Hal-hazırda Ayna qəzetinin 17.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Adım mərkəzə sağlığımda verildi"
"Adım mərkəzə sağlığımda verildi"
İlhamə Quliyeva adını daşıyan mədəniyyət mərkəzində böyük layihələr həyata keçiriləcəyini deyir
Şənbə, 17.04.2010

Zəminə Rüstəmova mətn ölçüsü  

Ötən gün mətbuat konfransı keçirən xalq artisti İlhamə Quliyeva İstanbulda onun adını daşıyan Mədəniyyət Mərkəzinin açılışı barədə danışdı. Söylədi ki, 300 nəfərin qatıldığı tədbirdə maraqlı çıxışlar olub, son sözü isə səbəbkar özü deyib. Əvvəlcə fikirlərini bildirən və halallıq alan xalq artisti sonda ifası isə iştirakçıları feyziyab edib.

"Yəqin ki, mərkəzin mənim adımı daşıması xəbəri çoxlarını təəccübləndirib. Çünki adət etmişik ki, kiminsə adı harasa ölümündən sonra verilsin. Bu, mənə sağlığımda qismət oldu. Açılışdan sonra 3 həftə Türkiyədə qaldım. Sağ olsun, mərkəzin rəhbəri Sərxan Kərəmoğlu və ailəsi bizə oteldə qalmağa imkan vermədi. Bu müddətdə onun evində qonaq olmuşam. Tədbir zamanı həddindən artıq təkliflər almışam. Əvvəlcə qeyd edim ki, mərkəzdə nüfuzlu adamların gecələrinin keçirilməsi üçün müəyyən fikirlər ortaya qoymuşuq. Yaxın günlərdə həllinə başlayırıq. Konsert proqramları da keçiriləcək. Heç kimə məhdudiyyət qoymaq kimi fikrimiz yoxdur. Əgər filankəs istəsə ki, onun gecəsi təşkil edilsin, əgər məsləhətdirsə, mənim, yaxud başqasının onunla münasibətlərinin necə olmasından asılı olmayaraq, tədbir təşkil ediləcək", - deyə İlhamə xanım bildirdi.

Sözünün davamında təkliflər mövzusuna qayıdan İlhamə Quliyeva dedi ki, ona nəinki yaradıcılıq təklifləri, eyni zamanda Türkiyədə yaşamaq fikri də irəli sürülüb. Amma vətəndən kənarda yaşamağı qəbul etməyən İlhamə xanım qonşu ölkəyə sıx səfərlərinin olacağını istisna etmədi:

"Sağlamlığım imkan verdiyi qədər mərkəzdə keçirilən gecələrdə iştirak edəcəm. Eyni zamanda Türkiyənin 2 tanınmış dərnəyi mənim solo çıxışımı təşkil etmək barədə təklif ünvanlayıb. Əslində, təklif olduqca boldur. Amma hələlik ikisinin üzərində dayanmağı düşünürəm".

Toplantıda iştirak edən mərkəz rəhbəri Sərxan Kərəmoğlu bildirdi ki, tədbirin genişliyinə baxmayaraq, türk sənətçiləri ora dəvət etmək qismət olmadı. O, tezliklə Türkiyənin ünlü isimlərini mədəniyyət mərkəzində bir araya gətirməyi düşünür.

"May ayında mərkəzdə İlhamə Quliyeva adına mükafatın təqdim olunması planlaşdırılır. Bu tədbirdə həm də sənətçilərin iştirakı nəzərdə tutulur. Eyni zamanda biz tək Azərbaycandan deyil, Türkiyədən olan sənətçilərin də gecəsini təşkil etmək barədə düşünmüşük" - deyə Sərxan Kərəmoğlu bildirdi.

Sərxan Kərəmoğlu təəssüflə bir məsələyə toxundu. Dedi ki, bizim sənətçilər Türkiyədə çox "şımarlılar". Yəni burada türk ulduzların kaprizlərini görəndə onlar da orada kaprizli olmağa çalışırlar. Bu isə birmənalı qarşılanmır:

"Əslində, türk ulduzlar biri-biriləri ilə çox mehribandırlar. Onlar tez-tez bir araya gəlir, mehribanlıq nümayiş etdirirlər. Ona görə də başqa birinin kaprizini görəndə qəbul etmirlər. Amma türkiyəlilər bizim sənətkarların əksəriyyətini çox yaxşı tanıyırlar. Bəzi yeni müğənniləri isə, əlbəttə ki, tanıya bilməzlər" - deyə o bildirdi. Sonda İlhamə Quliyeva adına Mədəniyyət Mərkəzinin Ankara filialının açılacağı məlum oldu.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İlhamə Quliyeva xeyirxah pəri obrazında

Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının Azərbaycana səfəri gözlənir

Nizami Cəfərov: ""Mədəniyyət haqqında" qanunda əsaslı düzəlişlər ediləcək"

İlhamə Quliyeva ANS-də teleaparıcı olacaq

Bölmənin digər xəbərləri
 
Yuri Baliyev: "Onlar bu sözlərinə görə sabah cavab verəcəklərini düşünməlidirlər" Natalya Baliyeva: "Əgər bizə damdan yerə yıxılmağı əmr etsəydilər, biz yalnız "Nə vaxt?" soruşardıq"
Teatrlarımızın inkişaf etməsi, çiçəklənmə çağını yaşaması bizi sevindirməyə bilməz.

"Qabusnamə" rus dilində nəşr edilib
Yeni toplu Heydər Əliyev Fondunun təşəbbüsü ilə işıq üzü görüb

Canəli Əkbərov - 70
Teatr Xadimləri İttifaqında tanınmış muğam ustadı, xalq artisti Canəli Əkbərovun 70 illik yubileyi münasibəti ilə mərasim keçirilib.

Məhəmməd Əsəd bəy haqqında film çəkiləcək
Dünya şöhrətli "Əli və Nino" romanının müəllifi, Qərb dünyasında ən məşhur azərbaycanlı sayılan Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığı ilə bağlı film çəkiləcək.

Dərbənd Teatrı Azərbaycanda qastrol səfərindədir
Dağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrı yazıçı-dramaturq Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə Azərbaycanda qastrol səfərindədir.

Qara Qarayevin baletləri Böyük Teatrın səhnəsində
Uzun illər davam edən əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayan Rusiya Akademik Böyük Teatrının əsas səhnəsində 2011-ci il fevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası artistlərinin ifasında Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunacaq.

Rasim İsmayılovun xatirə gecəsi keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 17-də Uşaq Kino Evində Azərbaycanın görkəmli kinorejissoru və kinooperatoru, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Rasim İsmayılova həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Rok qrupları bir səhnədə
Onlar birgə konsert verəcəklər

"Sənətin Məcnunu"
Səttar Bəhlulzadənin ömür yolundan bəhs edən kitab belə adlanır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər