Hal-hazırda Ayna qəzetinin 17.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Rasim İsmayılovun xatirə gecəsi keçiriləcək
Şənbə, 17.04.2010

mətn ölçüsü  

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 17-də Uşaq Kino Evində Azərbaycanın görkəmli kinorejissoru və kinooperatoru, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Rasim İsmayılova həsr olunmuş xatirə gecəsi keçiriləcək. Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun məlumatına görə, tədbirdə rejissorun uşaqlar üçün çəkdiyi "Asif, Vasif, Ağasif" filminin nümayişi və filmin yaradıcı heyəti ilə görüş də keçiriləcək. Qeyd edək ki, İsmayılov Rasim Rza oğlu Ümumittifaq Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini bitirib. Yaradıcılığa 1957-ci ildə "Azərbaycanfilm" kinostudiyasında başlayıb. Televiziya animasiya filmlərinin yaradıcılarından biridir. "Danışan işıqlar", "Qırmızılar, qaralar və başqaları", "Promotey-69" və digər filmlərin müəllifidir. "Kimi daha çox sevirik" və "Dağ meşəsindən keçərkən" novellası İsmayılovun kinoda debütüdür.

Eyni zamanda o, "Yaşamaq gözəldir, qardaşım", "Yenilməz batalyon", "Torpaq, dəniz, od, səma", "Sevil", "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Gün keçdi", "Nəsimi", "Dədə Qorqud", "Dörd bazar günü", "Xoşbəxtlik qayğıları", "Sevinc buxtası və s. filmlərin quruluşçu operatorudur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Mərasimləri tənzimləməyin yolu tapılmır

Müğənnilərin avtomobili gözə gəlib

Kino ensiklopediyasının hazırlıqları başa çatır

"Qızıl Minbər"in proqramı hazırlanıb

Sənubər İsgəndərli rejissorluğa üz tutur

Bölmənin digər xəbərləri
 
Yuri Baliyev: "Onlar bu sözlərinə görə sabah cavab verəcəklərini düşünməlidirlər" Natalya Baliyeva: "Əgər bizə damdan yerə yıxılmağı əmr etsəydilər, biz yalnız "Nə vaxt?" soruşardıq"
Teatrlarımızın inkişaf etməsi, çiçəklənmə çağını yaşaması bizi sevindirməyə bilməz.

"Qabusnamə" rus dilində nəşr edilib
Yeni toplu Heydər Əliyev Fondunun təşəbbüsü ilə işıq üzü görüb

"Adım mərkəzə sağlığımda verildi"
İlhamə Quliyeva adını daşıyan mədəniyyət mərkəzində böyük layihələr həyata keçiriləcəyini deyir

Canəli Əkbərov - 70
Teatr Xadimləri İttifaqında tanınmış muğam ustadı, xalq artisti Canəli Əkbərovun 70 illik yubileyi münasibəti ilə mərasim keçirilib.

Məhəmməd Əsəd bəy haqqında film çəkiləcək
Dünya şöhrətli "Əli və Nino" romanının müəllifi, Qərb dünyasında ən məşhur azərbaycanlı sayılan Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığı ilə bağlı film çəkiləcək.

Dərbənd Teatrı Azərbaycanda qastrol səfərindədir
Dağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrı yazıçı-dramaturq Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə Azərbaycanda qastrol səfərindədir.

Qara Qarayevin baletləri Böyük Teatrın səhnəsində
Uzun illər davam edən əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayan Rusiya Akademik Böyük Teatrının əsas səhnəsində 2011-ci il fevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası artistlərinin ifasında Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunacaq.

Rok qrupları bir səhnədə
Onlar birgə konsert verəcəklər

"Sənətin Məcnunu"
Səttar Bəhlulzadənin ömür yolundan bəhs edən kitab belə adlanır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər