Hal-hazırda Ayna qəzetinin 10.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Erməni sərhədçilərin oğurluq əməlləri
Onların Marneuli kəndlərindən mal-heyvan oğurluğu adi haldır
Şənbə, 10.04.2010

Eldəniz mətn ölçüsü  

Dünən səhər saatlarında Marneuli rayonunun Ermənistanla sərhədində azərbaycanlıların yaşadığı Burma kənd sakini Mehralı Şamilova məxsus 8 baş mal-qara erməni sərhədçilər tərəfindən saxlanıb. Bu barədə "Ayna"ya "Sadaxlı Dirçəliş İttifaqı"nın sədri Sabir Mehtiyev məlumat verib. Məlumata görə, erməni sərhədçilər mal-qaranın Ermənistan tərəfinə keçdiyini iddia edirlər. Kənd sakinləri isə bu iddianın əsassız olduğunu qeyd edərək, mal-qaranın qaytarılmasını istəyirlər.

S.Methiyev bildirib ki, hadisə barədə Gürcüstan sərhədçilərinə məlumat verilib. Azərbaycanın Gürcüstandakı səfirliyi də faktla əlaqədar məlumatlandırılıb. Səfirlik baş verənlərlə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin gürcü sərhədçilər öz dövlət ərazilərinə sahib çıxmağa tərəddüd ediblər. Bundan hiddətlənən 30-a yaxın kənd sakini Ermənistan-Gürcüstan sərhəd məntəqəsində toplaşaraq, gürcü sərhədçilərin onların yaşadıqları ərazilərə nəzarət etmədiklərinə görə narazılıqlarını bildiriblər.

S.Mehtiyevin fikrincə, gürcülərin səhlənkarlığından istifadə edən erməni sərhədçilər tez-tez azərbaycanlıların yaşadıqları kəndlərin ərazilərindən mal-qaranı həyasızcasına yığıb aparırlar.

S.Mehtiyev bildirib ki, günün ikinci yarısında Burma kənd sakinlərinin şikayəti Gürcüstan dövləti tərəfindən təmin olunub və aparılmış mal-qara sahibinə qaytarılıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Juliksiniz, oğrusunuz, camaatın pulunu basıb yeyirsiniz..."

Çinli öz soydaşını oğurlayaraq pul tələb edib

Bankomatlardan pul oğruları

Diplom və mal-qara

Bölmənin digər xəbərləri
 
TU tələbələri kütləvi davada iştirak etməyib
Yayılan xəbərlər rektorluğu narahat edib

Eynulla Fətullayevin məhkəməsi başladı
Təqsiri sübuta yetirilsə, onu daha 3 il həbs gözləyir

Marketlərdə monitorinqlər davam etdirilir
Bu ilin I rübündə Azərbaycanda 158,5 ton keyfiyyətsiz ərzaq məhsulu satışdan çıxarılıb

Hərbi şəhərciklər boşaldılacaq
Əli Həsənov: "Ailələrinin yeni ərazilərə köçürülməsi üçün torpaq sahələri ayrılıb"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər