Hal-hazırda Ayna qəzetinin 10.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
KVN Teatrı yerli ulduzlarla dünya ulduzlarını bir səhnədə görüşdürdü
KVN Teatrı yerli ulduzlarla dünya ulduzlarını bir səhnədə görüşdürdü
Al Banonun ürəyi səhnədəcə dayanıb
Şənbə, 10.04.2010

Xatun mətn ölçüsü  

Heydər Əliyev Sarayında "Planet Parni iz Baku" KVN Teatrının "Ağ-qara" adı altında 4 günlük yeni proqramları təqdim edilib. Proqram Milli Məclis sədrinin birinci müavini mərhum Afiyəddin Cəlilovun xatirəsinə ithaf edilib. İkisaatlıq proqramda teatr kollektivinin ifasında hazırlanan tam yeni nömrələrdə maraqlı məqamlar diqqət çəkib.

İlk səhnə Tahir İmanovun yerli telekanallardan birində yayımlanan "Günəbaxan" verilişinin aparıcısı Turan İbrahimovun parodiyası olub. Proqram yerli televiziyalardakı verilişlərin, eləcə də xəbərlər proqramının bir neçəsinin aparıcılarının parodiyası ilə davam edib. Teatr kollektivinin ifasında AzTV, ANS, Xəzər telekanallarında yayımlanan bəzi verilişlər özünəməxsus şəkildə tamaşaçıların diqqətinə çatdırılıb.

Proqramda xüsusi diqqət çəkən nömrələrdən biri yerli müğənnilərin dünyanın tanınmış ulduzları ilə eyni səhnəni paylaşması olub. Bu zamana kimi müğənnilərimizin ürəyində qalan bu arzunu qeyri-real olsa da, KVN Teatrı həyata keçirib. Niyaməddin Musayevin dünyanın məşhur "Deep Purple" qrupu ilə, İlqar Muradovun, Rəhim Rəhimlinin "Lyube" qrupu ilə, Cavanşir Məmmədovun "Eniqma" ilə, Elza Seyidcahanın Al Bano ilə, Sevda Ələkbərzadənin isə Lənkəran nənələri ilə səhnəni paylaşması və duet ifa etməsi çox maraqla qarşılanıb. Elza Seyidcahan Al Banonun çox məşhur "Feliçita" mahnısını oxuyarkən Al Banonun elə səhnədəcə ürəyinin dayanması isə tamaşaçıların alqışları ilə qarşılanıb.

Parodiya edilən müğənnilər arasında cazmen Cavan Zeynallı da olub. Teatrın bədii rəhbəri Tahir İmanovun öncədən də dediyi kimi, KVN Teatrı kollektivinin ifasında parodiya edilənlər arasında Azərbaycanın, eləcə də digər ölkələrin dövlət rəsmiləri də olub. Bu sırada Azərbaycanın dövlət başçısı İlham Əliyev, Rusiyanın baş naziri Vladimir Putin, Ermənistanın prezidenti Serj Sarqsyan, Moskva meri Yuri Luşkov, Bakı meri Hacıbala Abutalıbov, "Azal" Şirkətinin prezidenti Cahangir Əsgərov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və Dövlət Yol Polisi əməkdaşları maraqlı şəkildə parodiya olunub.

İlk dəfə olaraq məhz KVN Teatrının ifasında "avtomobillərin toyu" təşkil olunub. Hər zaman olduğu kimi KVN Teatrı proqramını "Məhəllə" nömrəsi ilə yekunlaşdırıb. Bu nömrənin sonunda isə Tahir İmanov yaratdığı obraz vasitəsi ilə bütün Azərbaycan xalqına müraciət edib. O, azərbaycanlıları Vətəni bölməməyə, yerliçilik sindromundan qaçmağa, "yeraz" ifadəsini isə unutmağa çağırıb.

Proqramda 9 il fasilədən sonra Azər Məmmədzadənin səhnəyə qayıdışı sevindirici məqamlardan biri olub. İkisaatlıq proqramda nümayiş olunan nömrələrdə əməkdar artist Elçin Həmidov, aktyorlar Bəhram Bağırzadə, Tahir və Cabir İmanovlar, Azər Məmmədzadə və başqaları çıxış ediblər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Milli teatr Türkiyə səfərindən qayıtdı

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir

Amaliya Pənahova: "Uşaqlar teatr estetikası ilə böyüməlidir"

Röya 4 gün oxuyacaq

Firəngiz Mütəllimova: "Firəngiz yatdım, Gülnar oyandım"

Bölmənin digər xəbərləri
 
Əbülfəs Qarayev: "Əgər Azərbaycanın tarixi abidəsi məhv olursa ...
bu tək bizim yox, bütün islam dünyasının ağrısı olmalıdır"

Aşıqlar festivaldan qayıtdı
Proqramda zurna alətinin solo ifasına yer ayrılıb

Azərbaycanlı müəllifin romanı Türkiyədə ekranlaşdırılacaq
Filmin maliyyə büdcəsini qarşı tərəf öz üzərinə götürüb

Moskvada Azərbaycan muğam axşamı
Moskvada Qlinka adına Musiqi Mədəniyyəti Mərkəzi Dövlət Muzeyində Azərbaycanın Rusiya səfirliyi və Heydər Əliyev Fondu Moskva nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan muğam axşamı keçirilib.

Cəfər Cabbarlının romanı tapılıb
Azərbaycan ədəbiyyatının görkəmli ismi, böyük dramaturq Cəfər Cabbarlının indiyədək heç yerdə adı açıqlanmayan romanı üzə çıxıb.

Gənc Musiqiçilərin XIX Beynəlxalq Festivalı keçiriləcək
Aprelin 7-dən 11-nə qədər Litvanın Kaunas şəhərində Gənc Musiqiçilərin XIX Beynəlxalq Festivalı keçiriləcək. Həmin festivalda Azərbaycanı iki istedadlı yeniyetmə təmsil edəcək.

Azərbaycanda Qırğızıstan Mədəniyyət Günləri keçiriləcək
Bu il ərzində Azərbaycanda Qırğızıstan Mədəniyyət Günləri keçiriləcək.

Azərbaycanda Qırğızıstan Mədəniyyət Günləri keçiriləcək
Bu il ərzində Azərbaycanda Qırğızıstan Mədəniyyət Günləri keçiriləcək.

Dostoyevskidən yeni tərcümə
"Karamazov qardaşları" dilimizdə danışdılar

Kənd adamları da unudulmasın
Sənət adamları Qəbələ və Ağdaşa yollanacaq

Region teatrları gənc aktyorlar üçün cəlbedici deyil
Onlar bunun səbəblərini açıqlayıb

Tünzalə Ağayeva: "Solo konsertim buna bənzər layihələrdən xeyli fərqlənəcək"
Əməkdar artist Tünzalə Ağayeva suallarımızı cavablandırır:

Yaponiya səfiri Dillər Universitetində oldu
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki "Mədəniyyətlərarası dialoq" proqramı çərçivəsində aprelin 8-də Azərbaycan Dillər Universitetində oldu. Cənab



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər