Hal-hazırda Ayna qəzetinin 10.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Cəfər Cabbarlının romanı tapılıb
Cəfər Cabbarlının romanı tapılıb
Şənbə, 10.04.2010

mətn ölçüsü  

Azərbaycan ədəbiyyatının görkəmli ismi, böyük dramaturq Cəfər Cabbarlının indiyədək heç yerdə adı açıqlanmayan romanı üzə çıxıb. Bu barədə dramaturqun nəvəsi, Cəfər Cabbarlı ev muzeyinin baş elmi işçisi Qəmər Seyfəddinqızı məlumat verib. Onun sözlərinə görə, "Kazım bəy" adlanan bu romanı Cabbarlı 13 yaşı olanda yazmağa başlayıb. Lakin tamamlamayıb. Ərəb əlifbası ilə yazılan romanın əlyazması Teatr Muzeyində saxlanır. Dramaturqun ilk və son romanı olduğu güman edilən bu əsər üzərində hazırda elmi araşdırma aparılır.

Onu da qeyd edək ki, ilk dəfə 10 il bundan öncə təsis edilən Cəfər Cabbarlı mükafatının təqdimat mərasiminin vaxtı məlum olub. Tədbir aprelin 16-da Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq. Bu barədə Cəfər Cabbarlı ev muzeyinin baş elmi işçisi, dramaturqun nəvəsi Qəmər Seyfəddinqızı bildirib. Onun sözlərinə görə, həmin gün mükafat qaliblərinin adları açıqlanacaq və onlar fəxri diplomlarla təltif olunacaqlar. Qaliblər kino xadimi, rejissor, aktyor işi, bəstəkar, publisist və digər nominasiyalar üzrə müəyyənləşib. Tədbirdə dramaturqun yaradıcılığına da nəzər salınacaq, şeirləri, əsərlərindən parçalar ifa olunacaq. Qeyd edək ki, mükafat Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi və Cəfər Cabbarlı ev-muzeyi tərəfindən təsis olunub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Eurovision"a namizədlər "Yol" romanının vokallarını oxuyublar

"Almaniyanın romantik şəhərləri"

Elxan Xanəlizadə romanını iki versiyada təqdim edib

Azərbaycanlı müəllifin romanı Türkiyədə ekranlaşdırılacaq

Bölmənin digər xəbərləri
 
Əbülfəs Qarayev: "Əgər Azərbaycanın tarixi abidəsi məhv olursa ...
bu tək bizim yox, bütün islam dünyasının ağrısı olmalıdır"

Aşıqlar festivaldan qayıtdı
Proqramda zurna alətinin solo ifasına yer ayrılıb

Azərbaycanlı müəllifin romanı Türkiyədə ekranlaşdırılacaq
Filmin maliyyə büdcəsini qarşı tərəf öz üzərinə götürüb

Moskvada Azərbaycan muğam axşamı
Moskvada Qlinka adına Musiqi Mədəniyyəti Mərkəzi Dövlət Muzeyində Azərbaycanın Rusiya səfirliyi və Heydər Əliyev Fondu Moskva nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan muğam axşamı keçirilib.

Gənc Musiqiçilərin XIX Beynəlxalq Festivalı keçiriləcək
Aprelin 7-dən 11-nə qədər Litvanın Kaunas şəhərində Gənc Musiqiçilərin XIX Beynəlxalq Festivalı keçiriləcək. Həmin festivalda Azərbaycanı iki istedadlı yeniyetmə təmsil edəcək.

Azərbaycanda Qırğızıstan Mədəniyyət Günləri keçiriləcək
Bu il ərzində Azərbaycanda Qırğızıstan Mədəniyyət Günləri keçiriləcək.

Azərbaycanda Qırğızıstan Mədəniyyət Günləri keçiriləcək
Bu il ərzində Azərbaycanda Qırğızıstan Mədəniyyət Günləri keçiriləcək.

Dostoyevskidən yeni tərcümə
"Karamazov qardaşları" dilimizdə danışdılar

KVN Teatrı yerli ulduzlarla dünya ulduzlarını bir səhnədə görüşdürdü
Al Banonun ürəyi səhnədəcə dayanıb

Kənd adamları da unudulmasın
Sənət adamları Qəbələ və Ağdaşa yollanacaq

Region teatrları gənc aktyorlar üçün cəlbedici deyil
Onlar bunun səbəblərini açıqlayıb

Tünzalə Ağayeva: "Solo konsertim buna bənzər layihələrdən xeyli fərqlənəcək"
Əməkdar artist Tünzalə Ağayeva suallarımızı cavablandırır:

Yaponiya səfiri Dillər Universitetində oldu
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki "Mədəniyyətlərarası dialoq" proqramı çərçivəsində aprelin 8-də Azərbaycan Dillər Universitetində oldu. Cənab



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər