Dünya şöhrətli "Əli və Nino" romanının müəllifi, Qərb dünyasında ən məşhur azərbaycanlı sayılan Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığı ilə bağlı film çəkiləcək. Filmin rejissoru Murad Muradovun bildirdiyinə görə, ekran işinin çəkilişlərinə bu həftə start veriləcək. Ssenari müəllifi Həsən Quliyev olan film "Adın sirri və tale" adlanır.
Filmin rejissorunun sözlərinə görə, ekran işi Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib.
"Ekran əsəri "Ritm" prodakşnda istehsal olunacaq. Belə nəzərdə tutulub ki, film hazır olandan sonra onu beynəlxalq festivallara çıxaraq. Bu səbəbdən filmdə bütün işlər beynəlxalq tamaşaçının zövqü üçün də nəzərdə tutulub", - deyə Murad Muradov bildirdi.
Rejissorun əlavəsinə görə, "Adın sirri və tale" filminin yaxın 3 ay ərzində təhvil verilməsi planlaşdırılır.
Canəli Əkbərov - 70Teatr Xadimləri İttifaqında tanınmış muğam ustadı, xalq artisti Canəli Əkbərovun 70 illik yubileyi münasibəti ilə mərasim keçirilib.
Dərbənd Teatrı Azərbaycanda qastrol səfərindədirDağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrı yazıçı-dramaturq Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə Azərbaycanda qastrol səfərindədir.
Qara Qarayevin baletləri Böyük Teatrın səhnəsindəUzun illər davam edən əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayan Rusiya Akademik Böyük Teatrının əsas səhnəsində 2011-ci il fevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası artistlərinin ifasında Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunacaq.
Rasim İsmayılovun xatirə gecəsi keçiriləcəkMədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 17-də Uşaq Kino Evində Azərbaycanın görkəmli kinorejissoru və kinooperatoru, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Rasim İsmayılova həsr olunmuş xatirə gecəsi keçiriləcək.