Hal-hazırda Ayna qəzetinin 10.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ureki: "Rumıniya Azərbaycana yardımçı ola bilər"
Ureki: "Rumıniya Azərbaycana yardımçı ola bilər"
Rumıniyanın Azərbaycandakı səfiri NATO-nun yeni strategiyasından danışıb
Şənbə, 10.04.2010

Cəsur Məmmədov mətn ölçüsü  

Bunu dünən Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureki bəyan edib (APA). O bildirib ki, münaqişə ümumilikdə bütün bölgəyə təsir göstərir: "İstənilən münaqişə fəlakət deməkdir və NATO bu problemin yalnız dinc yolla həllini istəyir. Alyans danışıqlar prosesinə birbaşa müdaxilə etmir, çünki bu proses ATƏT Minsk Qrupu çərçivəsində gedir".

Səfir əlavə edib ki, NATO həm Azərbaycan, həm də Ermənistanla balanslaşdırılmış şəkildə əməkdaşlıq edir, çünki hər iki ölkə alyansın tərəfdaşıdır.

N.Ureki həmçinin qeyd edib ki, NATO-nun yeni strateji konsepsiyası 21-ci əsrdə təhlükəsizliyin təminatı və möhkəmləndirilməsinə xidmət edir. N.Ureki NATO-nun Azərbaycan üzrə əlaqələndirici səfirliyinin rəhbəri qismində alyansın tərəfdaş ölkələrlə əməkdaşlıq strategiyası haqqında məlumat verib. Diplomat deyib ki, hərbi-siyasi blokun siyasəti kollektiv təhlükəsizlik, həmrəylik, demokratiya, qanunun aliliyi və insan haqlarına dəstək prinsiplərinə əsaslanır: "Reallıq göstərir ki, heç kim təklikdə təhlükəsizliyi təmin edə bilməz".

Səfirin sözlərinə görə, Rumıniya Azərbaycanın NATO qarşısındakı öhdəliklərini yerinə yetirməsində ona yardımçı ola bilər. Sualları cavablandıran N.Ureki bəyan edib ki, NATO-ya üzv olan ölkə öz ordusunu alyansın standartlarına uyğunlaşdırmaq üçün böyük vəsait sərf etməlidir.

N.Ureki "Nabucco" layihəsinin taleyi barədə də fikirlərini bölüşüb. Onun sözlərinə görə, sözügedən layihə Avropaya qaz nəqlində əsas layihə olub və olacaq.

"Azerbaiyan - Georgia - Romania Interconnection" layihəsi "Nabucco" ilə rəqabət aparmır" deyən səfir "Nabucco" layihəsinin bir sıra ölkələr tərəfindən ratifikasiya olunduğunu xatırladıb və bildirib ki, bu layihənin reallaşması barədə qərarı konsorsium qəbul edəcək:

"Layihənin bu günə kimi reallaşmamasına səbəb maliyyə çatışmazlığıdır. Ümidvarıq ki, "Nabucco" layihəsi planlaşdırıldığı kimi gələn il reallaşmağa başlayacaq. "AGRI" layihəsi "Nabucco"ya rəqib deyil, alternativ layihədir. Avropaya enerji resursları ilə təminata dair alternativ layihələr lazımdır. Bu, mavi yanacağın kifayət qədər yüksək olan qiymətinin aşağı düşməsinə səbəb olardı".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

NATO-nun yeni siyasəti Azərbaycanın maraqlarına cavab verirmi?

Robert Simmons: "Azərbaycan NATO-ya üzv ola bilər"

İşıq pulunu ödəmək vaxtı uzadıldı

"Azərbaycan Avropa Birliyinin enerji tərəfdaşına çevrilir"

Bölmənin digər xəbərləri
 
Ölkəmizdən 4 narkotik tranzit xətti keçir
BMT bu marşrutlardan üçünü tanıyır, birini yox

NATO ekspertləri Bakıya gəlir
NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (İPAP) üzrə ekspert qrupu Azərbaycana səfər edəcək.

"Parlamentdə ordu ilə bağlı dinləmələr keçirilsin"
Koalisiya SQ-də neqativ hallara dair mətbuat konfransı keçirdi

Sabiqlərin AMİP-ə axını...
Əli Orucov bir neçə sabiq deputat və tanınmış simanın milli-istiqlalçı olacağını vəd edir

Namət Əliyevin deputat postunda kim oturub?
Strasburq məhkəməsi 2005-ci ildə Bərdə seçki dairəsində parlament seçkilərinin saxtalaşdırıldığını müəyyən edib

Ştefan Füle əminliklə danışır:
"Yaxın zamanlarda Qarabağ danışıqlarında nəticə olacaq"

Qərb mediası islamafobiya yaradır
"İslam terroru" ifadəsi müsəlmanlara inamsızlıq doğurur

Azərbaycan rəsmi Yerevanın cavabını gözləyir
İlham Əliyev: "İndi növbə Ermənistanındır - vasitəçilərin son təklifini qəbul edirlər, yoxsa yox?"

Xarici işlər nazirlərimiz telefonla danışıblar
Davudoğlu və Məmmədyarov arasında "erməni mövzusunda" fikir mübadiləsi olub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər