Hal-hazırda Ayna qəzetinin 10.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Bülənt Ərsoydan İlhamə Quliyevaya məktub
Bülənt Ərsoydan İlhamə Quliyevaya məktub
Azərbaycanlı sənətçi ilə bir səhnəni bölüşməyi arzulayır
Şənbə, 10.04.2010

Zəminə Rüstəm mətn ölçüsü  

Bu günlərdə İstanbuldakı otellərin birində İlhamə Quliyeva adına Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Bu barədə danışan Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva bildirib ki, açılış mərasimində mərkəzin direktoru Sərxan Kərəmoğlu çıxış etdikdən sonra hər iki ölkənin dövlət himni səsləndirilib. Daha sonra Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran açılış lentini kəsib. Tədbirdə iştirak edən Türkiyə və Azərbaycanın nüfuzlu ictimai-siyasi xadimləri, bir sıra iş adamları və incəsənət xadimləri İlhamə xanımı mərkəzin açılışı münasibəti ilə təbrik ediblər, ən xoş arzularını çatdırıblar. Türkiyənin TMB kanalının rəhbəri Naim Burak Elçi çıxış edərək bildirib ki, mərkəz tez bir zamanda öz sözünü deyəcək, Türkiyə və Azərbaycanda nüfuzlu mədəniyyət ocağı kimi yerini tapacaq.

Xeyli insanın iştirak etdiyi tədbirdə mərkəzin ayrıca binasının olması təklifi irəli sürülüb. Konsertdə olduğu üçün açılışda iştirak edə bilməyən müğənni Bülənt Ərsoyun nümayəndəsi təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, məktubunda mərkəzdə İlhamə xanımla ortaq konsert verməyi arzuladığını bildirib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan və Türkiyə birliyinə verdiyi qiyməti özündə əks etdirən şeiri isə Aybəniz Güllər oxuyub. Mərasim İlhamə Quliyevanın çıxışı ilə yekunlaşıb. O, özünün hit mahnılarını ifa edib.

Qeyd edək ki, hazırda İstanbulda olan İlhamə xanım Türkiyənin bir sıra kanallarına dəvət alıb, nüfuzlu verilişlərin qonağı kimi iştirak edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İlhamə Quliyeva xeyirxah pəri obrazında

Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının Azərbaycana səfəri gözlənir

Nizami Cəfərov: ""Mədəniyyət haqqında" qanunda əsaslı düzəlişlər ediləcək"

İlhamə Quliyeva ANS-də teleaparıcı olacaq

Bölmənin digər xəbərləri
 
"Məni heç kim Gürcüstana qaytara bilmədi"
Manana deyir ki, həyat yoldaşı ona görə burada yaşayır

Nadir Qafarzadə - fotomodel
O, şirkətlərdən birinin siması ola bilər

Namiq Qaraçuxurlu xəbərdarlıq etdi
"Oksana Rəsulova adımı hallandırmasın!"

Səməd Səmədovun ifasına Amerika, İsrail və Kanadada tələbat var
Onun diski Amerika bazarına çıxarılacaq

Yeganə toy hazırlığındadır
Qız toyu Bakıda, bəy toyu İstanbulda olacaq

"Aşkı memnu"nun qəhrəmanı universitetdən qovuldu
Beren Saat peşman olmadığını deyir

Cim Kerri və Cenni Makkarti ayrıldılar
Onlar 5 illik münasibətlərinə son qoydular



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər