Dağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrı yazıçı-dramaturq Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə Azərbaycanda qastrol səfərindədir. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır. Tamaşa Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunur.
Canəli Əkbərov - 70Teatr Xadimləri İttifaqında tanınmış muğam ustadı, xalq artisti Canəli Əkbərovun 70 illik yubileyi münasibəti ilə mərasim keçirilib.
Məhəmməd Əsəd bəy haqqında film çəkiləcəkDünya şöhrətli "Əli və Nino" romanının müəllifi, Qərb dünyasında ən məşhur azərbaycanlı sayılan Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığı ilə bağlı film çəkiləcək.
Qara Qarayevin baletləri Böyük Teatrın səhnəsindəUzun illər davam edən əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayan Rusiya Akademik Böyük Teatrının əsas səhnəsində 2011-ci il fevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası artistlərinin ifasında Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunacaq.
Rasim İsmayılovun xatirə gecəsi keçiriləcəkMədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 17-də Uşaq Kino Evində Azərbaycanın görkəmli kinorejissoru və kinooperatoru, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Rasim İsmayılova həsr olunmuş xatirə gecəsi keçiriləcək.