Hal-hazırda Ayna qəzetinin 10.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Gümüşü qızıla çevirə bilmədi
Gümüşü qızıla çevirə bilmədi
Avropa çempionatında ikinci olan Zülfüqar Süleymanov bu dəfə üçüncü oldu
Şənbə, 10.04.2010

Kərim Nəsrullah mətn ölçüsü  

Belarusun paytaxtı Minskdə ağır atletika üzrə Avropa çempionatı başlanıb. Qitə birinciliyində ölkəmizin idman şərəfini baş məşqçi Yanko Rusevin rəhbərliyi altında 3 atletimiz qoruyur: Zülfüqar Süleymanov (62 kq), Sərdar Həsənov (69 kq) və Pərvin Fətullayev (94 kq).

Yarışda iştirak edən Azərbaycan idmançılarından podiuma əvvəlcə Zülfüqar Süleymanov çıxıb. O, iki hərəkətin cəminə görə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Birdənqaldırmada 132 kq çəkinin öhdəsindən gələn atletimiz təkanla 162 kq çəkini ram edib. İki hərəkətin cəminə görə 294 kq nəticə göstərən Zülfüqar Süleymanov çempion - türkiyəli Erol Bilgindən 10 kq (139+165), gümüş mükafatçı, rumıniyalı Antoniu Bucidən (135+165) isə 6 kq az qaldırıb. Xatırladaq ki, 1 il əvvəl Budapeştdə keçirilən bənzər yarışda cəmi 285 kq (125+160) qaldıran Zülfüqar Süleymanov gümüş medal qazanmışdı. я Yarışın ikinci günü, Zülfüqarın ardınca Sərdar Həsənov da mükafatçılar sırasına düşməyə cəhd göstərsə də, səyləri uğursuz bitib. Birdənqaldırmada 135 kq ştanqı başı üzərinə qaldıran Sərdar təkanla qaldırmada 167 kq ağırlığın öhdəsindən gəlib. Beləliklə, o, 302 kq nəticə ilə qitə çempionatını 5-ci yerdə başa vurub. Qızıl medal rumın atleti Ninel Nikulesku (333 kq), gümüş isə rusiyalı Mixail Qobevə (319 kq) nəsib olub. Türkiyəli atlet Mete Binay isə (314 kq) bürünc medala sahib çıxıb.

Sonuncu iştirakçımız Rəvan Fətullayev körpücük üzərinə bu gün çıxacaq.

Ağırlıqqaldırma üzrə ikiqat dünya çempionumuz Nizami Paşayev Avropa çempionatına yollansa da, yarışda çıxış etmir. Azərbaycan Ağır Atletika Federasiyasından aldığımız məlumata görə, N. Paşayev qitə çempionatına yığmanın baş məşqçisi Yanko Rusevin köməkçisi qismində yollanıb. Hazırda yeniyetmələrdən ibarət yığma komandaya başçılıq edən Nizami Paşayev daha mötəbər yarış sayılan və 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya verən dünya çempionatında mübarizə aparmaq niyyətindədir. Avropa çempionatı isə perspektivli idmançılarımızı yoxlamaq baxımından əhəmiyyətlidir.

Xatırladaq ki, baş məşqçi Yanko Rusev də əsas diqqəti sentyabrın 18-dən 30-dək Türkiyənin Antalya şəhərində təşkil olunacaq dünya çempionatına yönəltməyi düşünür: "Avropa çempionatında 3 atletimiz çıxış edir. Dünya çempionatında isə 10 atletimiz mübarizə aparacaq. Əsas məqsəd 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli ilk dünya çempionatında uğurla çıxış etməkdir. Bu il Antalyada, gələn il isə Parisdə dünya çempionatlarında layiqli nəticələr göstərərək, qarşıdakı olimpiadaya kişilər üçün nəzərdə tutulan 6 lisenziyanın hamısını qazanmaq niyyətindəyik".



 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Hələ ki medal yoxdur

Qayıdışı uğurlu alındı

Bölmənin digər xəbərləri
 
Avropanın ən güclüləri Bakıda
İki gündən sonra paytaxtımızda güləş üzrə qitə birinciliyi başlayır

Prinsipial matç Ağdamda olacaq
XXVII turla həlledici mərhələnin birinci dövrəsi başa çatacaq

Sərxoş boksçu Azərbaycan yığmasından qovuldu
Boks üzrə 2005-ci il dünya çempionatının gümüş mükafatçısı Elçin Əlizadə və 2007-ci il dünya çempionatının bürünc mükafatçısı Samir Məmmədov Azərbaycan milli komandasından qovulublar.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər