|
|
Onlar birgə konsert verəcəklər
Şənbə, 17.04.2010
|
|
Mayın 2-də Azərbaycanda tanınmış rok qruplarının iştirakı ilə rok konserti olacaq. "Bakı küləyi" adı altında həyata keçirilən konsert Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının Mədəniyyət Departamenti, "Bizim Gənclik" İctimai Birliyi və "Bakı küləyi" şirkətinin birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq. "Bakı küləyi" şirkətinin sədri Babək Əliyevin söylədiyinə görə, konsertdə Azərbaycanın "Milk & Kisses", "Meridian" və "Milan" qrupları iştirak edəcəklər. "Landmark" hotelinin "Rotonda" konsert zalında keçiriləcək rok konsert üç saat davam edəcək:
"Üç saatlıq konsert proqramında rok qruplarının hərəsi bir saatlıq çıxışla səhnədə olacaqlar. Konsertdə roksevərlərə unudulmaz bir gün vəd edirik. Konsertdə əsasən Azərbaycan dilli mahnılara üstünlük veriləcək. "Milk & Kisses" qrupu "Black Garay" qrupunun müşayiəti ilə "Uniforma"nın mahnılarını da ifa edəcəklər. Digər iki qrupun ifasında rokla xalq mahnılarının sintezi səslənəcək".
Ə.Əliyevin sözlərinə görə, hazırda konsertin yüksək səviyyədə təşkili üçün ciddi hazırlıq məşqləri aparılır: "Konsert biletlərinin qiymətini müəyyən edərkən gəncləri, tələbələri nəzərə almışıq. Biletlər 10 manat qiymətlə satışa çıxarılacaq".
Təşkilatçının dediyinə görə, biletlər iki gündən sonra artıq satışda olacaq. Sabahdan isə posterlər şəhərin mərkəzi küçələrində vurulacaq.
|
|
|
Oxşar xəbərlər:
Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb
"Mən nişanlı deyiləm"
Maykl Ceksonun keçmiş həyat yoldaşı valideynlik hüququndan imtina etdi
Orduda qəsdən adam öldürmə cinayətləri artıb
Röya tarixə düşəcək?
|
|
|