Hal-hazırda Ayna qəzetinin 10.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
TU tələbələri kütləvi davada iştirak etməyib
Yayılan xəbərlər rektorluğu narahat edib
Şənbə, 10.04.2010

S.Abbas mətn ölçüsü  

"Kütləvi informasiya vasitələrində APA-ya istinadən Texniki Universitetin tələbələri arasında kütləvi dava olduğu barədə informasiya yayılıb. Burada göstərilir ki, aprelin 7-də axşam saatlarında 10-15 nəfərin iştirak etdiyi davada 4 nəfər bıçaqlanıb. Onlardan ikisi - Nahid Mirzəyev və Əli Qasımov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Bildirmək istəyirik ki, adları göstərilən bu şəxslərin heç biri Azərbaycan Texniki Universitetində təhsil almır".

APA-nın məlumatına görə, bu sözlər Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Havar Məmmədovun imzası ilə APA-ya daxil olan məktubdandır.

Məktubda bildirilir ki, hüquq-mühafizə orqanları ilə yaradılan əlaqədən o da məlum olub ki, davada AzTU-nun heç bir tələbəsi iştirak etməyib: "Əlavə məlumat üçün bildiririk ki, universitetimizdə təhsil birnövbəlidir və tədris prosesi saat 14:00-da başa çatır".

Qeyd edək ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumatda aprelin 7-si axşam saatlarında 28-ci polis bölməsinin ərazisində 10-15 tələbənin iştirakı ilə baş verən davada 4 nəfərin bıçaqlandığı bildirilib. Onlardan ikisi - 22 yaşlı Nahid Mirzəyev və 21 yaşlı Əli Qasımov ağır bıçaq xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Polisdən bildirilib ki, kütləvi davada iştirak edənlərin əksəriyyəti Azərbaycan Texniki Universitetinin tələbələridir.  


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Polis zabitini öldürmək istəyənə hökm oxundu

Elnur Məmmədli polisdə!

Tələbə adını qazananların siyahısı üç gündən sonra açıqlanacaq

Terror barədə daha iki yalan məlumat

Polisə müqavimət göstərən zərərsizləşdirildi

Bölmənin digər xəbərləri
 
Eynulla Fətullayevin məhkəməsi başladı
Təqsiri sübuta yetirilsə, onu daha 3 il həbs gözləyir

Marketlərdə monitorinqlər davam etdirilir
Bu ilin I rübündə Azərbaycanda 158,5 ton keyfiyyətsiz ərzaq məhsulu satışdan çıxarılıb

Hərbi şəhərciklər boşaldılacaq
Əli Həsənov: "Ailələrinin yeni ərazilərə köçürülməsi üçün torpaq sahələri ayrılıb"

Erməni sərhədçilərin oğurluq əməlləri
Onların Marneuli kəndlərindən mal-heyvan oğurluğu adi haldır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər