yaddın çıxarmayaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ölkə dəmir yoluna milyardlar yatırılacaq

Ölkə dəmiryoluna milyardlar yatırılacaq

Dəmir yol gücləndirilmiş iş rejiminə keçdi

"Duzlu göl"də çimməyə qoyulan yasaq bu il də qüvvədədir

Bakı-Tiflis-Qars dəmir yol layihəsi təxirə düşə bilər

Bölmənin digər xəbərləri
 
Nüvə iddiası iqtisadiyyatı uçuruma aparır
Bu tendensiya İran rəhbərliyi üçün yaxşı heç nə vəd etmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər