Hal-hazırda Ayna qəzetinin 17.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Qabusnamə" rus dilində nəşr edilib
"Qabusnamə" rus dilində nəşr edilib
Yeni toplu Heydər Əliyev Fondunun təşəbbüsü ilə işıq üzü görüb
Şənbə, 17.04.2010

Xatun mətn ölçüsü  

Heydər Əliyev Fondu Şərq ölkələrinin bir çoxunda tanınan və məşhur olan "Qabusnamə" kitabını rus dilində nəşr edib. Fonddan bildirilib ki, tərbiyə və etikanın vacib məsələlərini əhatə edən kitab yüzilliklər boyu müdrik məsləhətləri ilə aktuallığını qoruyub saxlayıb. 1082-1083-cü illərdə Gilan dövlətinin hakimi Keykavuc tərəfindən yazılmış "Qabusnamə" orta yüzillərdə Azərbaycan hökmdarlarının, din xadimlərinin, elm adamlarının, müəllimlərin masaüstü kitabı olub. O çağlar hər bir savadlı və mədəni insanın ailəsində qorunub saxlanan kitab gənc nəslin tərbiyəsində mühüm rol oynayıb, nəsildən-nəslə ötürülən mənəviyyat qaynağı və əxlaq dərsliyi kimi qiymətləndirilib. Rus oxucusuna təqdim olunan "Qabusnamə" Şərq və onunla qırılmaz tellərlə bağlı olan Azərbaycan mədəniyyəti, tarixi, fəlsəfəsi haqqında təsəvvür yaratmağa imkan yaradır. Rəngli illüstrasiya və nəfis tərtibatlı kitab 1000 tirajla nəşr edilib. Xəbərdə bildirilir ki, "Qabusnamə" Heydər Əliyev Fondunun müxtəlif səpkili nəşrlər guşəsini zənginləşdirib:

"Fondun dəstəyi ilə müxtəlif dillərdə Azərbaycan həqiqətlərindən, Qarabağ müharibəsinin əsl mahiyyətindən bəhs edən kitablarla yanaşı, milli-mənəvi qaynaqlarımız, tarixi keçmişimiz, tanınmış şəxsiyyətlər haqqında nəşr olunan kitabları gənc oxucu auditoriyası üçün zəngin mənbə hesab etmək olar. Fond Azərbaycanın klassik yazıçılarının, tədqiqatçı alimlərin əsərlərini müxtəlif dillərdə nəşr etdirir, xarici ədəbiyyat nümunələrinin dilimizə çevrilərək nəşrinə dəstək verir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Taxıl fonduna ehtiyat məhsul yığılacaq

Bazara yeni istiqrazlar buraxılacaq

KİV-ə Dəstək Fonduna müraciətlərin qəbulu bitdi

Hərbyönlü QHT Müdafiə Nazirliyindən şübhələnir

BDU-nun tarixindən bəhs edən kitab çap olunub

Bölmənin digər xəbərləri
 
Yuri Baliyev: "Onlar bu sözlərinə görə sabah cavab verəcəklərini düşünməlidirlər" Natalya Baliyeva: "Əgər bizə damdan yerə yıxılmağı əmr etsəydilər, biz yalnız "Nə vaxt?" soruşardıq"
Teatrlarımızın inkişaf etməsi, çiçəklənmə çağını yaşaması bizi sevindirməyə bilməz.

"Adım mərkəzə sağlığımda verildi"
İlhamə Quliyeva adını daşıyan mədəniyyət mərkəzində böyük layihələr həyata keçiriləcəyini deyir

Canəli Əkbərov - 70
Teatr Xadimləri İttifaqında tanınmış muğam ustadı, xalq artisti Canəli Əkbərovun 70 illik yubileyi münasibəti ilə mərasim keçirilib.

Məhəmməd Əsəd bəy haqqında film çəkiləcək
Dünya şöhrətli "Əli və Nino" romanının müəllifi, Qərb dünyasında ən məşhur azərbaycanlı sayılan Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığı ilə bağlı film çəkiləcək.

Dərbənd Teatrı Azərbaycanda qastrol səfərindədir
Dağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrı yazıçı-dramaturq Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə Azərbaycanda qastrol səfərindədir.

Qara Qarayevin baletləri Böyük Teatrın səhnəsində
Uzun illər davam edən əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayan Rusiya Akademik Böyük Teatrının əsas səhnəsində 2011-ci il fevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası artistlərinin ifasında Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunacaq.

Rasim İsmayılovun xatirə gecəsi keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 17-də Uşaq Kino Evində Azərbaycanın görkəmli kinorejissoru və kinooperatoru, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Rasim İsmayılova həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Rok qrupları bir səhnədə
Onlar birgə konsert verəcəklər

"Sənətin Məcnunu"
Səttar Bəhlulzadənin ömür yolundan bəhs edən kitab belə adlanır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər