Mədəniyyət və Turizm Nazirliyi rayon mədəniyyət və turizm şöbələri ilə birlikdə aprelin 12-də Qəbələ rayonunda, aprelin 13-də isə Ağdaş rayonunda yaradıcılıq görüşləri keçirəcək. Məqsəd kənd əhalisinə mədəni xidmətin yüksəldilməsi, mədəni həyatın canlandırılması, yaradıcı insanlarla mütəmadi olaraq görüşlərin keçirilməsi, mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsidir. Mədəniyyət və Turizm Nazirliyi mətbuat əlaqələndiricisinin xəbərinə görə, tədbirdə iştirak etmək üçün nazirliyin əməkdaşları Oqtay Muxtarov, Almaz Sultanzadə, xalq artisti, rəqqasə Cəmilə Bayramova, əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurov, əməkdar artist, aktyor Əli Nur, "Niyyət" bədii filminin rejissoru Samir Kərimoğlu və aktyor Fuad Axundov, habelə xanəndələr Zakir Əliyev və Almaz Orucova, müğənni Cəlal Abbasov, musiqiçilər Kamal Nuriyev, Fariz Hüseynov Qəbələ və Ağdaş rayonlarına ezam ediləcəklər.
|